• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bunları etmək QADAĞANDIR!

Xəbərlər

4-07-2021, 14:20

Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bunları etmək QADAĞANDIR!


Yayın gəlməsi həm də çimərlik mövsümünün rəsmən açıq elan olunması deməkdir. Havaların isti keçdiyi bir vaxtda paytaxt sakinlərinin ən çox üz tutduğu məkan da məhz çimərliklərdir.

Bəs bu məkanlarda bədbəxt hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? İnsanlar nələrə diqqət etməlidir?

Ucnoqta.az xəbər verir ki. mövzu ilə bağlı Publika.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlik mövsümü başlamamışdan qabaq bütün bu məkanlara texniki baxış keçirilməlidir: “Suyun dibinə, aşınmaların olub-olmamasına, sualtı axınlara, yarğanların əmələ gəlib-gəlmədiyinə baxış keçirəndən sonra çimərliyə rəy verilir. Yəni çimərlikdə insanların rahat, sağlam və təhlükəsiz istirahəti üçün hər hansısa təhlükə varsa, həmin yerin fəaliyyətinə icazə verilmir və ora qeyri-çimərlik hesab olunur. Həmçinin orada insanların çimməsinə qadağa qoyulur”.

E.Nurəliyev qeyd edib ki, çimərliklərin təhlükəsizliyi məsələsinə kompleks yanaşmaq lazımdır: “Burada üç istiqamət var. Birincisi, insanların təhlükəsizlik qaydalarına əməl etməsi. İkincisi, çimərlik işlədən şəxslərin, yəni hansı qurumun balansındadırsa, o qurumun, ya da icra hakimiyyətinin, fiziki şəxslərin qaydalara riayət etməsi. Üçüncüsü isə aidiyyəti üzrə bura nəzarət edən qurumların nəzarət mexanizmidir”.

Ekspert insanların hansı halda çimərliklərə getməməsi üçün lazım olan qaydaları da açıqlayıb: “Hər kəs bilməlidir ki, çimərlik ərazisində təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Ən əsası, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Boğulma hallarının statistikasına baxdıqda 90 faizi əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir. Küləyin sürəti saniyədə 10-12 metrdən çox olarsa, gecə, havanın buludlu, dumanlı, çiskinli, yağışlı vaxtlarında çimərliklərə getmək qadağandır. Gəmidə, qayıqda balıq tutmaq qəti qadağandır. Müxtəlif qonaqlıqlar təşkil etmək, qadağanedici nişanları keçmək olmaz. Digər tərəfdən, çimərlik işlədən şəxslər çimərlikdə təhlükəsizlik qaydalarına riayət olunmasına diqqət etməli, mövsüm başlayan kimi onu sualtı baxışdan keçirməlidirlər. Çimərlik ərazisində hər 75 nəfər üçün 1 ədəd zibil qutusu olmalıdır. Oralar hər gün təmizlənməli, dezinfeksiya olunmalı, səhər saat 08:00-a qədər dünəndən qalan zibillər atılmalı, dezinfeksiya olunaraq sahildən 20 metrdən az, 30 metrdən isə çox olmayaraq yerləşdirilməlidir.

Çimərliklərin hər birində hər 75 nəfər üçün 1 sanitar qovşaq olmalıdır. Elə çimərlik var ki, orada bir neçə min insan olur, ancaq 1-2 sanitar qovşaq var. Sanitar qovşaqlar sahildən 50 metrdən az, 100 metrdən çox olmayaraq yerləşdirilməlidir. Çimərlik ərazisi həmişə təmiz və səliqəli saxlanmalı, hər zaman həkim briqadası olmalıdır. Aidiyyəti üzrə qurumlar tərəfindən buna nəzarət mexanizmi yaradılmalıdır. Əgər orada eyni qayda pozuntusu təkrarlanarsa, bunun aradan qaldırılması üçün tədbir görülməlidir. Əgər çimərlikdə insanlar və ya çimərlik işlədən şəxslər, şirkətlər təhlükəsizlik qaydalarına əməl etmirsə, qanunsuzluq varsa, bu barədə tədbir görülməlidir. Hətta çimərliyin fəaliyyət göstərməsinə qadağa da qoyula bilər. Bu gün ən əsası qeyri-çimərlik anlayışı ləğv olunmalıdır. Çimərlik varsa, mütləq orada nəzarət olmalıdır. Qadağa olmursa, nəzarətin olması mütləqdir. Biz görürük ki, qadağa var, amma orada insanlar çimir. Qadağa varsa, buna əməl olunmalıdır. Bu barədə əlavə qanun layihəsinin hazırlanmasına və sərt qaydalara ehtiyac var”.

Bəs insanlar boğulma təhlükəsi ilə üzə-üzə qaldıqda hansı amillərə diqqət etməlidirlər?

E.Nurəliyevin sözlərinə görə, boğulma təhlükəsi ilə qarşılayşan insan birinci növbədə panikaya düşməməlidir: “Boğulmaya gətirib çıxaran ən başlıca amil insanın panikaya düşməsidir. Bu zaman daha çox fiziki güc sərf edir, belə olanda isə əzələlər tez yorulur. Belə olduqda insan özünü suyun üzərində saxlamaq müvazinətini itirir, beləliklə suyun dibinə çökür. Boğulan insan əlini yuxarı qaldırır, barmaqlarının ucunu suyun dibinə çəkərək ayaqlarını suyun dibinə vurmaq istəyir. Bu halda isə əllər yuxarı, ayaq barmaqları suyun dibində olduqca, suyun cazibə və suda yaranan atmosfer qüvvəsi insanı suyun dərinliklərinə çəkir. Buna görə də ayağı suyun dibinə endirmək, əlləri yuxarı qaldırmaq olmaz.

Boğulan şəxs suda oturaq vəziyyətdə qalmaqla əllərini yan tərəfə atmalı və insanları köməyə səsləməlidir. Çünki əlini sudan yuxarı qaldırdıqca daha da dibə gedir. Köməyə gələn insanlar da boğulan insana üz hissədən yaxınlaşmalı deyil, çünki o şəxs xilas edəni özü ilə batıra bilər. Batan şəxs istənilən önünə keçən maneəni suyun dibinə çəkəcək ki, özü suyun üzünə çıxsın. Buna görə də arxadan yaxınlaşmaq lazımdır. Xilas edən boğulan şəxsin baş hissəsinin suyun üzərində olmasını təmin edərək sahilə doğru üzməlidir. İnsanlar bu məsələlərin hər birində diqqətli olmalıdırlar”.

Oxunub: 784
Paylaş:
Digər xəbərlər

Araşdırma

31-07-2020, 16:29

Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz

Araşdırma

8-07-2020, 19:40

Çimərliklərdə hansı infeksiyaya yoluxa bilərik? - Terapevtdən SOS

Xəbərlər

11-05-2020, 13:43

Sürücülər bu qayda pozuntusuna görə cərimə EDİLMƏYƏCƏK - AÇIQLAMA

Xəbərlər

30-07-2019, 10:14

DİQQƏT! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz - SİYAHI

Xəbərlər

5-07-2019, 11:39

Bu çimərliklərə GETMƏYİN - Nazirlikdən XƏBƏRDARLIQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Son xəbərlər
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • 5-08-2026, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • 5-08-2026, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • 5-08-2026, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • 5-08-2026, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • 5-08-2026, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • 5-08-2026, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • 5-08-2026, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • 5-08-2026, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə