• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLANDI - Hər kəs OXUSUN

Xəbərlər

6-04-2021, 18:27

Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLANDI - Hər kəs OXUSUN


Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.

Hesablama Palatasının rəyinə görə, 2021-ci il dövlət büdcəsi layihəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə son illərdə ilk dəfə iri dövlət şirkətlərindən (Azərbaycan Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Azərişıq” ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti) 46 milyon manat məbləğində dividentlər nəzərdə tutulub. Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq. Elektrik enerjisinin qiymətlərində dəyişiklik gözlənilirmi? Ümumiyyətlə, qiymətlər artırılmalıdırmı?

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Turan-a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib: «Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi». Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklirini qeyd ediblər.

İqtisadçı Natiq Cəfərli isə "Azadlıq” radiosuna bildirib ki, yanvar ayında «Azəriqaz» rəsmi şəkildə tariflərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etmişdi: «Lakin benzin və dizel yanacağının qiymətləri artırıldı, təbii qazla bağlı isə məsələ ertələndi. Bu o deməkdir ki, təbii inhisarçılar olan dövlət şirkətləri özlərinin zay idarəetməsindən nəticə çıxarmayaraq, gərəksiz xərclərin azalmasını düşünməyərək ancaq qiymət artımı yolu ilə ziyanla işləməkdən və dövlət büdcəsindən dotasiyaların azalmasından sığortalanmaq istəyirlər».

Ekspert qeyd edib ki, dövlət şirkətlərinə dövlət büdcəsindən dotasiyalar azalıb: «Bu, doğru addımdır. Çünki dövlət inhisarçı şirkətləri büdcəyə yük olmamalıdılar. Amma bunun bədəlini vətəndaşlar ödəməməlidir».

N.Cəfərli hesab edir ki, ilk növbədə həmin şirkətlərdə xərclər azalmalıdır və müxtəlif xərclərin şişirdilməsinin səbəbləri tapılmalıdır: «Çünki çox zaman bu xərclərin şişirdilməsi korrupsiya ehtimalını yaradır». İqtisadçı vurğulayıb ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq: «Əgər dövlətdən ayrılan dotasiyaların azaldılması siyasəti yürüdülürsə, əlavə vəsaitlərə ehtiyac yaranır. Belə görünür ki, əlavə vəsaiti xərclərin azaldılması, idarəetmənin optimallaşdırılması yolu ilə əldə etməyi düşünmürlər, bunu ancaq tariflərin artırılması yolu ilə büdcədən alacaqları kompensasiyanın kəsilməsi şəraitində əlavə vəsait əldə etməsini düşünürlər. Ona görə də həm «Azərişıq», həm «Azəriqaz»ın belə bir təkliflə Tarif Şurasına müraciət etməsi heç də təəccüblü görünmür». Ekspertin fiktincə, qiymətlərin artırılmasına ehtiyac yoxdur: «Çünki Azərbaycanda əhaliyə satılan elektrik enerjisinin və qazın qiymətləri vətəndaşların alıcılıq qabiliyyətini və gəlirlilik səviyyəsini, həmçinin qazın və işığın şişirdilmiş dəyərini nəzərə alaraq hətta indiki qiymətlər heç də ucuz deyil. Azərbaycanda insanların alıcılıq qabiliyyətinə görə bu qiymətlər hətta bir az bahadır, çünki qazın və elektrik enerjisinin istehlak həcminə limitlər də qoyulub. Ona görə də tariflərin artırılmasına ehtiyac yoxdur».

Azərbaycanda elektrik enerjisinin son bahalaşması 2016-cı ildə baş verib. 2016-cı ilin iyulun 15-dən Tarif Şurasının qərarı ilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Bu qərar enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə verildiyi bildirilmişdi.

Oxunub: 1 250
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-02-2021, 19:18

Prezident su ilə bağlı mühüm FƏRMAN İMZALAYIB

Xəbərlər

6-05-2019, 20:19

Prezident sərəncam imzaladı - 6 milyon manat ayrıldı

Manşet / Gündəm / Xəbərlər

16-05-2018, 10:42

Azərbaycanda bu quruma 45 milyon manat ayrıldı

Manşet / Gündəm / Xəbərlər

29-03-2018, 07:56

Ceyranbatan su anbarının statusu dəyişib

Manşet / Gündəm / Xəbərlər

22-03-2018, 19:37

Abşeronda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Son xəbərlər
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə