Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyəni Rusiyaya qarşı addımlar atmağa çağırıb.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə bitərəf qalmamalıdır. O bildirib ki, Ukrayna, Çanaqqala boğazını Rusiya gəmiləri üçün bağlanmasına dair Türkiyə tərəfinə rəsmi müraciət edib. O, Türkiyə tərəfindən cavab gözlədiyini ifadə edib.