• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
Ödem atan bitki çayları hansılardır?
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şuşa Bəyannaməsindən sonra rus sülhməramlılarının aqibəti necə olacaq?

Xəbərlər

17-06-2021, 10:37

Şuşa Bəyannaməsindən sonra rus sülhməramlılarının aqibəti necə olacaq?


İyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bir sıra məsələləri gündəmə gətirib. Bu bəyannamədən sonra rus sülhməramlılarının aqibətinin necə olacağı ilə bağlı müzakirələr açılıb.

Çünki Türkiyə Qarabağda rəsmən möhkəmləndi. O ölkə ki, NATO-da ordusuna görə ikincidir. Bu isə o anlama gəlir ki, NATO da dolayısı ilə Qarabağda möhkəmləndi.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü hesab edir ki, Azərbaycan tərəfi sona qədər Rusiya-Türkiyə münasibətlərinin pozulmamasına çalışmalıdır: “Türkiyə ilə bütün sahələrdə dərin və əhatəli müttəfiqliyi ifadə edən Şuşa Bəyannaməsinin imzalanmasından dərhal sonra rus sülhməramlılarının Qarabağdan çıxarılması mövzusunun gündəliyə gətirilməsi ölkəmizin lehinə olmayan addımdır və daha çox Azərbaycan üzərində qurulmuş Rusiya-Türkiyə əməkdaşlığını pozmaq istəyənlərin təşəbbüsü ilə ortaya atılır. Təəssüf ki, bəzi partiya və təşkilatlar da ya qəsdən, bilərəkdən, ya da bilməyərəkdən, mahiyyətinə varmadan xaricdən ölkəmizin informasiya məkanına axıdılan bu zərərli tezisin təsiri altında çıxış edir, hay-küylə siyasi xal yığmağa çalışırlar. Başa düşmək lazımdır ki, hazırkı şəraitdə Rusiya ilə Türkiyənin münasibətlərini gərginləşdirməyin ən böyük zərbəsi Azərbaycana dəyə bilər və bundan yayınmaq gərəkdir. Əksinə, biz çalışmalıyıq ki, 44 günlük Qarabağ savaşı üzərində qurulmuş Rusiya və Türkiyə əməkdaşlığı pozulmasın, daha da dərinləşdirilsin. Çünki bundan daha çox qazanan, udan elə Azərbaycan olacaq. Unutmayaq ki, Rusiya sülhməramlıları 10 noyabrdakı Atəşkəs Razılaşması əsasında Qarabağda yerləşiblər və razılaşmanın tələbinə görə, azı 5 il müddətində burada qalacaqlar. Bu dövrdə isə onların sülhməramlı fəaliyyətlərini necə yerinə yetirmələrinə Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəzi nəzarət edəcək. Ruslar sülhməramlı fəaliyyətlərindən kənara çıxacaqlarsa, əmin olun ki, bu haqda Türkiyə və Azərbaycan tərəfinin dərhal məlumatı olacaq, gərəkli addımlar da atılacaq. Hələliksə Türkiyə və Azərbaycan tərəfi Rusiyadan narazılıqlarını bildirməyiblər.




Əksinə, həm Azərbaycan, həm də Türkiyə prezidenti səviyyəsində Rusiya prezidenti Putinin tutduğu mövqedən razılıq ifadə olunub. Görünən də budur ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya tərəfi ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar və Moskvanın Cənubi Qafqazdakı rolundan da narahat deyillər. Bununla belə, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin bundan sonra birmənalı şəkildə Türkiyə tərəfindən təminat altına alınması deməkdir. Bu bəyannamənin Şuşada imzalanması bundan sonra Qarabağ məsələsində Azərbaycanın maraq və mövqeləri ilə hesablaşmayacaq bütün güclərə, o cümlədən elə atəşkəsə nəzarət edən Rusiyaya da o mesajdır ki, Azərbaycan tək deyil, ona tərəf atılacaq hər güllə həm də Türkiyəyə atılacaq güllə demək olacaq. Hazırda isə biz əsas diqqəti rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması təşəbbüslərinə yox, daha çox, işğaldan azad edilmiş ərazilərimizdə hərbi və iqtisadi baxımdan möhkəmlənməyə, sürətli quruculuq və məskunlaşma işləri aparmağa yönəltməliyik. Çünki biz Qarabağda möhkəmləndikcə, gücləndikcə, rusların orada zorla saxlamağa çalışdıqları ermənilər də avantürist ideyalarından əl çəkməyə məcbur olacaqlar: sonda ya adam kimi yaşamaq üçün Azərbaycan vətəndaşlığında qalmağı üstün tutacaqlar, ya da rədd olub bu torpaqlardan gedəcəklər. Rusiya öz əhalisini yedirə bilmir, erməniləri daha neçə il yedirib bəsləyəcək ki?”

Politoloq Məhəmməd Əsədullazadə: “Cənubi Qafqaz artıq post-müharibə mərhələsinə keçib və burada əsas aktyor Türkiyənin rolu daha da qabarıq şəkildə özünü göstərəcək. İlk növbədə, Türkiyə regionda Gürcüstanda, Azərbaycanda mövqelərini gücləndirib və daha sonra Ermənistanda öz mövqeyini gücləndirəcək. Xüsusilə cənab Ərdoğanın Şuşaya səfəri və burada cənab İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalamasi regionda öz təsir qüvvəsini və rolunu artıracaq. Bununla da Rusiyanın Qarabağ üzərindən Azərbaycana hər hansı bir təsirləri neytrallaşacaq. Bu bəyannaməyə əsasən Türkiyə Azərbaycana hərtərəfli dəstək verəcək və ölkəmizin təhlükəsizliyinin təminatçısı olacaq. Qeyd edim ki, əsasən Rusiyanın sülhməramli qüvvələrinin öz fəaliyyəti Qarabağda narahatlıq doğurur. Onların gələcəkdə fəaliyyəti və separatizmi körükləməsi halları və Azərbaycana qarşı qoymaq cəhdləri var. Ona görə də Şuşada Türkiyə ilə birgə Bəyannamə məhz Rusiyaya mesaj xarakterlidir. Çünki Şuşa Qarabağın mərkəzidir və bu bəyannamə Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpasına gətirib çıxaracaq. Öncə Qarabağda sülhməramlı qüvvələrin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin ləğvi və ardınca sülhməramlı qüvvələrinin çıxarılması gündəlikdə duracaq. Türkiyə bütün Cənubi Qafqazda olur. Rusiya isə kiçik bir hissədə yalnız destruktiv siyasəti ilə mövcuddur. Artıq Türkiyə Qarabağdadır, burada hər hansı bir qüvvə, Rusiya ermənilərin əli ilə separatçılıq edə bilməyəcək. Rusiya hesab edirdi ki, sülhməramli qüvvələrlə Qarabağa girdikdən sonra Azərbaycan tam nəzarətində olacaq və ermənilərin separatizmini inkişaf etdirəcək, Azərbaycanı KTMT və Avrasiya İttifaqına üzv edəcək. Göründüyü kimi, artıq bu planlar da fiaskoya uğradı. Bundan sonra Türkiyə-Azərbaycan tandemi daha da güclənəcək. Həmçinin ABŞ da bu prosesdə bu ikiliyə dəstək verəcək. Bir sözlə, NATO Azərbaycanla sıx hərbi əməkdaşlıq müstəvisinə keçərək Türkiyə vasitəsilə Cənubi Qafqazda öz rolunu gücləndirir. Hesab edirəm ki, Prezident İlham Əliyev və Prezident Ərdoğan regionda yeni bir təhlükəsizlik çəmbəri formalaşdırır və Rusiyanın aqressiv siyasətini Qarabağda önləməyə gətirib çıxarır”.(musavat.com)

Demokrat.az

Oxunub: 848
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-06-2021, 21:08

Rus ordusu çıxır, yerinə Türkiyə ordusu GƏLİR?

Xəbərlər

2-12-2020, 00:56

SON DƏQİQƏ: Rusiya MN-dən Türkiyə hərbçiləri ilə bağlı AÇIQLAMA

Xəbərlər

24-11-2020, 08:34

Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda sülhməramlılarla bağlı MÜBAHİSƏ

Xəbərlər

14-11-2020, 16:07

Ankarada gərgin danışıqlar başa çatdı - Türkiyə sülhməramlıları GƏLİR?

Xəbərlər

5-04-2019, 11:53

Türkiyə NATO-dan çıxır? - Ağır nəticələri olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
Son xəbərlər
  • Bu gün, 19:29
    İran körfəz ölkəsini raket atəşinə tutur
  • Bu gün, 18:44
    MRT xərçəngi daha tez tapır
  • Bu gün, 17:38
    Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
  • Bu gün, 16:02
    Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
  • Bu gün, 15:28
    Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
  • Bu gün, 14:04
    Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
  • Bu gün, 13:21
    Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
  • Bu gün, 12:22
    Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
  • Bu gün, 11:58
    Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
  • Bu gün, 09:05
    Ödem atan bitki çayları hansılardır?
  • Dünən, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • Dünən, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Dünən, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • Dünən, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • Dünən, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • Dünən, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • Dünən, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • Dünən, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • Dünən, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • Dünən, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • Dünən, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • 3-05-2026, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • 3-05-2026, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • 3-05-2026, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • 3-05-2026, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • 3-05-2026, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • 3-05-2026, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • 3-05-2026, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
  • 3-05-2026, 15:48
    Qadınları narahat edən problem – Zamana buraxmayın
  • 3-05-2026, 14:22
    NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə