Naməlum şəxs Rusiya və ABŞ-ın Ermənistandakı səfirliklərini partlatmaqla hədələyib.
Publika.az xəbər verir ki, bu barədə Sputnik Ermənistana polisdən məlumat verirlib.
Qeyd olunur ki, yanvarın 25-də saat 16:50-də bir nəfər polisə zəng edərək səfirlikləri partladacağı ilə təhdid edib.
"Zəng edənin şəxsiyyəti müəyyənləşdirilib, sabahı gün onu idarəyə gətiriblər", - qurumdan bildirilib.
Araşdırmanın davam etdirildiyi, digər məlumatın olmadığı bildirilir.