• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamiləlikdə risk qrupları hansılardır? - Nazirlik rəsmisi ilə MÜSAHİBƏ

Səhiyyə

1-02-2023, 18:02

Hamiləlikdə risk qrupları hansılardır? - Nazirlik rəsmisi ilə MÜSAHİBƏ


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Səhiyyə Nazirliyinin rəsmi saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nigar xanım, hansı halda hamiləlik riskli qəbul edilir və adətən buna nələr səbəb ola bilər?

- Hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk qrupları həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır.

Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.

Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər.

Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir.

- Birinci doğuşdan nə qədər müddət sonra orqanizm bərpa olunur və ikinci hamiləlik planlaşdırıla bilər?

- Hamiləlik qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur. Burada yaş faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması, xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş qadın üçün imtahandır. Təkrar hamilə qalmaq və dünyaya sağlam uşaq gətirmək üçün ən azı 12-18 ay keçməlidir ki, ağırlaşmaların da sayı az olsun. Bu müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.

- 40 yaşdan sonra hamiləlik necə dəyərləndirilir?

- Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq.

Ümumiyyətlə, qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal 20-35 yaş aralığıdır.

- Hamiləlik dövrünü sağlam sonlandırmaq üçün qadınlara məsləhətiniz nə olardı?

- Hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir. Eyni zamanda, hamiləlik fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır.

Qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir. Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür.

Bundan əlavə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu həkimlə məsləhət etməlidilər. Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya uşaqda anadangəlmə qüsurlara səbəb olur.

Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı içkilər və qəhvənin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda oksigenə olan tələbatı ödəyir.

Həkim tərəfindən hamilə qadın nəzarətə götürülərkən hər bir dəyişiklikləri ona izah edir və perenatal qulluğa aid olan hamilə qadının nəzarət kitabçasını açır. Hamiləliyin 12-13 həftəsində (əgər daha erkən aparmağa göstəriş yoxdursa) ultrasəs müayinəsi (USM) aparılır. Həmin dövrdən polivitamin və kalsium qəbuluna başlanmalı, anemiya olduqda dəmir preparatları da əlavə olunur.

Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim məsləhətindən keçməlidir.

Oxunub: 590
Paylaş:
Digər xəbərlər

Müsahibə

28-10-2022, 18:54

İnsultu yaradan risk faktorları hansılardır? - Mütəxəssis-ekspertlə MÜSAHİBƏ

Səhiyyə

19-10-2022, 18:14

Cərrah-endokrinoloq: “Artıq çəki bir çox xəstəliklərin risk faktoruna daxildir”

Xəbərlər

3-03-2022, 17:54

Risk qrupuna aid olan hamiləlik ana və döl üçün hansı təhlükə yarada bilər?

Səhiyyə

26-10-2021, 15:50

Hamilələrə niyə 12-ci həftədən əvvəl vaksin vurulmur?

Səhiyyə

31-07-2021, 12:18

“Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər”

AlıntıCevapla
  • Roxanne

  • 14 aprel 2026 08:04
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Online slots echtgeld

References:
https://notes.medien.rwth-aachen.de/d45OaFL4RjSofWnlWdRVkQ/
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə