• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əlamətlər eyni, müalicə üsulları fərqli: Koronavirusa görə yeni vaksin dozalarına ehtiyac var?

Səhiyyə

26-11-2022, 10:29

Əlamətlər eyni, müalicə üsulları fərqli: Koronavirusa görə yeni vaksin dozalarına ehtiyac var?


Son dövrlər Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında xeyli azalma müşahidə edilir. Statistikaya görə, ötən gün 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Bəzi ölkələrdə virusa yoluxmanın artması isə cəmiyyətin müəyyən qismini həyəcanlandırır: Pandemiya başlayandan Azərbaycanda vaksinasiya aparılır, üçüncü dozadan sonra da immun sertifikatı müddətsiz olur. Bir müddət əvvəl üçüncü dozadan sonra vaksinasiya prosesinin davamlı aparılması - yəni dördüncü, beşinci və s. dozanın da vurulması ilə bağlı çağırışlar səsləndi. Hazırda bəziləri üçüncü dozadan sonra vaksinə ehtiyac olmadığını düşünürlər. Bir qisim şəxs də vaksin ehtiyatının bitməsi səbəbindən çağırışların zəiflədiyini söyləyir.

Maraqlıdır, yenidən vaksinasiya mərhələsi başlana bilərmi? Bizdə vaksin ehtiyatı nə qədərdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli yoluxma sayının azalmasını kollektiv immunitetin təsiri ilə əlaqələndirib:

“Yaranmış kollektiv immunitetin təsiri böyükdür. Burada başlıca səbəb aparılmaqda olan effektiv vaksinasiya və qazanılmış təbii immunitetdir. Xüsusilə son aylarda kontagiozluğu (yoluxuculuq xüsusiyyəti) yüksək, letallığı (öldürücülüyü) isə az olan variantların dominantlığı kollektiv immunitetin yaranmasını sürətləndirib.

Bununla yanaşı, bilmək lazımdır ki, cari vəziyyətdə hər nə qədər bu cür müsbət situasiya yaranmış olsa da, SARS-COV-2 özündən sonra davamsız immunitet yaradan virus növüdür. Buna görə də arxayınlamaq olmaz. Həssas şəxslərin revaksinasiyası onların risk daşıdığı aspektdən yanaşdıqda önəmlidir”.

N.Əzimli payız-qış mövsümündə tənəffüs yolunun viral infeksiyalarının artmasının təbii hal olduğunu deyib:

“Hazırda bizə qonşu olan ölkələr də daxil olmaqla bir çox ölkədə qripin müxtəlif variantlarına (H1N1, H3N2), eləcə də koronavirusa yoluxmalarda artım qeydə alınır. Lakin bir daha qeyd etmək lazımdır ki, burada hər hansı yeni mutasiyadan və ya yeni bir virusdan söhbət getmir.

Bununla bağlı əsas problem bu xəstəliklərin eyni vaxtda artması, simptomlarının oxşar, müalicələrinin isə fərqli olmasıdır. Buna görə də düzgün diaqnoz və uyğun müalicə üçün vaxtında mütəxəssisə müraciət etmək gərəklidir”.

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, vaksin ehtiyatımız kifayət qədərdir:

“Xəstəliyin azalması vaksinasiya ilə əlaqəlidir. Bizdə kollektiv immunitet formalaşıb deyə azalma müşahidə edilir. Vaksin hər zaman var. Ümumiyyətlə, vaksin ehtiyatı həmişə saxlanılır. Müəyyən artmalar olsa da, ciddi olmayacaq. Düşünmürəm ki, vaksinə kəskin ehtiyac olsun”.

M.Əliyev vaksin dozalarının artırılmasına ehtiyac olmadığını əlavə edib:

“Artıq üç dəfə vaksin olunanların bəziləri dördüncü dəfə vaksinasiyadan keçiblər. Lakin indi ehtiyac yoxdur. Kim ki risk qrupuna daxildir, xəstəlikdən, yaxud peyvənddən altı ay keçibsə, onların vaksinasiyası tövsiyə olunur. Sağlamların vaksinasiya edilməsinə ehtiyac olduğunu düşünmürəm”.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər:

“Əlbəttə, koronavirusa yoluxmanın azalması vaksinasiyanın təsiridir. Ölkəyə gətirilən peyvəndlərin istifadə müddəti bitməyib və vaxtı bitmiş peyvənd yoxdur.

Hazırda epidemioloji vəziyyət dozaların artırılmasını tələb etmir və üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər. Lazımi qədər vaksin ehtiyatımız var. Yeni kampaniyanın başlanılması nəzərdə tutulmayıb”.

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

Səhiyyə

3-10-2021, 15:20

Azərbaycanda yoluxma sayı YENİDƏN ARTDI

Xəbərlər

24-01-2021, 17:35

Azərbaycanda koronavirusa yoluxma YENİDƏN ARTDI

Xəbərlər

22-10-2020, 22:21

Azərbaycanda son sutkada 825 yeni yoluxma faktı qeydə alındı

Səhiyyə

11-08-2020, 10:32

Azərbaycanda yoluxma xeyli sayda azaldı

Xəbərlər

24-07-2020, 21:30

Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxub, 531 nəfər sağalıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Son xəbərlər
  • Bu gün, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Bu gün, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə