• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ürəyin xarici masajı

Səhiyyə

8-04-2019, 11:48

Ürəyin xarici masajı

Ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır.

Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir. Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır.

Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır.

Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək iri yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.

Ürəyin xarici masajı 1 yaşından 8 yaşınadək olan uşaqlarda sağ əl ovucunun baş barmağın əsasına yaxın olan hissəsi ilə yerinə yetirilir.

İri yaşlı uşaqlara və böyüklərə yardım göstərərkən xilas edən şəxs onun sol tərəfində dayanıb bir əlinin ovucunu zərərçəkənin döş sümüyünün aşağı 1/3-nə qoyur. Sonra xilasedici digər əlinin ovucunu döş sümüyünün üzərində olan o biri əlinin üzərinə qoyur (bax şəkilə). Qabırğalara təzyiq etməmək üçün əl barmaqlarınızı bir qədər yuxarı qaldırın. Xilasedicinin çiyinləri xəstənin döş qəfəsinin üstündə yerləşməlidir, qollar düzləndirilməlidir.

Ürəyin xarici masajı döş sümüyünə güclü və sürətli təzyiq edilməsi şəklində aparılır. Bu halda ürək döş qəfəsinin ön tərəfi ilə onurğa sütunu arasında sıxılır ki, bu zaman ürəyin daxilində olan qan ürəkdən xaric olaraq arterial qan damarlarına qovulur. Ürəyə təzyiq edilməsi dayanan kimi, ürək yenidən qan ilə dolur, sonradan döş qəfəsinə təkrarən təzyiq etdikdə bu dövr (“tsikl”) təkrarlanır. Xəstəyə yardım göstərərkən, xüsusən də söhbət uşaqlardan getdikdə, artıq canfəşanlıq etməyin. Əks halda siz zərərçəkənin qabırğalarını sındıra bilərsiniz.

Ürəyin xarici (qapalı) masajını yalnız ilk 2-3 süni tənəffüs hərəkətindən sonra icra etmək olar. Belə ki, bu süni tənəffüs hərəkətlərindən sonra ikinci xilasedici 1 saniyədə 1 dəfə olmaqla döş qəfəsinə 5 dəfə təzyiq edir. Bundan sonra birinci xilasedici zərərçəkənə güclü şəkildə ağızdan-ağıza və ya ağızdan-buruna olmaqla süni tənəffüs verir. Müəyyən vaxtdan bir xilasedicilər bir-biri ilə yerlərini dəyişdirməlidirlər. Əgər reanimasiyanı edən bir nəfər olarsa, o, orta hesabla 12 saniyə ərzində 15 dəfə olmaqla ürəyin xarici masajını icra edir, daha sonra isə 3 saniyə ərzində zərərçəkənə 2 dəfə güclü şəkildə süni tənəffüs verir.

Hər 1 dəqiqədən bir nəbzin (yuxu arteriyasında) və sərbəst tənəffüsün bərpa olunub-olunmadığını yoxlayın. Əgər ürək fəaliyyəti bərpa olunarsa, ürəyin xarici masajını dayandırmaq, süni tənəffüsü isə tələb olunduğu halda davam etdirmək lazımdır.

Əgər ürəyin masajı nəticə verirsə, bu halda bir qədər keçdikdən sonra, iri arteriyalarda (bud, yuxu) nəbzi əlləmək olur, göy və qara-göy rəngdə olan dəri və dodaqlar isə qızarmağa başlayır, həmçinin sərbəst tənəffüs də bərpa olunur. Bir müddətdən sonra insan özünə gəlir. Zərərçəkəni mütləq böyür üstə qoyun.

Ancaq siz yerinə yetirdiyiniz ürəyin xarici masajının və süni tənəffüsün effekt vermədiyini görsəniz də (ürək fəaliyyəti bərpa olunmur və tənəffüs yaranmır), reanimasiya tədbirlərini tibb işçiləri gələnədək mütləq davam etdirin! Çünki zərərçəkənə süni tənəffüs verməklə və ürəyin qapalı masajını etməklə, siz onun orqanizmində (əsasən də beyində) qan dövranını saxlamış olursunuz ki, bunun da nəticəsində həkimlər gələnə qədər zərərçəkənin ölməsinə imkan vermirsiniz.

Oxunub: 1 761
Paylaş:
Digər xəbərlər

Səhiyyə / Xəbərlər

13-02-2019, 01:46

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb

Maraqlı

28-10-2018, 03:26

Sən demə, insan ürəyin dayanması ilə ölmürmüş - Alimlərdən ŞOK ARAŞDIRMA

Manşet / Gündəm / Səhiyyə

5-07-2018, 10:43

Ürəyin işemik xəstəliyi...

Manşet / Səhiyyə

22-04-2018, 10:23

Ürəyin revmatik xəstəlikləri

Manşet / Gündəm / Səhiyyə

21-03-2018, 12:24

Ürək astması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
Son xəbərlər
  • Bu gün, 09:06
    Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • 24-08-2026, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • 24-08-2026, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • 24-08-2026, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • 24-08-2026, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • 24-08-2026, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • 24-08-2026, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • 24-08-2026, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə