• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

1,057 faizə sığan dəhşət: Və o bağçada aylarla bizə mesaj verməyə çalışan körpələr…

Xəbərlər

14-01-2022, 17:28

1,057 faizə sığan dəhşət: Və o bağçada aylarla bizə mesaj verməyə çalışan körpələr…


Bir vaxtlar məktəbdə sinif yoldaşlarım riyaziyyat dərsində “müəllim, bu dərs gələcəkdə bizə harada lazım olacaq?” deyəndə özüm üçün bu növ suallara uzun-uzadı cavab axtarırdım.

Ancaq üzərindən illər keçdikcə bu fikrə dair yüzlərlə fərqli cavab tapacağım, ən sonda bu gün həmin cavabların ən dəhşətlisinin rastıma çıxacağı ağlımın ucundan belə keçməzdi.

Məsələn, götürək faiz məsələsini... Ədədin yüzdə birini tapmağı...

Ancaq həyatın axarı onu göstərdi ki, bu faiz təkcə dərslikdəki kimi ədədləri bölmür, insanları, taleləri, həyatları, bəzən də gələcəyimizi yüzlərlə, hətta bəzən həddini aşıb minlərlə yerə bölə bilir.

Artıq bu riyazi terminin bu elm sahəsinə aid olmasını, bəlkə də, unutmuş ola bilərik. Eyib etməz, onsuz da həyat bizə onu müxtəlif şəkillərdə xatırladır, faiz deyəndə hər birimiz müxtəlif banklara müraciətlərimizi, ay sonu ödəyəcəyimiz məbləğləri, hansısa məişət əşyasını alarkən ilk növbədə diqqət etdiyimiz rəqəmləri qavramağa başlamışıq.

Bu gün isə mən başqa birini - faizlərin ən ağırını hesablamalı oldum. Əslində rəqəm olaraq ortaya çıxan nəticə o qədər də ağır deyil, cəmi 1,057 faiz. Ancaq mahiyyətində bütün gələcəyimizi sual altında qoya bilən bir 1,057 faiz...

Nəticəyə gəlmək çox sadə oldu. Nümunə olaraq götürdüyüm rəqəm 473 idi, beş rəqəminin bu ədədin neçə faizini təşkil etdiyini tapdım. Belə cüzi bir nəticə çıxdı ortaya...

Bir də qayıdıb, həmin 473-ün və beş rəqəminin nə olduğuna baxdım, aldığım nəticənin dəhşəti qarşısında ortaya çıxan bu cılız rəqəmin nə qədər böyük bir faciəyə apardığının şahidi oldum...

“Doğulan hər körpə - Tanrının hələ də insanlardan əlini üzmədiyinin xəbərçisidir”.

Bu sözləri hindistanlı yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor deyib.

Yəqin ki, bu fikri bölüşmək üçün Taqor kimi dahi şəxsiyyət olmağa, onun sahib olduğu ünvanlara sahib olmağa ehtiyac yoxdur. Bəşər övladının dünyadakı amalını dərk edən, öz qəlbində sevgi və inam bəsləyən hər bir insan bu fikirlərə şərik olmalıdır. Ancaq əfsus ki, hamımız belə olmağı bacarmırıq...

Yəqin ki, artıq hər birimiz bağçada körpəyə qarşı şiddət göstərən o “tərbiyəçi”ni görmüş olarsınız. Təbii olaraq hansı bağça olması, harada işləməsi dərhal insanda suallar yaradır.

Heç tənbəllik etmədən bağçanın sosial şəbəkə hesabına baxdım. Həmin o 473 paylaşımın edildiyi səhifə qarşıma çıxdı. Bir körpənin fotosuna baxdım, iki körpənin heç birində gülüş görmədim. Düşündüm ki, burada tək problem o “qapaz”ın müəllifində deyil bəlkə, nəyə görə körpələrin heç birinin nur saçılan çöhrəsində sevincdən əsər əlamət yoxdur. Yenə tənbəllik etməyib bütün paylaşımların arasında üzündə təbəssüm olan cəmi beş körpə tapa bildim:

Yəni, bağçanın fəaliyyətinin cəmi 1,057 faizində...

Yəni bu bağçanın özünün səhifəsində işıqlandırdığı fəaliyyətinin körpələrin gülüşü ilə qiymətləndirməli olduğumuz göstəricisi cəmi bu cılız rəqəm qədərdir...

Demək ki, gələcəyimiz, ümidlərimiz, planlarımız, xəyallarımıza çatmaq şansımızı bu bağçada, o cür “tərbiyəçi”lər məhz bu ehtimala qədər endiriblər.

Bax bu, həyatımda gördüyüm ən ağır göstərici oldu mənim üçün...

Bu həmin körpəyə qapaz vuran “tərbiyəçi”nin və onun kimilərin gələcəyimizi atdığı təhlükənin real miqyasıdır. Mənzərə qorxunc olsa da, fakt faktlığında qalır. Körpələrə əl qaldırılan bir mühitdə çöhrəsində təbəssüm olmayan uşaqların varlığı dəhşətli olsa da, real mənzərə fonunda başa düşüləndir.

Bəlkə də, bu körpələr həmin o 473 paylaşım boyu onlara əl qaldıran “tərbiyəçi”lərə etiraz olaraq, gülüşlərindən bilərəkdən məhrum etməyə çalışıblar bizi. Bizə inadla mesaj verməyə çalışıblar. Ancaq biz bu mənzərəni görə bilməmişik.

Bu gün isə həmin o körpəyə vurulan qapazda gözlərindən qəzəb qığılcımı çıxan hər birimiz üçün bir təsəlli varsa, o da həmin körpələrin saflığıdır. Onlar tez barışırlar, küsülü qalmağı, kin saxlamağı bacarmırlar. Və əminəm ki, çalışsaq yenidən öz gülüşlərini bizə bəxş edib, həyatımıza işıq saçmağa razı olacaqlar.

Bir şərtlə ki, o cür “tərbiyəçi”ləri, onları formalaşdıran mühiti, cəmiyyətimizdəki bir sıra mənfi ənənələri, laqeydliyimizi bir kənara qoyub onların dünyasına toxunmayaq. Çünki onların dünyasında təkcə sevgi və mərhəmət, bizim dünyamızda isə həmin hislərin bir çox düşmənləri var...

Orxan Tağıyev
oxu.az

Oxunub: 529
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-12-2021, 10:34

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı

Səhiyyə

12-07-2021, 23:15

Sprey peyvəndlər 100 faiz nəticə göstərdi

Xəbərlər

23-05-2021, 11:24

"Allahın məqsədlərini öyrənmək istəyirəm" - Çingiz Abdullayev

Xəbərlər / Video

9-11-2019, 15:09

Sumqayıtda DƏHŞƏT: Müəllim şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi - VİDEO

Xəbərlər

12-03-2019, 10:47

Bakıda məktəbdə DƏHŞƏT yaşandı - 22 yaşlı müəllim öldü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Son xəbərlər
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə