• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tahini və qara zirənin faydaları
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
Əllər və biləklər niyə ağrıyır?
Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
B12 vitamini aşağıdırsa xərçəng riski var - Neçə olmalıdır?
Ayrana zəncəfil əlavə edib için - Faydaları
Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
Polşa Belarusla sərhədləri bağlayır: yalnız bu halda açılacaq
Beynimiz qərar verəndə necə işləyir? - Alimlər tapdı
Nepalda iğtişaşlarda ölənlərin sayı 30-a çatdı
İsrail bu ölkələrə zərbələr endirəcək – Yəhudilərin ən güclü “xətti” çökür
Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
ABŞ-dan Rusiyanın Polşaya müdaxiləsinə REAKSİYA
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Payız yaxınlaşır: Qripdən necə qorunaq?
Rusiya Polşaya müharibə elan etdi – Vilson
Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

15 il cavanlaşan xəstəlik: Ürəyimiz niyə küsür?

Səhiyyə

17-12-2023, 09:11

15 il cavanlaşan xəstəlik: Ürəyimiz niyə küsür?


Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik.

Milli.Az "Kaspi"yə istinadən xəbər verir ki, bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.

Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir. Mütəxəssislər deyirlər ki, bu xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, "fastfood" və stressdir.

Ürək xəstəlikləri 15 il cavanlaşıb

Aparılan araşdırmalara göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. "Worldlifeexpectancy" məlumat verir ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.

Qazanılan inkişaf yavaşlayır

Həkim-kardioloq Nabil Seyidov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin müalicəsində qazanılan inkişaf yavaşlayır: "Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada "yerində sayma" müşahidə edilir. Zəruri addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq. Hər il yarım milyarddan çox insan bu xəstəliyin təsirinə məruz qalır. 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.

Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olur".

Ölümlərin əsas səbəbi

Həkim deyir ki, onilliklər ərzində dünyada ürək-damar xəstəlikləri ölümlərin əsas səbəbi olub: "Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ürək-damar xəstəliklərindən 12.1 mln insan ölmüşdüsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub. Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.

Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür".

Ölkələr üçün ciddi problem

N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır: "Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq".

Ürək dayanması və infarktın fərqi

Həkim bildirir ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: "Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox yaşı 40-50 yaşdan yuxarı insanları əhatə edib".

İnfarkt kişilərdə, yoxsa qadınlarda daha çox baş verir?

Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir: "Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə "American Journal of Medicine"-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb".

Gənc yaşlı şəxslər nələrə diqqət etməlidirlər?

N.Seyidov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanda Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır, inkişaf edir. Bununla yanaşı, infarkt keçirmiş gənclərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub:

"Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir. Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski iki dəfə artmış olur. Diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır.

2020-2022-ci illər əlavə təhdidi ortaya qoyub. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artıb və onların böyük qismi məhz 25-44 yaşlıların payına düşüb. Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha da qatılaşması və tromboza meylliyini artırır. Bu isə yoluxmuş insanlarda infarkt riskini yüksəltmiş olur. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ürək-damar xəstəlikləri "az və nadirdir" düşüncəsinin caynaqlarından qurtulmalıdırlar".

Ekspert məsləhəti

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilovun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:

"İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlər".

İ.Şamilov deyir ki, əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb: "Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdır".

Həkim-diyetoloq deyir ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir: "Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklər".

"Hər beş nəfərdən biri stent daşıyıcısıdır"

Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır: "Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır".

Oxunub: 418
Paylaş:
Digər xəbərlər

Araşdırma

7-06-2022, 23:35

Bu qan qrupu ürək xəstəliklərindən daha çox əziyyət çəkir

Səhiyyə

18-01-2021, 18:46

Qəfil ölümün səbəbləri MƏLUM OLDU

Maraqlı

10-05-2020, 16:28

Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Səhiyyə

25-03-2019, 10:40

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır - 1000 nəfər...

Manşet / Gündəm / Səhiyyə

30-10-2018, 02:43

Ürək xəstəlikləri haqqında doğru bildiyimiz YANLIŞLAR hansılardır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tahini və qara zirənin faydaları
Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
Əllər və biləklər niyə ağrıyır?
Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
Son xəbərlər
  • Bu gün, 15:31
    Tahini və qara zirənin faydaları
  • Bu gün, 14:23
    Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT
  • Bu gün, 13:35
    İstanbulda böyük əməliyyat: “Habertürk” və “Show TV”-yə əl qoyuldu
  • Bu gün, 12:03
    Əllər və biləklər niyə ağrıyır?
  • Bu gün, 11:42
    Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
  • Bu gün, 10:20
    Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
  • Bu gün, 09:09
    B12 vitamini aşağıdırsa xərçəng riski var - Neçə olmalıdır?
  • Dünən, 21:44
    Ayrana zəncəfil əlavə edib için - Faydaları
  • Dünən, 20:39
    Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
  • Dünən, 19:14
    Polşa Belarusla sərhədləri bağlayır: yalnız bu halda açılacaq
  • Dünən, 18:53
    Beynimiz qərar verəndə necə işləyir? - Alimlər tapdı
  • Dünən, 17:10
    Nepalda iğtişaşlarda ölənlərin sayı 30-a çatdı
  • Dünən, 16:01
    İsrail bu ölkələrə zərbələr endirəcək – Yəhudilərin ən güclü “xətti” çökür
  • Dünən, 15:19
    Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
  • Dünən, 14:18
    ABŞ-dan Rusiyanın Polşaya müdaxiləsinə REAKSİYA
  • Dünən, 13:24
    Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
  • Dünən, 12:41
    Payız yaxınlaşır: Qripdən necə qorunaq?
  • Dünən, 11:49
    Rusiya Polşaya müharibə elan etdi – Vilson
  • Dünən, 10:26
    Dörd gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 09:13
    Qan qatıdırsa, səhərlər qəhvə əvəzinə nə içməli?
  • 9-09-2025, 21:15
    Breket Seçərkən Nələrə Diqqət Edilməlidir?
  • 9-09-2025, 20:20
    10 sentyabra hazırlıq görülür: 80 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək
  • 9-09-2025, 19:06
    HƏMAS-dan etiraf: “Terror aktını biz törətmişik”
  • 9-09-2025, 18:28
    Gündə 2 alma – İnsultdan xilas edəcək
  • 9-09-2025, 17:33
    İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
  • 9-09-2025, 16:45
    Üçüncü Dünya Müharibəsi başladı – Maduro ELAN ETDİ
  • 9-09-2025, 15:09
    Qadınlarda Polikistik Over Sindromu: Əlamətləri və Təbii Yolla İdarə edilməsi
  • 9-09-2025, 14:28
    Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
  • 9-09-2025, 13:29
    Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
  • 9-09-2025, 12:30
    Öd durğunluğu neçə günə qaraciyəri “öldürür”?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə