• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Vətən müharibəsinə aid niyə film çəkilmir?

Xəbərlər

2-02-2022, 13:24

Vətən müharibəsinə aid niyə film çəkilmir?


44 günlük Vətən müharibəsi haqqında hələ uzun illər danışılacaq. Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmış bu qəhrəmanlıq salnaməsi gələcək nəsillərin də dillər əzbəri olacaq. Hər xalqa bu cür şanlı tarix yazmaq nəsib olmur. Sözsüz ki, Vətən müharibəsi hələ bundan sonra da illərlə xalqımıza yeni yaradıcılıq nümunələri yaratmaq və gələcək nəsillərə ötürmək üçün stimul verəcək. Biz igid Azərbaycan oğullarının qəhrəmanlıqlarını şeir-söz sənəti nümunələrində, filmlərdə görəcəyik.

Vətən müharibəsi haqqında sənədli filmlərin çəkildiyini müşahidə edirik. Bəs, bu filmlərin peşəkarlıq səviyyəsi necədir? Biz bu sahədə mənfur qonşuları nə qədər qabaqlaya bilirik?

Xəbər verildiyi kimi, erməni tərəfi 44 günlük müharibə ilə əlaqədar film ərsəyə gətirib və günlərdir həmin filmin PR işləri davam edir.

Biz erməni propaqandasına qarşı hansı addımları ata bilərik və ya atırıq?

Bu barədə incəsənət sahəsində kifayət qədər söz sahibi şəxslər nə düşünür?

Publika.az sözügedən mövzu ilə əlaqədar sorğusunu təqdim edir:

Əməkdar incəsənət xadimi, kino aktyoru və rejissoru Elxan Cəfərov bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan tərəfinin müharibə haqqında film çəkməsi mədəni faktordur: “Məsələyə qlobal-fəlsəfi yanaşsaq, yəqin ki, ermənilərin bizə xeyri olacaq. Bu bizim özümüzlə bağlıdır, sanki biz özümüz belə məsələlərdə geri qalmağı seçirik. Düşünürəm ki, məhz bu hadisə bizdə qələbə ilə əlaqədar film istehsalına daha ciddi münasibət yaradacaq. İncəsənətimizin qalib incəsənət kimi öndə olmasını istəyərdim. Lakin biz bu gün bunu müşahidə etmirik. Ona görə də bu cür məsələlərdən 2 nəticə çıxır: tezis və anti-tezis. Anti-tezis olmasa, tezisin yaranması mümkün deyil. Ermənilər bizim üçün anti-tezis faktorunu oynayırlar. Yəqin ki, bu da bizim tezis ortaya çıxarmağımıza təkan verəcək”.

Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə qeyd edib ki, ermənilər 44 günlük müharibə dövründə şəhərlərimizi bombaladılar və mülki şəxslərin ölümünə yol açdılar: “Sonra da bütün dünyaya car çəkdilər ki, bunu azərbaycanlılar Ermənistanda törədiblər. Yeri-yurdu dağılan biz, ölən biz, sonda günahlandırılan da biz. Ermənilərlə bizim aramızdakı fərq bundan ibarətdir. Çəkilən filmlər sənət əsəridir, onu necə gəldi çəkib təqdim etmək düzgün deyil. İndi texnologiya əsridir və 90-cı illər deyil ki, istədikiləri yalanları danışsınlar. Bütün dünya bilir ki, Azərbaycan kimdir, Ermənistan kimdir. Artıq hər şey dəyişib və dünya ictimaiyyəti onlara inanmır”.

A.Kazımzadə vurğulayıb ki, 44 gün ərzində Ali Baş Komandan dünyanın müxtəlif ölkələrindən olan KİV nümayəndələrinə 30-dan çox müsahibə verdi: “Cənab Prezidentin onlara verdiyi cavabları dünya gördü. Bu gün də ermənilər dünyanın bir çox film festivallarında filmlər çəkib göstərirlər ki, guya azərbaycanlılar onları qırır. Lakin Azərbaycan beynəlxalq müstəvidə də bunlara qarşı mübarizə addımları atır. Azərbaycan da müxtəlif filmlər çəkir. Bizdə problem təqdimat və reklam sahəsindədir, işimizi tanıtmağı bacarmırıq. Fikrimcə, bu gündən sonra da Azərbaycan bu məsələdə daha yaxşı filmlər çəkəcək”.

Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, haylardan tarixin bütün dönəmlərində bir vasitəsi kimi 2 halda istifadə ediblər: “Qadınlarından əxlaqsızlıq mənbəyi kimi, özlərindən də xəyanətkar bir toplum kimi. Bunların ən böyük fərasəti isə yaltaqlıqla inam qazanmaqlarında olub. Lakin haylara inamın nəticəsi mütləq şəkildə onların xəyanəti ilə bitib. Biz isə bu gün çalışmalıyıq ki, bu xəyanətkar, yalançı tayfanın əsl mahiyyətini açıb bütün dünyaya göstərək. Tarixin hansı dövründə bu haylar hansı igidlik edib, hansı dövləti qurublar? Onların işləri hər zaman saxtakarlıqla insanları manipulyasiya edərək öz yalanlarına inandırmaq olub”.

Ş.Ə.Mahmudbəyov vurğulayıb ki, onlar tarixi saxtalaşdıraraq yalan məzmunlu filmlər çəkməkdən, hətta həmin filmləri beynəlxalq film festivallarına göndərməkdən çəkinməyiblər: “44 günlük müharibə ilə əlaqədar çəkilən film də ancaq şoudur. Bu cür şoular düzəltmək onların çoxdankı peşəsidir. Lakin unudurlar ki, artıq insanları yalanlara inandırmaq əvvəlki qədər asan deyil. Biz imkan verməliyik ki, onlar səhv etsinlər və biz də həmin səhvləri ifşa edək”.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazirlik ötən 1 il ərzində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib:

“Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var. Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsinə həsr olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.

Nazirliyin dəstəyi ilə çəkilən “Biz” və “Şuşa, sən azadsan!” sənədli filmləri 2021-ci ildə tamaşaçılara təqdim olunub. Bundan əlavə, ötən il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda “Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb. “Salnaməfilm” studiyasında hər il olduğu kimi, 2021-ci ildə də “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə sənədli filmlərin istehsalı davam etdirilib. İl ərzində bu silsilədən 10-a yaxın film çəkilib. Nazirliyin dəstəyi ilə çəkilən “Doğma torpaq” və “Həyat, deyəsən, gözəldir” filmləri üzərində tamamlama işləri aparılır. Daha sonra bu filmlərin festival həyatı başlayacaq.

Əvvəl də elan etdiyimiz kimi, 2022-ci ildə Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. Əgər bu, real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni, işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Oxunub: 725
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-11-2021, 13:44

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Mədəniyyət

8-11-2021, 15:05

"Vətən müharibəsi şəhidləri" işıq üzü gördü

Xəbərlər

3-11-2021, 00:39

Vətən müharibəsi zamanı heç yerdə yayımlanmayan GÖRÜNTÜLƏR - ANBAAN VİDEO

Xəbərlər

27-09-2021, 01:03

Vətən müharibəsi belə başladı - VİDEO

Xəbərlər

12-07-2021, 19:37

Vətən müharibəsi iştirakçılarına ŞAD XƏBƏR – Prezident YENİ QANUN TƏSDİQLƏDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə