• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İranın planı regionu qarışdırdı: Rusiya razılaşmadı – 4 ölkə üçün təhlükə
Bu, ABŞ-sız mümkün deyil – Zelenskidən ETİRAF
Albalı, gilas adamı kökəldir?
Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir... - Yaşıl lobyanın 20 FAYDASI
Liderlər Qarabağda – Xankəndidə hansı ölkə prezidentləri var?
Elm aləmini şoka salan kəşf: Canlı ilə cansız arasında olan varlıq tapıldı
Soyuq duş qəbul etmək ziyandır - Bu şəxslərə olmaz
Avropa ABŞ qoşunlarını çıxarır: Hazırlıqlar başladı
Türkiyədə verilən təklif Ermənistanı qarışdırdı – “Dəyişməlidir”
Azərbaycanda yenidən koronavirus yayılır - RƏSMİ
Sensasion prosesə start verildi: İki Koreya birləşir
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixədək…
İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
Rus dilində təhsil alanların nəzərinə: Müddət qoyuldu – Dərhal bunu edin!
Qolların, üzün, ayaqların keyiməsi - Təhlükəli simptom
Bağırsağınız SAAT KİMİ işləyəcək SADƏ VASİTƏ
Rusiyada qətli Moskva və Bakının “arasını vuran ölkə” törədib?
"Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İki il sonra yeni superdövlət ELAN EDİLƏCƏK: MDB ölkələri üçün “QARA DƏLİK” hazırlanır

Xəbərlər

21-11-2021, 01:15

İki il sonra yeni superdövlət ELAN EDİLƏCƏK: MDB ölkələri üçün “QARA DƏLİK” hazırlanır



BelRos dünyanın siyasət məkanında peyda olarsa, bu superdövlətin ilk növbədə MDB məkanında ciddi problemlər yaradacağı qətiyyən istisna deyil; Xüsusilə də, ABŞ və Qərbdən yerinə yetirilməmiş vədlərdən başqa heç bir dəstək ala bilməyən, enerji resurslarına ciddi ehtiyac duyan ən zəif MDB ölkələri müstəqilliyini itirə bilər…
Rusiyada keçmiş SSRİ-nin süqutu ilə hələ də tam barışa bilməyiblər. Bu superdövlətin yüksək siyasi dairələrində postsovet məkanı Rusiyanın “arxa baxçası” kimi qəbul edilir. Hesab olunur ki, keçmiş sovet respublikaları əvvəl-axır yenidən Rusiya ilə vahid dövlətin tərkibində birləşməyə məcbur qalacaqlar.

Eyni zamanda, hətta hazırda müstəqil dövlətlər olan keçmiş sovet respublikaları könüllü Rusiyanın tərkibinə daxil olmaq istəməsələr, gələcəkdə onları buna məcbur etməyin planları da qurulur. Belə anlaşılır ki, Rusiyadakı konservativ siyasi dairələrin gələcəyə yönəlik planları daha çox imperialist hədəflərə indeksləşib. Və bu, Rusiyanın “yaxın xaricə” yönəlik siyasi kursunda müəyyən problemlər yaratmamış deyil.

Onu da qeyd etmək lazımdır ki, son illərdə Kremlin MDB ölkələri ilə münasibətlərində ciddi problemlər mövcuddur. Düzdür, Rusiya siyasi dairələri bu problemlərin mümkün qədər üstünü örtməyə çalışırlar. Ancaq reallıq dəyişmir, MDB ölkələri Rusiyanın tərkibinə qayıtmaq ehtimalına qarşı indidən müxtəlif qabaqlayıcı addımlar atmağa cəhd göstərirlər.

Belə qənaətə gəlmək olar ki, MDB ölkələri hələ də Rusiyadan ciddi şəkildə çəkinirlər. Rusiyanın ikitərəfli münasibətlərdə səmimi olduğuna qətiyyən əmin deyillər. Xüsusilə də Rusiya və Belarus arasında baş verənlər Kremlin gələcəyə yönəlik strateji hədəfləri ilə bağlı narahatlığı daha da artırır.

Məsələ ondadır ki, bu iki dövlətin liderləri Rusiya və Belarusu birləşdirəcək yeni ittifaq dövlətinin inteqrasiya dekretini artıq imzalayıblar. Yəni, bu sənədin imzalanması ilə Rusiya-Belarus ittifaqının vahid dövlətə çevrilmə prosesi geriyədönməz xarakter alıb. Və bu ittifaq dövləti həqiqətən reallığa çevriləcəyi təqdirdə, bütün MDB məkanı üçün Rusiya imperializminin “qara dəliyi” rolunu oynayacağı da qətiyyən istisna deyil.

Məsələ ondadır ki, bu “qara dəlik” sonrakı mərhələdə digər MDB dövlətlərini də könüllü və ya məcburi şəkildə öz içərisinə çəkib, uda bilər. Çünki bu dəfə inteqrasiya modeli daha konkret xarakter daşıyır. Rusiya və Belarusu birləşdirəcək, hələlik şərti olaraq, BelRos kimi adlandırılan vahid dövlət modelinin siyasi-iqtisadi idarəçilik sistemi üzərində anlaşmalar yekunlaşmaq üzrədir.

Maraqlıdır ki, Rusiya və Belarusun ittifaq dövlətində inteqrasiyası üzrə 28 inkişaf proqramı artıq təsdiqlənib. Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında imzalanmış müqaviləyə görə, BelRos ittifaq dövləti 2023-cü ilə qədər yaradılmalıdır. Hələ rəsmən elan olunmamış bu ittifaq dövlətinin Ali Dövlət Şurası artıq formalaşdırılıb, fəaliyyət göstərir. Və Ali Dövlət Şurası BelRosun vahid hərbi doktrinasını da təsdiqləyib.

Göründüyü kimi, dünya yeni superdövlətin yaradılmasına şahidlik etməkdədir. Rusiyanın beynəlxalq rəqibləri bu prosesdən ciddi şəkildə narahatdırlar. Hesab olunur ki, əgər, belə bir dövlətin qurulması reallaşarsa, MDB məkanının qapıları ABŞ və Qərbin üzünə tədricən qapanmağa başlayacaq.

Əslində, ABŞ və Qərb bu prosesin qarşısını almaq üçün müəyyən cəhdlər göstərmişdi. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko ilə gizli təmaslar da qurulmuşdu. Belə ki, 2018-ci ildə ABŞ-ın yüksək ranqlı emissarları ilə görüşən “Batka” Rusiyadan üz çevirmək istiqamətində siyasi kursa da yönəlmişdi. Rusiya ilə gərginləşən münasibətlərin fonunda “Batka” Belarusu böyük sürətlə Ukraynanın getdiyi “cığıra” doğru çəkməyə də başlamışdı. Ukrayna ilə də ciddi şəkildə yaxınlaşan Belarus prezidenti hər imkanda Rusiyanı sərt şəkildə ittiham edirdi, Kremli onun ölkəsi üzərində hegemonluq qurmaq cəhdində suçlayırdı.

Ancaq Belarusda keçirilən sonuncu prezident seçkiləri ərəfəsində hər şey tərsinə çevrilmiş oldu. Həmin dövrdə Qərbin gizli vədləri ilə cəsarətlönmiş “Batka” sıralarında rus diplomatlarının da yer aldığı 30 nəfərə yaxın Rusiya vətəndaşını Belarusdan deport etmişdi. Və Kremlin rəsmi Minsk ilə münasibətləri maksimum həddə qədər gərginləşmişdi.

Ancaq sonradan “Batka” gözləmədiyi halda, “siyasi tələ”yə salındığını anladı. Məlum oldu ki, ABŞ və Qərb “Batka” ikibaşlı siyasi oyun oynayıb. Yəni, bir tərəfdən müxtəlif vədlər verərək, Belarus prezidentini Rusiya ilə münasibətləri korlamağa cəsarətləndirib, onu Kremlin siyasi dəstəyindən məhrum etməyə çalışıb. Digər tərəfdən isə diktator hesab etdiyi və güvənmədiyi “Batka”nı hakimiyyətdən kənarlaşdırmaq üçün Belarus müxalifətini gizli şəkildə dəstəkləyib. Əsas məqsəd isə Belarusda məhz ABŞ və Qərbə sadiq ola biləcək siyasi qüvvələri hakimiyyətə gətirmək olub.

Təbii ki, təcrübəli dövlət başçısı olan “Batka” ABŞ və Qərbin bu hiyləgər planından vaxtında duyuq düşdü. Dərhal da vəziyyətdən çıxış yolu axtardı. Əvvəlcə cəmisi bir neçə gün ərzində Kreml ilə korlanmış münasibətləri nizamlamağa nail oldu. Ardınca isə Rusiyanın dəstəyi ilə siyasi rəqiblərinin üzərinə total hücuma keçərək, seçkilərdə yenidən qalıb gəldi, hakimiyyətini qorudu.

Həmin vaxtdan üzübəri “Batka” bütün qərarlarını və atdığı addımları Kreml sahibi Vladimir Putin ilə məsləhətləşir. Belarus prezidenti artıq qəti əmindir ki, onun və ölkəsinin yeganə müttəfiqi Rusiya ola bilər. Və Belarusun Rusiya ilə inteqrasiyası həm öz hakimiyyətinin, həm də ölkəsinin qorunması baxımından, ən etibarlı modeldir.

Ona görə də, hazırda BelRos ittifaq dövləti ilə bağlı əksər ideyalara məhz “Batka” özü şəxsən müəlliflik edir. Rusiya isə Belarusun hərbi təhlükəsizlik maraqlarını təmin etmək istiqamətində önəmli addımlar atır. Və nəticədə yeni vahid superdövlətin yaradılması prosesi böyük sürətlə inkişaf edir.

Təbii ki, BelRosun yaradılması bir çox səbəblərlə rəsmi Minskin maraqlarına tamamilə cavab verir. Hələlik yekun modelin hansı mexanizmlərə malik olacağı tam aydın olmasa da, Belarus artıq indidən bəzi problemlərini, xüsusilə də, enerji resurslarına olan ehtiyaclarını, hərbi-siyasi toxunulmazlıq məsələsini həll etmiş kimi görünür. Və bu, “Batka”nın idarəçilik prioritetləri sırasında ön planda olduğundan rəsmi Minsk üçün hər şeyin yolunda olduğunu düşünmək mümkündür.

Ancaq iki ildən sonra BelRos rəsmən elan edilərək, dünyanın siyasət məkanında peyda olarsa, bu superdövlətin ilk növbədə MDB məkanında müəyyən problemlər yaradacağı qətiyyən istisna deyil. Xüsusilə də, ABŞ və Qərbdən yerinə yetirilməmiş vədlərdən başqa heç bir dəstək ala bilməyən, enerji resurslarına ciddi ehtiyac duyan bəzi MDB ölkələrinin öz problemlərini həll etmək üçün Belarusun ardınca gedə biləcəkləri ehtimal olunur. Yəni, BelRosun MDB məkanı dövlətləri üçün Rusiya imperializminin “qara dəliyi” rolunu oynaya biləcəyini düşünmək qətiyyən sadəlövhlük deyil. Ən azından, bu “qara dəlik” ən zəif MDB ölkələrini öz içərisinə çəkə bilər.


Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Oxunub: 736
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-10-2021, 17:44

Ərdoğan TARİX YAZIR: Rusiyanın tərkibindəki TÜRK DÖVLƏTLƏRİ İLƏ… – SOÇİDƏ TURAN İZLƏRİ

Xəbərlər

17-06-2021, 08:10

Dünyada yeni böhranın fitili ÇƏKİLƏ BİLƏR: İki “düşmən” bağlı QAPILAR ARXASINDA

Xəbərlər

30-03-2021, 11:45

Kremlin sözçüsü Rusiyanın dostu və düşməni olan ölkələrin adlarını açıqlayıb

Xəbərlər

26-05-2020, 01:06

SON DƏQİQƏ: Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... - SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İranın planı regionu qarışdırdı: Rusiya razılaşmadı – 4 ölkə üçün təhlükə
Bu, ABŞ-sız mümkün deyil – Zelenskidən ETİRAF
Albalı, gilas adamı kökəldir?
Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir... - Yaşıl lobyanın 20 FAYDASI
Liderlər Qarabağda – Xankəndidə hansı ölkə prezidentləri var?
Son xəbərlər
  • Bu gün, 11:19
    İranın planı regionu qarışdırdı: Rusiya razılaşmadı – 4 ölkə üçün təhlükə
  • Bu gün, 10:24
    Bu, ABŞ-sız mümkün deyil – Zelenskidən ETİRAF
  • Bu gün, 09:09
    Albalı, gilas adamı kökəldir?
  • Dünən, 22:02
    Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
  • Dünən, 21:29
    Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir... - Yaşıl lobyanın 20 FAYDASI
  • Dünən, 20:06
    Liderlər Qarabağda – Xankəndidə hansı ölkə prezidentləri var?
  • Dünən, 19:41
    Elm aləmini şoka salan kəşf: Canlı ilə cansız arasında olan varlıq tapıldı
  • Dünən, 18:14
    Soyuq duş qəbul etmək ziyandır - Bu şəxslərə olmaz
  • Dünən, 17:56
    Avropa ABŞ qoşunlarını çıxarır: Hazırlıqlar başladı
  • Dünən, 16:46
    Türkiyədə verilən təklif Ermənistanı qarışdırdı – “Dəyişməlidir”
  • Dünən, 15:27
    Azərbaycanda yenidən koronavirus yayılır - RƏSMİ
  • Dünən, 14:32
    Sensasion prosesə start verildi: İki Koreya birləşir
  • Dünən, 13:19
    Hava ilə bağlı xəbərdarlıq: Bu tarixədək…
  • Dünən, 12:05
    İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
  • Dünən, 11:22
    Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
  • Dünən, 10:24
    Rus dilində təhsil alanların nəzərinə: Müddət qoyuldu – Dərhal bunu edin!
  • Dünən, 09:15
    Qolların, üzün, ayaqların keyiməsi - Təhlükəli simptom
  • 2-07-2025, 21:17
    Bağırsağınız SAAT KİMİ işləyəcək SADƏ VASİTƏ
  • 2-07-2025, 20:08
    Rusiyada qətli Moskva və Bakının “arasını vuran ölkə” törədib?
  • 2-07-2025, 19:24
    "Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü
  • 2-07-2025, 18:16
    Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL
  • 2-07-2025, 17:31
    Rusiyanın Azərbaycana qarşı 5 “silahı” – Bunlara diqqət etməliyik
  • 2-07-2025, 15:31
    Barmaqların masajı möcüzələr yaradır. Qədim yapon təbabətinin sirləri
  • 2-07-2025, 14:15
    ABŞ-dan ağır zərbə: Kiyevin planı pozuldu
  • 2-07-2025, 13:38
    Bursada zəlzələ oldu, İstanbulda da hiss edildi
  • 2-07-2025, 12:36
    İnsultun 3 növü – Necə bilməli?
  • 2-07-2025, 11:09
    Kəşfiyyat məlumatı sızdırıldı: Rusiya 700 minlik ordu ilə ildırımsürətli hücuma keçəcək
  • 2-07-2025, 10:37
    Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir
  • 2-07-2025, 09:14
    Səhər acqarına şokolad yeyənlərin nəzərinə!
  • 1-07-2025, 22:40
    Yayın ən şanssız BÜRCLƏRİ - Sınaqlar sizi gözləyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə