• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Türkiyədən Azərbaycana TARİXİ DƏSTƏK

Xəbərlər

2-12-2021, 07:48

SON DƏQİQƏ: Türkiyədən Azərbaycana TARİXİ DƏSTƏK


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

KAİM.az xəbər verir ki, görüşdə Türkiyə tərəfindən AFAD-ın başqan yardımçısı İsmayıl Palakoğlu, Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç şöbənin əməkdaşı Önder Gödez iştirak ediblər.

Azərbaycan tərəfindən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu qeyd edərək bildirib ki, bütün sahələrdə olduğu kimi zəlzələlərin tədqiqatı və öyrənilməsi sahəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulması vacibdir. Həm Azərbaycanın, həm də Türkiyənin ərazisinin seysmik baxımdan aktiv bölgələrdə olduğunu qeyd edən akademik R.Əliquliyev geniş əməkdaşlıq üçün hər iki tərəfdə böyük imkanların və potensialın olduğunu diqqətə çatdırıb. “Ölkələrimiz arasında yaranmış son reallıq bizim hər bir məsələdə bir olmağımızı vacib edir. Əminəm ki, AFAD və RSXM arasındakı əməkdaşlığın genişlənməsi sayəsində təbii fəlakətlər və zəlzələlərin öyrənilməsi sahəsində daha böyük nəticələr əldə olunacaq”.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyə çıxışına başlayan Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu bildirib ki, dünyanın heç bir ölkəsi təbii fəlakətlərdən sığortalanmayıb. “Həm Türkiyədə, həm də qardaş Azərbaycanda da təbii fəlakətlər və zəlzələlər olur. Bizim bu səfərimizin əsas məqsədi odur ki, biz bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirək”, – deyən AFAD-ın başqan yardımçısı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələlərin öyrənilməsi sahəsində hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib. “Biz bilirik ki, azərbaycanlı qardaşlarımızın bu sahədə böyük və uğurlu işləri var. Biz də öz tərəfimizdən istər seysmik stansiya məlumatlarının ötürülməsi, istər təcrübə mübadiləsinin aparılması, istərsə də seysmik stansiyaların quraşdırılması sahəsində Azərbaycan tərəfinə hər cür dəstək verməyə hazırıq”.

AFAD rəsmisi, həmçinin onu da deyib ki, Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir. Bundan başqa AFAD-ın başqan yardımçısı türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılmasını nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hazırda mərkəz qardaş Türkiyənin Kocaeli, Sakarya Universitetləri, Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Türkiyə DİN-nin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin Zəlzələ Departamenti ilə yaxından əməkdaşlıq edir. Türkiyə və Azərbaycan seysmoloqları arasında təcrübə və məlumat mübadiləsinin aparıldığını qeyd edən baş direktor qardaş ölkə tərəfindən hər zaman Azərbaycana dəstək göstərildiyini qeyd edib. “Ulu Öndərimizin də dediyi kimi, biz “Bir millət, iki dövlətik”. Hər bir sahədə bir yerdəyik. Əminəm ki, bu səfər əməkdaşlığımızın və birgə layihələrin həyata keçirilməsinə öz müsbət töhfələrini verəcək”.

Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.

Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş ölkədə aparılan seysmoloji tədqiqatlar və seysmik stansiyaların məlumatları əsasında alınmış nəticələr, tikinti sahələrində seysmikliyin qiymətləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç isə məlumat mübadiləsi və birgə tədqiqatların aparılması sahəsində perspektiv layihələrə dair təqdimatla çıxış edib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.

Oxunub: 872
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-04-2021, 17:17

Misir Mərdanova yüksək VƏZİFƏ VERİLDİ

Xəbərlər

22-03-2021, 18:37

Ramiz Mehdiyev öldü? - AMEA-dan SON DƏQİQƏ AÇIQLAMASI

Xəbərlər

12-09-2019, 18:28

Misir Mərdanova VƏZİFƏ VERİLDİ

Xəbərlər

20-02-2019, 15:46

Sabah 8 ballıq ZƏLZƏLƏ OLACAQ? - Qurban Yetirmişli açıqladı

Manşet / Xəbərlər

9-06-2018, 08:56

Azərbaycanda təkrar güclü zəlzələ gözlənilirmi? - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Son xəbərlər
  • Bu gün, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • Bu gün, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
  • Bu gün, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • Bu gün, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • Bu gün, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə