• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İrandakı partlayışlarda İsrail iştirak edib?
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Ömür uzunluğunun 2 səbəbi: genetik və...
Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
Pəncərə önünə folqa qoyun - Fərqi görün
"İşıqda yatmaq infarkta səbəb olur"
Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
“Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
Şiddətli baş ağrılarının gizli qalan səbəbi
Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
Qaraciyər və böyrəklər üçün ən faydalı içki
Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Putin Paşinyandan Zəngəzur dəhlizini TƏLƏB EDİR: Xəritə mesajı isə bəhanələri BOŞA ÇIXARTDI

Xəbərlər

23-10-2021, 08:00

Putin Paşinyandan Zəngəzur dəhlizini TƏLƏB EDİR: Xəritə mesajı isə bəhanələri BOŞA ÇIXARTDI


Kremlin Rusiya və Türkiyə arasında birbaşa marşrutun yaradılmasına can atması Ermənistanı çıxılmaz vəziyyətə salıb; İndiyə qədər rəsmi İrəvanın müqavimət göstərdiyi bütün proseslərə hazırda Rusiya açıq dəstək verir…
Cənubi Qafqaz regionunda proseslər Ermənistanın maraqlarına uyğun cərəyan etmir. Regionda baş verən hər bir hadisə demək olar ki, zəncirvari xarakter daşıyır. Və Ermənistanın məğlub dövlət statusununu daha da möhkəmləndirir.

Hazırda elə geopolitik mənzərə yaranıb ki, bu durumda rəsmi İrəvanın ucundan tutub, müvazinətini qoruya biləcəyi hər hansı “regional kəndir” qalmayıb. Əksinə, indi Azərbaycan da daxil olmaqla, digər geopolitik iradə mərkəzlərinin əlində olan “regional kəndir” yeni reallıqlara müqavimət göstərəcəyi təqdirdə, yalnız Ermənistanın “dərin böhran quyusu”na atılması üçün yararlı ola bilər. Və bu, Ermənistan cəmiyyətində də etiraf olunduğu kimi, uydurma erməni dövlətçiliyinin tamamilə süquta uğraması təhlükəsini aktuallaşdıran əsas faktora çevrilməkdədir.

Məsələ ondadır ki, rəsmi İrəvan böyük səbirsizliklə Rusiyanın Azərbaycana sərt təzyiq göstərə biləcəyi məqamı gözləyir. Ancaq müşahidələr onu göstərir ki, bu, baş verməyəcək. Və Ermənistanın gözləntiləri hazırda bumerang effekti verməyə başlayıb.

Səbəb isə olduqca sadədir. Belə ki, Kremldə Azərbaycana qarşı Ermənistanın ümid bəslədiyi təzyiqlər barədə ümumiyyətlə, düşünmürlər. Əksinə, Rusiyanın indiki geopolitik maraqları Azərbaycanla daha geniş strateji tərəfdaşlıq münasibətlərini diqtə edir. Kreml rəsmi Bakı ilə ortaq mənfəət çərçivəsində iqtisadi-ticari əməkdaşlığı genişləndirməyin planlarını qurur.

Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bu planın bəzi detallarını artıq açıqlayıb. O, bildirib ki, Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Və Rusiyanın bir sıra önəmli şirkətlərinin təmsilçiləri noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədirlər.

Təbii ki, Ermənistanın siyasi dairələrində bu açıqlamadan gələcəyə yönəlik müəyyən nəticələr çıxara bilərlər. Hər halda, Rusiya üçün hazırda iqtisadi-ticari faktorların geostrateji hədəfləri reallaşmaq baxımdan, böyük əhəmiyyət daşıdığını anlamaq o qədər də çətin deyil. Və rəsmi İrəvan Ermənistanın gələcəyini planlaşdırarkən bu önəmli reallığı mütləq nəzərə almaq məcburiyyətindədir.

Paşinyan hakimiyyəti Rusiyanın Ermənistan ilə maliyyə-iqtisadi münasibətlərdən elə bir ciddi mənfəət əldə etmədiyini diqqətə almalıdır. Çünki, Kreml bu münasibətlərdə xərcləyərək, heç nə qazanmayan tərəf rolunda çıxış edir. Ermənistan rentabelli iqtisadi-ticari tərəfdaş deyil. Ona görə də, Rusiya Ermənistanda nə ala, nə də sata bilir. Nəticədə bu münasibətlər ən yaxşı halda, Ermənistanın çökmüş iqtisadiyyatına, geriyə dönəcəyi elə əvvəlcədən böyük şübhələr doğuran maliyyə yatırımı ilə məhdudlaşır.

Azərbaycan isə tamamilə fərqlidir. Rusiya Azərbaycandan öz istehsalı olan məhsullar üçün önəmli bazar kimi faydalanmaq imkanına malikdir. Eyni zamanda, Rusiyanın Azərbaycan məhsullarına da öz daxili bazarında ehtiyacı var. Ən əsası isə Rusiya şirkətləri üçün Azərbaycan qarşılıqlı faydalı yatırım məkanıdır. Xüsusilə də, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başladılmış nəhəng quruculuq işləri Rusiya şirkətləri üçün olduqca cazibədar görünür.

Maraqlıdır ki, Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bu önəmli məqamı ermənilərin lazımi nəticə çıxara biləcəkləri qədər aydın şəkildə ifadə edib: “Biz bu ortaq fəaliyyət imkanlarına Rusiya və Azərbaycan arasındakı münasibətlərdə önəmli mərhələ kimi yanaşırıq. Gələcəkdə bu münasibətlərin daha da inkişafına nail olmaq niyyətindəyik”.

Müasir dünyada strateji münasibətlər qarşılıqlı mənfəət üzərində qurulur. Rusiya da artıq bu reallığa uyğunlaşmağa çalışır. Kreml Rusiyanın maraqlarını və hədəflərini ermənilərin bitib-tükənməyən xəyalları və kaprizlərinin girovuna çevirmək praktikasından böyük sürətlə uzaqlaşır. Və bundan sonra Ermənistana öz mövcudluğunu qorumaq üçün Rusiya ilə hərbi müttəfiqlik müqaviləsi yetərli olmayacaq.

Rusiya prezidenti Vladimir Putinin “Valday” beynəlxalq klubunun iclasında dediklərinə diqqət etdikdə buna növbəti dəfə əmin olmaq mümkündür. Belə ki, Rusiya prezidenti Azərbaycan-Ermənistanın münasibətlərindən bəhs edərkən, üçtərəfli anlaşmaların icrasınin, eləcə də, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağın vacibliyini vurğulayıb. O, bildirib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir.

Təbii ki, bu “kompromislər” məsələsi daha çox Ermənistana yönəlik iraddır. Çünki məhz rəsmi İrəvan müxtəlif bəhanələrlə üçtərəfli anlaşmaların icrasını əngəlləyir. Regionda bütün iştirakçıların marağını ifadə edən nəqliyyat-kommunikasiya xətlərinin açılmasını gecikdirir. Sərhədlərin delimitasiya və demarkasiya prosesini bloklayır.

Rusiya prezidenti isə öz açıqlaması ilə rəsmi İrəvanın bütün bəhanələrini əhəmiyyətdən salır. Kreml sahibi Rusiyanın regionda geniş iqtisadi-ticari münasibətlərin qurulmasında birbaşa maraqlı olduğunu növbəti dəfə biruzə verir. Və onun açıqlamaları əslində, Paşinyan hakimiyyətinə direktiv xarakteri daşıyır.

Məsələ ondadır ki, prezident Vladimir Putin indi ən vacib məsələnin sərhəddəki vəziyyəti həll etmək olduğunu qabardıb: “Əlbəttə ki, Rusiyanın iştirakı olmadan bu məsələ ilə bağlı nəsə etmək mümkün deyil. Bu problemi həll etmək üçün isə iki tərəf və Rusiyadan başqa heç kimə ehtiyac yoxdur”.

Göründüyü kimi, rəsmi İrəvanın Minsk Qrupu həmsədrlərini regiondakı proseslərə ortaq etmək cəhdindən Kremldə qətiyyən məmnun deyillər. Ona görə də, prezident V.Putin Paşinyan hakimiyyətinə üstüörtülü şəkildə vəziyyəti gərginləşdirməyə ehtiyac olmadığının mesajını verir. Yəni, Kreml sahibi rəsmi İrəvana anlatmağa çalışır ki, Rusiya ABŞ və Fransanın bu regionuna yerləşməsinə hər hansı şans tanımaq niyyətində deyil.

Prezident V.Putin hesab edir ki, əgər, Ermənistan problemləri konstruktiv şəkildə həll etmək istəyirsə, regiona aid olmayan güclərin müdaxiləsi olmadan, yalnız Rusiyanın vasitəçiliyi yetərlidir: “Burada çox sadə, praqmatik reallıqlar var. Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr mövcuddur”.

İndi bu açıqlamaya rəsmi İrəvanın reaksiyası da böyük maraq doğurur. Çünki, Kreml sahibi Paşinyan hakimiyyətinə mövcud rəsmi sənədlər əsasında problemin həllini təklif edir. Və Rusiyanın Ermənistan tərəfindən irəli sürülən bəhanələrə ciddi yanaşmadığına eyham vurur.

Nəhayət, Rusiya prezidentinin nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə dedikləri də rəsmi İrəvan üçün açıq direktiv təsiri bağışlayır. Çünki, prezident V.Putin bildirib ki, Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Və bu, açıq ifadə edilməsə belə, Kremlin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu düşünməyə əsas verir.

Məsələ ondadır ki, prezident V.Putinin dedikləri açıq-aşkar Zəngəzur dəhlizinin ad çəkilmədən təsir olunmasıdır. Bundan sonra rəsmi İrəvanın üçtərəfli anlaşmalar üzərindən manipulyasiya cəhdləri o qədər də asan olmayacaq. Çünki Rusiya nəinki Zəngəzur dəhlizinin açılmasına qarşı deyil, əksinə, hətta bu layihəni dəstəkləyir. Hər halda, bu dəhlizin Rusiya və Türkiyə arasında birbaşa əlaqə yaradacağını izah etməyə qətiyyən ehtiyac yoxdur.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü iddia etmək mümkündür. Ən azından ona görə ki, indiyə qədər rəsmi İrəvanın müqavimət göstərdiyi proseslərə Rusiya açıq dəstək verir. Bu baxımdan, Ermənistanın mövcud reallıqlarla barışmaqdan başqa yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Oxunub: 829
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-10-2021, 02:08

Putindən Azərbaycan ordusunun GERİ ÇƏKİLMƏSİ İSTƏYİ

Xəbərlər

23-09-2021, 22:15

SON DƏQİQƏ: İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Xəbərlər

5-09-2021, 16:11

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri GÖRÜŞÜR – Sülh müqaviləsinə TƏLİMAT

Xəbərlər

11-07-2021, 10:42

Ermənilər Rusiyaya ƏVƏZ AXTARIR: ABŞ-la müttəfiqlik və NATO-ya QOŞULMA

Xəbərlər

19-05-2021, 23:40

Paşinyandan Zəngəzur dəhlizinin açılması ilə bağlı daha bir AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İrandakı partlayışlarda İsrail iştirak edib?
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Son xəbərlər
  • Bu gün, 20:16
    İrandakı partlayışlarda İsrail iştirak edib?
  • Bu gün, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • Bu gün, 15:33
    Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
  • Bu gün, 14:52
    İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
  • Bu gün, 13:34
    Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
  • Bu gün, 12:27
    Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
  • Bu gün, 11:15
    Ömür uzunluğunun 2 səbəbi: genetik və...
  • Bu gün, 10:21
    Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
  • Bu gün, 09:11
    Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
  • Dünən, 22:39
    Pəncərə önünə folqa qoyun - Fərqi görün
  • Dünən, 21:33
    "İşıqda yatmaq infarkta səbəb olur"
  • Dünən, 20:27
    Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
  • Dünən, 19:06
    “Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
  • Dünən, 18:08
    Şiddətli baş ağrılarının gizli qalan səbəbi
  • Dünən, 17:24
    Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
  • Dünən, 16:52
    ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
  • Dünən, 15:30
    Qaraciyər və böyrəklər üçün ən faydalı içki
  • Dünən, 14:09
    Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
  • Dünən, 13:47
    Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
  • Dünən, 12:39
    Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
  • Dünən, 11:31
    Ukrayna danışıqları niyə qapalı formatda keçirilir?
  • Dünən, 10:10
    Azərbaycan İranı əmin etdi: Hava məkanımız...
  • Dünən, 09:06
    Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT
  • 29-01-2026, 22:42
    NATO-da “beynin sındırılması” mexanizmləri araşdırılıb
  • 29-01-2026, 21:07
    5 ədviyyatlı öskürək müalicəsi: Bal ilə qarışdırın
  • 29-01-2026, 19:18
    İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır - Bu ölkədən vuracaqlar
  • 29-01-2026, 18:09
    Demensiya riski ilə xolesterol arasında əlaqə var?
  • 29-01-2026, 17:05
    Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzurdadır - Şok İDDİA
  • 29-01-2026, 16:42
    Nazirlər toplandı, dövlət uzun müddət sonra etiraf etdi – 5 ilə nə dəyişəcək?
  • 29-01-2026, 15:46
    14 yaşında menopoz keçirdi - "Bunu biləndə dünyam çökdü"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə