Özünü videobloger kimi təqdim edən Ata Abdullayev  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ata Abdullayev məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. 
O, çoxsaylı şikayətlər əsasında iş başında tutulub.
Sabah isə Ata Abdullayevin məhkəməsi keçiriləcək. 
Mənbə: Demokrat.az