İsrail hökuməti nüvə sazişi imzalamayacağı təqdirdə ABŞ-dan İrana sanksiya tətbiq etməsini tələb edir.
Kanal.az xəbər verir ki, İsrail mənbələri hökumətdəki mənbəyə istinadən belə məlumat yayıb. Bildirilir ki, İsrail tərəfi bu sanksiyaların olduqca sərt olmasını istəyir.
Qeyd edək ki, bu gün İsrail və ABŞ rəsmiləri arasında görüş olacaq. Nümayəndələr İranın nüvə məsələsini də müzakirə edəcək.