• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
Ürəyin işini 2 aya yaxşılaşdıran 2 meyvə
Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi
Prezident və xanımı Antalyada mühüm tədbirdə...
Yayılan qriplə bağlı açıqlama - Nə etməli?
Proses dünəndən başlayıb: ABŞ Rusiyanı bu ölkədən də çıxardır
Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq
Qatıq, çuğundur qarışımı ilə arıqlama - Sirli resept
Gecəyarı 3-də oyananlar – 3 ciddi xəstəlik ola bilər
Yoğun bağırsaq xərçəngi - 4 TƏHLÜKƏLİ SİMPTOM
100 manatlıq əsginaslar buna görə dəyişdirilirmiş – Diqqət
Heç su içməyənlərin orqanizmində nə baş verir?
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlarda kəskin leykoz

Səhiyyə

22-08-2019, 21:26

Uşaqlarda kəskin leykoz



Bu, onkoloji xəstəlik olub qan sisteminin əsas orqanı olan sümük iliyinin zədələnməsi ilə xarakterizə olunur. Sümük iliyinin gənc hüceyrələri naməlum səbəblər üzündən sona qədər inkişaf etməyərək sümük iliyində toplanır, qan axını ilə bütün orqanizm boyu müxtəlif orqanlara yayılaraq onların böyüməsinə səbəb olur.

Sümük iliyində isə bu natamam inkişaf etmiş hüceyrələr sağlam hüceyrələri sıxışdıraraq onları əvəz edirlər. İnkişaf etməmiş hüceyrələr qanyaratma funksiyasını tam şəkildə yerinə yetirə bilmədikləri üçün qan dövranına öz funksiyasını tam şəkildə yerinə yetirə bilməyən, inkişaf etməmiş eritrositlər, leykositlər, trombositlər daxil olurlar.

Leykoz yoluxucu və irsi xəstəlik deyil. Leykoz ilə xəstələnmiş valideynlərdən tam sağlam uşaqlar doğula bilər. Əksinə olaraq, tam sağlam olan valideynlərin övladlarında leykoz xəstəliyi inkişaf edə bilər.

Leykoz ilə əsasən məktəbəqədər yaş qrupundan olan uşaqlar xəstələnirlər. Az hallarda 1 yaşadək olan və 10 yaşından artıq olan uşaqlarda da bu xəstəliyə təsadüf edilir.

Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər 1,5-2 aydan az vaxt keçmir.

Diqqətli valideynlər bu zaman öz uşaqlarının davranışında müəyyən dəyişikliklərə diqqət yetirə bilərlər. O tez yorulur, yeməkdən imtina edir, pis oxuyur, oyunlara olan marağını itirir, daha tez-tez soyuqdəymə və infeksion xəstəliklərə yoluxur. Sonra uşağın ayaqlarında və onurğa sütununda ağrı meydana çıxır, onun dərisi avazıyır, bədənində göyərmiş sahələr qeyd edilir, qaraciyər, dalaq və limfa düyünləri böyümüş olur. Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qanda tam yetkin olmayan hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam adamın qanında normal halda belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur.

Halhazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir.

Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur.

Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru, adətən, doğma qardaş və bacılar arasında axtarırlar. Müasir azuşaqlı ailələrdə (ailədə bir ya iki uşaq olur) donor tapmaq o qədər də asan olmur. Təəssüf olsun ki, sümük iliyi köçürülməsi üçün valideynlər çox təsadüfi hallarda öz uşaqları ilə tam uyğunluq təşkil edirlər. Donor axtarılması üçün ümumdünya məlumat bankı mövcuddur.

Sümük iliyinin köçürülməsi əməliyyatı bir çox xəstələrin həyatını xilas etməyə imkan yaratmışdır. Sümük iliyinin köçürülməsi yalnız leykoz xəstəliyinin müalicəsində deyil, hipoplastik anemiyalar, müxtəlif növ immun çatışmazlıqları, talassemiya və digər xəstəliklərdə də istifadə edilir. Bu əməliyyat hər bir halda yalnız medikamentoz müalicə effektsiz olduqda tətbiq edilir.

Oxunub: 1 146
Paylaş:
Digər xəbərlər

Maraqlı

22-02-2019, 14:01

Qan xərçəngindən qoruyan MÖCÜZƏLİ VASİTƏ

Səhiyyə

3-02-2019, 00:01

Leykoz haqqında

Manşet / Gündəm / Səhiyyə

17-01-2019, 02:53

Pecet xəstəliyi

Səhiyyə

1-11-2018, 14:47

Stress

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:20

Leykositlərin artması və azalması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
Son xəbərlər
  • Dünən, 22:09
    Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
  • Dünən, 21:37
    Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
  • Dünən, 20:31
    Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
  • Dünən, 19:03
    İran “Hörmüz”lə bağlı 3 şərt irəli sürdü: “Əgər ABŞ bunu etməsə, o zaman…”
  • Dünən, 18:29
    Ağrılı, qanayan ağız yaraları xərçəng siqnalı verir
  • Dünən, 17:40
    Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
  • Dünən, 16:22
    NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
  • Dünən, 15:33
    Ürəyin işini 2 aya yaxşılaşdıran 2 meyvə
  • Dünən, 14:15
    Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi
  • Dünən, 13:24
    Prezident və xanımı Antalyada mühüm tədbirdə...
  • Dünən, 12:35
    Yayılan qriplə bağlı açıqlama - Nə etməli?
  • Dünən, 11:09
    Proses dünəndən başlayıb: ABŞ Rusiyanı bu ölkədən də çıxardır
  • Dünən, 10:31
    Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq
  • Dünən, 09:06
    Qatıq, çuğundur qarışımı ilə arıqlama - Sirli resept
  • 16-04-2026, 22:20
    Gecəyarı 3-də oyananlar – 3 ciddi xəstəlik ola bilər
  • 16-04-2026, 21:16
    Yoğun bağırsaq xərçəngi - 4 TƏHLÜKƏLİ SİMPTOM
  • 16-04-2026, 20:55
    100 manatlıq əsginaslar buna görə dəyişdirilirmiş – Diqqət
  • 16-04-2026, 18:34
    Heç su içməyənlərin orqanizmində nə baş verir?
  • 16-04-2026, 17:45
    Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
  • 16-04-2026, 16:07
    İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
  • 16-04-2026, 15:17
    42 yaşlı kişi dözülməz simptomlar yaşadı – Diaqnozu şoka saldı
  • 16-04-2026, 14:27
    Bakı və İrəvan arasında “test” keçirildi – Əlamətdar hadisə
  • 16-04-2026, 13:04
    Müharibə Rusiyanı zəiflətmir, gücləndirir: 7 trilyon dolları keçdi
  • 16-04-2026, 12:10
    Bibəriyə sakitləşdirir, arıqladır, gözəlləşdirir
  • 16-04-2026, 11:39
    Şagirdin meyiti zirehli texnika ilə çıxarıldı
  • 16-04-2026, 10:20
    İrandan sensasiya: Bu ölkə bütünlüklə bizə məxsusdur!
  • 16-04-2026, 09:12
    1 dəfə dəmləmədə məlhəm olan pişikotu - EVDƏ MÜALİCƏ ÜSULU
  • 15-04-2026, 22:50
    Otağa niyə gəldiyinizi unudursunuz?
  • 15-04-2026, 21:38
    Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
  • 15-04-2026, 20:45
    Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək – RƏSMİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə