İtaliya hökuməti son zamanlarda koronavirusa yoluxma sayının artması ilə bağlı məhdudiyyətləri sərtləşdirilib.
Sondakika.com xəbər verir ki, martın 15-dən etibarən 10 bölgədə qırmızı, doqquz bölgədə narıncı zona elan ediləcək.
Qeyd edilir ki, ölkədə sarı zona olmayacaq, yalnız Sardiniya adası ağ zona elan olunacaq.
Məhdudiyyətlər aprelin 6-na qədər etibarlı olacaq.
Qeyd edək ki, yoluxma sayına görə ilk onluqda olan İtaliyada 3 175 807 nəfərdə koronavirus qeydə alınıb.