• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Yalnız bu halda təhvil veriləcək - Paşinyan Azərbaycanla sərhəddən danışdı
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
Kəpəyi yox edən təbii üsullar
Cəmi 3 gününüz var: Trampdan İrana son xəbərdarlıq
Ukrayna müharibəsində ümidverici proses: Türkiyə işə qarışdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
Evlilikdən neçə il sonra ehtiras sönür?
Bədəndəki hansı ağrı nəyə işarə edir?
Kolumbiyada güclü partlayış: 20 nəfər öldü
Yorğunluq istirahətlə keçmirsə səbəbləri nədir? – həkim izah edir
İlham Əliyev beynəlxalq mükafata layiq görüldü
Günə nə qədər sarıkök yemək lazımdır?
Çin Avropanı hədələdi: Dərhal siyahıdan çıxart!
Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq
İnsulin 14-dən yuxarıdır - Bu nə deməkdir?
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: KTMT taciklərin əli ilə Fərqanə vadisinə GİRMƏYƏ ÇALIŞIR

Xəbərlər

28-01-2022, 13:26

SON DƏQİQƏ: KTMT taciklərin əli ilə Fərqanə vadisinə GİRMƏYƏ ÇALIŞIR


Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. İlkin məlumatlara görə, dünən saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar.

Qarşıdurmalar zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər yaralanıb. Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar fasilə ilə davam edir. Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərin məhəl qoymadığı bildirilir.

Günahkar kimidir Tacikistan, yoxsa Qırğızıstan?

Rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan tərəf Tacikistandır. Statistikaya diqqət yetirək:Tərəflər arasında qarşıdurmalar zamanı ümumilikdə 17 nəfər yaralanıb. Onlardan 11-nin Tacikistan, 6-nın isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. Aydın məsələdir ki, hücum edən, ya da gərginliyi başladan tərəfin itkiləri daha çox olur. Digər bir məsələ də Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərinin məhəl qoymamasıdır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozur.

Təlimat Kremldən gəlib!

Qırğızıstan-Tacikistan sərhədində baş verənlərin pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Qırğızıstan-Tacikistan sərhədindəki toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi də adlandırmaq olar.

Məsələ ondadır ki, Qazaxıstandakı proseslərlə Qırğızstan-Tacikistan sərhədində baş verənlər arasında məntiqi əlaqə var. Belə ki, Kreml Türküstan tamaşasına ilk olaraq Qazaxıstanda başladı. Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artmasından sonra baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərdi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi, sonda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istənildi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu.

Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalarla isə Kreml Türküstan tamaşasının ikinci pərdəsini səhnələşdirir. Qırğızıstan Tacikistan sərhədindəki toqquşmaların Kremlin ssenarisi əsasında baş verdiyini sübut edən digər bir məqam isə Qırğızıstan Sərhəd Xidmətinin yaydığı məlumatdır. Məlumatda qeyd olunur ki, Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir.

Məlumatdan da görünür ki, Tacikistan tərəfi bu hücuma öncədən, həm də planlı şəkildə hazırlaşıb. Təlimat isə Kremldən gəlib. Prinsip etibari ilə arxasında güc olmadan Tacikistanın Qırğızıstanla qarşı-qarşıya gəlməyə nə hərbi gücü, nə də iqtisadi potensialı var.

Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir!

Əvvəla onu qeyd edim ki, Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən mövcud olub. Delimitasiya və demarkasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib, komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhəd xəttinin 550 km-ə yaxını təsvir edilib. Lakin iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaşanıb ki, bu da tez-tez atışmalarla müşaiyyət olunur. Moskva isə hazırda bundan ustalıqla istifadə edir.

Kremlin planını qısa olaraq belə xarakterizə etmək olar:

Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstan üzərinə hücuma təhrik edir. Beləcə əvvəldən bəri mövcud olan tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır.

İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda rəsmi Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayyət etməyə çağırır. Bu faktiki olaraq KTMT-nin, əslində isə Kremlin tərəflər arasında gərginliyin getdiyi əsas regiona, Fərqanə vadisinə gəlişinin anonsdur.

Üçüncüsü, Qazaxıstanı tərk edən KTMT qüvvələri Fərqanə vadisinə gəlir, beləcə Kreml Türküstan tamaşasının ikinci pərdəsi başa çatdırır.

KTMT-nin baş katibi Stanislav Zas artıq Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb. Zas bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur:

“Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır”.

Zas əslində tərəflərə KTMT üzvü olduğunu xatırladaraq təşkilatı regiona dəvət etmələrini tələb edir. Kremlin istəyi açıqdır. Mövcud gərginliyin bitməsi üçün KTMT qoşunları Fərqanə vadisinə gəlməli, burada proseslərə nəzarət etməlidir. Fərqanə vadisinin önəmi isə hər kəsə məlumdur. Bu bölgə Özbəkistana yaxınlığı isə onun əhəmiyyətini artırmış olur.

Kreml Fərqanə vadisinə nəzarət edərək Türküstan ssenarisinin 3-cü pərdəsinə hazırlıqlar görür. Növbəti hədəf Özbəkistandır. Rəsmi Moskva buna da nail olsa, “arxa bağça”sında tam nəzarəti ələ alacaq və bütün gücünü Ukrayna cəbhəsinə yönəldə biləcək.

Turan Rzayev

sfera.az

Oxunub: 933
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-01-2022, 10:34

Tacikistan və Qırğızıstan arasında MÜHARİBƏ BAŞLANDI: KTMT hərəkətə KEÇDİ

Maraqlı

8-08-2021, 21:47

MDB ölkələri Tokio Olimpiadasında: Azərbaycan sıralamanın mərkəzində qərarlaşıb

Xəbərlər

6-06-2021, 19:12

Razılıq əldə edildi: Qoşunlar GERİ ÇƏKİLİR

Manşet / Gündəm / Xəbərlər

10-08-2018, 10:30

Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda

Manşet / Xəbərlər

20-06-2018, 10:33

Nərgiz Paşayeva nüfuzlu mükafata layiq görüldü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Yalnız bu halda təhvil veriləcək - Paşinyan Azərbaycanla sərhəddən danışdı
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
Kəpəyi yox edən təbii üsullar
Cəmi 3 gününüz var: Trampdan İrana son xəbərdarlıq
Ukrayna müharibəsində ümidverici proses: Türkiyə işə qarışdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
  • Bu gün, 14:30
    Yalnız bu halda təhvil veriləcək - Paşinyan Azərbaycanla sərhəddən danışdı
  • Bu gün, 13:28
    Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
  • Bu gün, 12:20
    Kəpəyi yox edən təbii üsullar
  • Bu gün, 11:56
    Cəmi 3 gününüz var: Trampdan İrana son xəbərdarlıq
  • Bu gün, 10:14
    Ukrayna müharibəsində ümidverici proses: Türkiyə işə qarışdı
  • Bu gün, 09:04
    5 ədəd badam yeyib, sonra idman et – Sirr
  • Dünən, 22:07
    Evlilikdən neçə il sonra ehtiras sönür?
  • Dünən, 21:31
    Bədəndəki hansı ağrı nəyə işarə edir?
  • Dünən, 20:52
    Kolumbiyada güclü partlayış: 20 nəfər öldü
  • Dünən, 18:29
    Yorğunluq istirahətlə keçmirsə səbəbləri nədir? – həkim izah edir
  • Dünən, 16:17
    İlham Əliyev beynəlxalq mükafata layiq görüldü
  • Dünən, 15:12
    Günə nə qədər sarıkök yemək lazımdır?
  • Dünən, 14:34
    Çin Avropanı hədələdi: Dərhal siyahıdan çıxart!
  • Dünən, 13:05
    Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq
  • Dünən, 12:19
    İnsulin 14-dən yuxarıdır - Bu nə deməkdir?
  • Dünən, 10:21
    Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?
  • Dünən, 09:06
    İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
  • 25-04-2026, 22:25
    Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib
  • 25-04-2026, 21:41
    Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
  • 25-04-2026, 18:12
    Gicitkən bu şəxslərə zərərlidir
  • 25-04-2026, 17:01
    Putindən Ermənistanla bağlı gözlənilməz açıqlama
  • 25-04-2026, 16:36
    ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər
  • 25-04-2026, 15:13
    Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
  • 25-04-2026, 14:31
    Netanyahu bəyan etdi: Ancaq bu halda sülh olacaq
  • 25-04-2026, 13:55
    Əhalinin NƏZƏRİNƏ: Antibiotiklər pulsuz veriləcək? – AÇIQLAMA
  • 25-04-2026, 12:19
    Yaz halsızlığı ilə mübarizə aparmağın 3 qızıl qaydası
  • 25-04-2026, 11:26
    Putin G20 sammitinə qatıla bilər - Peskov
  • 25-04-2026, 10:47
    İran ABŞ və İsrail gəmilərini saxlayıb? - Heqset
  • 25-04-2026, 09:05
    Ürəyi qoruyub, stressi azaldan ÇAY
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə