• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rus qoşunları və ermənilər Qazaxıstana girdi: əlvida, müstəqillik...

Xəbərlər

7-01-2022, 10:21

Rus qoşunları və ermənilər Qazaxıstana girdi: əlvida, müstəqillik...


Qazaxıstanın Almatı şəhərində etiraz aksiyalarının iştirakçılarının polislər və hərbçilərlə toqquşmalarında 13 polis əməkdaşı həlak olub. 353 polis əməkdaşı yaralanıb. 2 polis əməkdaşının başları kəsilib.

Bu arada isə Rusiya Qazaxıstana qoşun göndərməyə başlayıb.

Orenburq şəhəri ətrafındakı hərbi aerodromdakı aviaalay tam hazır vəziyyətə gətirilmişdi.

Kamensk-Şaxtinskiy şəhərindəki 11-ci əlahiddə qvardiya mühəndis briqadası Qazaxıstana göndərilir.

Rəsmi səbəb, daha doğrusu, fəaliyyət "lisenziyası" da var.

MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə hərbi kontingenti Qazaxıstanda fəaliyyətə başlayıb.

Rusiyanın hava-desant qoşunlarının hərbçiləri də həmin kontingentin tərkibindədir.

"KTMT-nin Kollektiv Qüvvələrinin Qazaxıstanda qarşılarındakı əsas məqsədlər dövlət qurumlarının binalarının, dövlət və hərbi obyektlərin mühafizəsi, habelə vəziyyətin stabilləşməsinə yardımdır", - rəsmi açıqlamada deyilir.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan olayla bağlı bəyanat yayıb.

"Qazaxistan Respublikasının prezidenti K.J. Tokayevin müraciəti əsasında və xarici təsirlər səbəbindən Qazaxıstan Respublikasının milli təhlükəsizlik və suverenliyinə təhlükə yarandığı üçün KTMT Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik haqqında Razılaşmanın 4-cü bəndinə əsasən bu ölkədə vəziyyəti normallaşdırmaq və sabitləşdirmək məqsədilə Qazaxıstan Respublikasına KTMT-nin sülhməramlı qüvvələri göndərilir", - bəyanatda deyilir.

Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Türk Dövlətləri Təşkilatı da Qazaxıstanla həmrəylik nümayiş etdirib: "Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik".

Qazaxıstanda yaşananların səbəbləri çoxdursa, sonucları da fərqli olacaq.

"Bütün bunlar niyə baş verdi?" sualına cavab arayarkən orta statistik vətəndaşın ağlına gələn ilk kəlmə təbii ki, "Rusiya"dır.

Qazaxıstanda rus dilinin dövlət dili statusundan məhrum edilməsi, latın əlifbasına keçid, Türk Dövlətləri Təşkilatına qoşulma və s. təbii ki, Rusiyanı narahat edir.

Üstəlik, Qazaxıstanda rusiyalı iş adamlarının və Rusiya qurumlarının tərəfdaş olduğu 7 mindən artıq birgə müəssisə, şirkət fəaliyyət göstərir.

Rusiyanın XİN başçısı Sergey Lavrovun son açıqlamalarından biri də simvolikdir: ""Qazaxıstanın latın əlifbasına keçməsi və türk millətçiliyinə dəstək verməsi nəticəsində bu hallar ortaya çıxdı. Dar düşüncəli millətçiliyi təşviq etmək və Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyan xarici dəstəyin nəticəsidir".

Təbii, kollektiv Qərb də Qazaxıstandan çox razı deyil. Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" qlobal layihəsinin marşrutu Qazaxıstandan da keçdiyindən ABŞ ilə Avropa Birliyi bu məkanda Çinin geosiyasi, həmçinin iqtisadi baxımdan təsir imkanlarını artırmasından narazıdır.

Qazaxıstandakı etiraz aksiyalarının əsas özəlliyi göz qarşısındadır.

Bu aksiyalarda müxalifət liderləri, müxalifət partiyaları, media yoxdur. Olanlar sadəcə, küçələrə çıxmış vətəndaşlardır.

Bölgənin ən önəmli neft, qaz və uran ehtiyatlarına malik Qazaxıstanı üç böyük güc - Rusiya, kollektiv Qərb və Çin sömürməyə çalışırlar.

Qazaxıstanın neft resursları ilə zəngin Menqistau bölgəsində başlayan və sonradan bütün ölkəyə yayılan etiraz aksiyalarında Rusiyanın marağı birmənalıdır.

Rəsmi Nur-Sultanın son dönəmlərdəki xarici siyasəti və davranışı Moskvanı həddən artıq narazı salmışdı.

Qazaxıstanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması, sonra da Türkiyədən "Bayraktar TB 2" PUA-larını satın alması Rusiyanı qıcıqlandıran amillər arasında heç də son yerləri tutmurdu.

Azərbaycanın və Orta Asiyadakı 4 ölkənin bir araya gəldiyi TDT-nin ötən ilin martın 21-də keçirilmiş zirvə toplantısında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev demişdi: "Hədəfimiz türk dünyasını 21-ci əsrin ən önəmli iqtisadi, mədəni və humanitar inkişaf bölgələrindən birinə çevirməkdir".

Lakin bəyanatlarla real iş arasında böyük məsafə var və Qazaxıstan bunu sübut etdi.

Dövlət müstəqilliyinin 30-cu ilində Qazaxıstan əfsuslar olsun ki, tam müstəqil və suveren deyil. Üstəlik, ölkənin silahlı qüvvələri də zəifdir: çünki əgər bir ordu küçələrə axışaraq bankları, marketləri, dükanları, hətta beynəlxalq hava limanını qarət edən quldur dəstələrinin öhdəsindən gələ bilmirsə, nədən danışırıq?

Qazaxıstanın xüsusi xidmət və təhlükəsizlik strukturları hadisələrin belə məcrada inkişaf edəcəyini əvvəlcədən təxminləyərək qabaqlayıcı tədbirlər görə bilmədisə, onların effektivliyindən bəhs etmək olarmı?

Qazaxıstanda etiraz aksiyaları başlayan kimi əyalətlərdəki yerli idarəetmə və dövlət qurumları iflic durumuna düşdüsə, yerli icra hakimləri (akimlər) situasiyaya əsla müdaxilə edə bilmədilərsə, ciddi idarəetmə mexanizminin varlığını müzakirə edə bilərikmi?

KTMT qüvvələrinin, daha doğrusu, Rusiyanın dirijorluğu və rəhbərliyi ilə hərbi kontingentin Qazaxıstana yeridilməsini "rus əsgərlər olmadan Qazaxıstan qan gölündə boğulardı" kimi təqdim edənlər də az deyil.

Rusiya isə heç şübhəsiz, belə "yardım"ın müqabilində Qazaxıstandan bəlli məqamları tələb edəcək. Daha konkret olsaq, Qazaxıstanın daxili və xarici siyasət kursunda dəyişikliklərin "labüdlüyü" gündəmə gətiriləcək.

Rusiyanın "Rossiya Seqodnya" İnformasiya Agentliyininr rəhbəri, "Sputnik" agentliyinin baş direktoru Marqarita Simonyan Moskvanın Qazaxıstana yardımlarının şərtləri barədə yazıb.

"Təbii ki, kömək lazımdır. Mütləq kömək etməliyik. Ancaq bəzi şərtlər də qoyulmalıdır:

1. Krımı tanımaq.

2. Kiril əlifbası qayıtsın.

3. Rus dili Qırğızıstandakı kimi yenə ikinci dövlət dili olsun.

4. Rus məktəblərinə toxunulmasın.

5. Anti-Rusiya mövqeli QHT-ləri ölkədən qovulsun.

6. Millətçilərdən uzaq durmaq şərtilə anlaşılan daxili qardaşlıq siyasəti yürüdülsün", - Kremlin qeyri-rəsmi "sözçü"lərindən biri sayılan erməni M.Simonyan yazıb.

Rusiyadakı velokorus şovinizmi ideologiyasının daşıyıcısı olan siyasətçilər, ictimai xadimlər, media mənsubları və bloqerlər isə rus hərbçilərinin Qazaxıstanda qalmasını, "Türküstan Hərbi Dairəsi"nin bərpasını tələb edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın, 44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğradılmış ölkənin faktiki rəhbərinin indi "Qazaxıstana KTMT qüvvələrinin yeridilməsinin texniki icraçısı" obrazında olmasının özü tarixə kinayə, tragikomediyadır.

Erməni hərbçilər də KTMT qüvvələri tərkibində Qazaxıstanda olacaqlar.

Tarix isə ermənilərin qazax xalqına qarşı əməllərini unutmayıb. Ermənilərin qazaxlara bəslədikləri kəskin antipatik hisslərin, hətta nifrətin kökündə məhz türklərə qarşı yönəlmiş erməni faşizm ideologiyası dururdu. Nasist partiyası "Daşnaksütyun"un rəhbərlərindən olmuş Anastas Mikoyan, Stepan Şaumyanla bahəm, 1937-1938-ci illərdə Qazaxıstana rəhbərlik etmiş Levon Mirzoyan əsl daşnak idi.

1926-1929-cu illərdə Azərbaüycanda kommunist partiyasının 1-ci katibi olmuş L. Mirzoyan minlərlə günahsız insanın qətlinə fərman verdi. 1933-cü ildə isə Mirzoyan Qazaxıstan MK-nin birinci katibi postunda olanda respublkiada milyonlarla insan acından ölmüşdü.

L.Mirzoyanın yürütdüyü təqiblər, repressiya və daşnak siyasətin sonucunda qazax xalqı ziyalılarından, alimlərindən məhrum oldu. 1936-1938-ci illər ərzində Qazaxıstanda 112 min qazax repressiya məruz qaldı, 25 min nəfərsə güllələndi.

Bütün bunlara rəğmən, Qazaxıstanda erməni hərbçilərinin peyda olması perspektivi, ölkə şəhərlərinə KTMT qüvvələri adı ilə Rusiya qoşunlarının yeridilməsi hadisələrin qazaxlar üçün ən pis məcrada inkişafıdır.

Moskva 1979-cu ildə Əfqanıstanda reallaşdırdığı "beynəlmiləl yardım" ssenarisini, yəni "dost və qardaş köməyi" adı ilə qoşunlarını ölkəyə yeritmək ssenarisini reallaşdırdı.

Qazaxıstanın prezidenti Kssım-Jomart Tokayev həddən ziyadə zəif, proseslərə nəzarət edə bilməyən dövlət başçısı olduğunu göstərdi.

Xüsusilə də Qazaxıstanın şimalında, rusdillilərin və rusların kompakt yaşadığı bölgələrdə situasiyanın nisbətən normal olması, sakit durumun hökm sürməsi belə, Tokayevi "qəflət yuxusu"ndan ayıltmadı.

Qazaxıstanda kütləvi etirazları Qərb başladı, Qərb nə isə əldə etməyə çalışdı - amma Moskvatələsmədi, gözlədi və barı topladı.

Udan birmənalı olaraq Rusiyadır.

Qazaxıstanın suverenl, tam müstəqil və azad dövlət olduğunu indi söyləmək, yazmaq həddən ziyadə çətindir.

Daha doğrusu, mümkünsüzdür.

Rusiyanın postsovet məkanında SSRİ-nin bərpası kimi idiosomatik layihəni işə salmağa cəhd göstərməsi, postsovet məkanında bir sıra dövlətləri geosiyasi nəzarətə almağa çalışması yalnız təəssüf hissi doğura bilər.

Rusiyanın bəzi federal telekanallarında Sovetlər Birliyi zamanındakı hava proqnozları mahnısının peyda olması da təsadüf deyil.

Bütün bunları görəcək, təhlil edərək dürüst nəticələr çıxaracaq və adekvat addımlar atacaq lider gərəkdi Qazaxıstana.

Belə lider isə yoxdur.

Elçin Alıoğlu
Milli.Az

Oxunub: 939
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-01-2022, 18:51

Rusiya Qazaxıstana qarşı 4 şərt İRƏLİ SÜRDÜ

Xəbərlər

6-01-2022, 08:03

KTMT Qazaxıstana sülhməramlılar göndərir

Xəbərlər

5-01-2022, 15:22

Qazaxıstanda polis nümayişçilərin tərəfinə keçib? - ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Xəbərlər

17-11-2021, 00:00

KTMT-dən Qarabağdakı şiddətli döyüşlərlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Xəbərlər

28-07-2020, 00:09

SON DƏQİQƏ: Türkiyə hərbçiləri Naxçıvana gəldi - VİDEO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Son xəbərlər
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • 24-08-2026, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • 24-08-2026, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • 24-08-2026, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • 24-08-2026, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • 24-08-2026, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • 24-08-2026, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • 24-08-2026, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə