Azad olunmuş ərazilərdə teleradio yayımı üçün tezliklər müəyyənləşib.
KAİM.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, azad olunmuş ərazilərdə yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa və Hadrut radioteleviziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub, müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb, gələcəkdə qurulacaq radioteleviziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri də nəzərə alınıb.