• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Balığın insan orqanizmində yaratdığı fəsadlar - İNANMAYACAQSINIZ

Xəbərlər

14-05-2021, 21:11

Balığın insan orqanizmində yaratdığı fəsadlar - İNANMAYACAQSINIZ


Balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir. Qeyd edək ki, okean balıqlarından əldə edilmiş yağlar daha yüksək bioloji dəyərə malikdir. Balıq kürüsü də faydalı qida məhsulu hesab olunur. Tərkibindəki vitamin və mineralların immun sistemin güclənməsində rolu böyükdür.

Balıq və balıq məhsulları insan orqanizmində hər hansı fəsadları yarada bilərmi?

Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a məlumat verilib. Belə bir fikir var ki, qış mövsümündə balıqla qidalanmaq daha faydalıdır. Əslində mütəxəssislərin fikrincə, balığın hansı mövsümdə istehlakının fərqi yoxdur. Əsas odur ki, saxlanma şəraitinə düzgün əməl edilsin. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün mövsümlərdə həftədə 3 dəfə balıq yeyilməsini tövsiyə edir.

Balıq alarkən diqqətli olmaq lazımdır

Sanitariya-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Növündən asılı olmayaraq balıq, həmçinin balıq konservləri alarkən saxlanma şəraitinə və temperaturuna diqqət yetirilməlidir. Konservləşdirilmiş məhsulun metal qabında əzik, batıq, pas, həmçinin alt və ya üst qapaqda şişmə (bombaj) müşahidə olunursa, istehlakı tövsiyə edilmir. Qablaşdırılmış balıq məhsulu alarkən onların istehsal və son istifadə tarixini, eyni zamanda etiketin üzərində istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır.

Saxlanma temperaturuna və gigiyenik tələblərə riayət edilmədikdə balıq və balıq məhsulları yoluxucu mikroorqanizmlərin və zəhərlənmələrin mənbəyi ola bilər. Həmçinin balıq bir çox parazit törədicilərinin daşıyıcısıdır. Çiy və ya kifayət qədər emal edilməmiş balıq və balıq məhsullarını istifadə etdikdə orqanizm parazit qurdların sürfələri ilə yoluxur. Qeyd edək ki, balıq ətində müxtəlif xəstəliklərə səbəb ola biləcək 20 parazit növü (yastı, lentvari və yumru qurdlar) vardır. Bu parazitlər həm insan üçün təhlükəlidir, həm də balığın fiziki-kimyəvi xassələrini dəyişir. Bunların arasında yastı qurdlar orqanizm üçün daha ciddi təhlükə mənbəyi sayılır. Yastı qurdlar qaraciyər və öd yollarında parazitlik edir. Lentvari qurdlar isə bağırsaqda inkişaf edir. Ürəkbulanması, başgicəllənməsi, zəiflik və qanazlığı kimi hallara səbəb olur.

Balığın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün emalı zamanı müəyyən texnoloji qaydalara ciddi əməl olunmalıdır.

Balıqdan yemək hazırlayarkən dad və faydalı keyfiyyətlərini qorumaq üçün düzgün bişirilməsi şərtdir. Balıq 20 dəqiqə qaynadılmalı və ya qızardılmalıdır. Unutmayın ki, çiy və ya kifayət qədər bişməmiş balıq əti ilə parazitlərin səbəb ola biləcəyi bir çox xəstəliklər yaranır. Parazitlər aşağı temperaturda da yaşama qabiliyyətinə malik olduğundan dondurulmuş balıqdan belə yoluxma baş verə bilər. Parazitlərlə yoluxmuş balığı yalnız qaynatdıqdan sonra və ya müvafiq baytarlıq-sanitariya ekspertizasının rəyi olduğu təqdirdə pişik, it və ya zooparkdakı vəhşi heyvanlara qida məhsulu kimi vermək olar. Duza qoyularkən də texniki tələblərə əməl olunması vacibdir.

Xüsusilə qeyd etmək lazımdır ki, balıq təmizləndikdən sonra istifadə olunan alətlər (taxta, bıçaq və s.) və əllər sabunlu su ilə təmiz yuyulmalıdır.

Balıq və digər ərzaq məhsullarında istifadə olunan taxta və alətlər müxtəlif olmalıdır.

Parazitar xəstəliklər balıq əmtəə təsərrüfatına ciddi zərər vurur. Belə ki, xəstəlik törədicilərinə yoluxan balıqlar inkişafdan qalır, ətinin keyfiyyəti aşağı düşür, həmçinin bəzi hallarda kütləvi qırılır. Bu baxımdan Azərbaycanın müxtəlif bölgələrində yaradılmış balıqçılıq təsərrüfatlarında parazitoloji vəziyyəti müəyyən etmək, xəstəliklərin törənmə səbəblərini bilmək və vaxtında səmərəli mübarizə tədbirlərini həyata keçirmək olduqca vacibdir. Əhalinin keyfiyyətli və təhlükəsiz balıq və balıq məhsulları ilə təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən müvafiq laboratoriyada bütün balıq növlərinə məxsus təhlükəsizlik göstəricilərinin təyini üzrə aparılan müayinələri də xüsusi qeyd etmək olar. Belə ki, laborator sınaq müayinələri nəticəsində məhsulun istifadəyə tam uyğunluğu və qida məhsullarının təhlükəsizliyi baxımından yararlılığını müəyyən etmək mümkündür.

Oxunub: 704
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

25-03-2021, 22:41

Balıq pəhrizi

Maraqlı

26-12-2019, 22:04

Uşaqların inkişafı üçün LAZIM OLAN 10 QİDA

Maraqlı

5-11-2019, 10:06

Balıq yağının misilsiz faydaları və düzgün qəbulu

Maraqlı

20-10-2019, 21:35

Uzunömürlülərin qidası - balığın sağlamlıq üçün 10 FAYDASI

Xəbərlər

14-07-2019, 16:28

Uzunömürlülərin qidası - Balığın sağlamlıq üçün 10 FAYDASI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Son xəbərlər
  • Bu gün, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Bu gün, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • Dünən, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • Dünən, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • Dünən, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • Dünən, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • Dünən, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • Dünən, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • Dünən, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • Dünən, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • Dünən, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Dünən, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • Dünən, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • 31-08-2026, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • 31-08-2026, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • 31-08-2026, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • 31-08-2026, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • 31-08-2026, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • 31-08-2026, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 31-08-2026, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • 31-08-2026, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • 31-08-2026, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • 31-08-2026, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • 31-08-2026, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • 31-08-2026, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə