“Rusiya Krımla bağlı mövqeyini Türkiyə və digər ölkələrə daha çox izah etməyə hazırdır”.
Kanal.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, Rusiyanın Türkiyə ilə yaxşı münasibətləri var. Onun sözlərinə görə, Ankara ilə münasibətlər inam üzərində qurulub:
“Lakin bu aramızda ciddi fikir ayrılıqlarının olmadığı anlamına gəlmir. Ciddi fikir ayrılıqlarından biri də Krım məsələsidir. Türk həmkarlarımızın bu mövqeyini qəbul etmirik və bunun tamamilə yalnış olduğunu hesab edirik”.