• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hicama sağlamlıqdır, yoxsa infeksiya mənbəyi?

Səhiyyə

20-11-2022, 10:48

Hicama sağlamlıqdır, yoxsa infeksiya mənbəyi?


İnsanlar kütləvi şəkildə hicama üçün müraciət edir, paytaxtımızda bir-birinin ardınca bu xidməti təklif edən mərkəzlər fəaliyyətə başlayır. Peşəkar həkim isə deyir ki, tibdə belə bir şey yoxdur. Əksinə, dərini zədələməklə əlavə infeksiya üçün qapı açılır.

Son zamanlar hicama dəbə düşən müalicə növlərindən birinə çevrilib. İnsanlar kütləvi şəkildə hicama üçün müraciət edir, paytaxtımızda bir-birinin ardınca bu xidməti təklif edən mərkəzlər fəaliyyətə başlayır. Bəs hicama nədir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Hicama qançıxarma yolu ilə müalicə metodudur və vakuum bankaları vasitəsilə orqanizmdə qanaxmanı gücləndirməkdir. Bir çox xəstəliklər zamanı istifadə olunan hicamanın əsasını Çin botaniki Ci Hanici qoyub. O, hələ e.ə. 143–182-ci illərdə bu prosedurdan geniş istifadə etmişdi. Qaydası beləydi: xəstəliyə uyğun olaraq, bədənin müəyyən yerlərində kiçik ölçülü yarıqlar edir, sonra da həmin yerlərdən qan çıxarırdı. İndiki bankaları o vaxt heyvan buynuzları əvəz edirdi. Hicama ilə bağlı Simpin “Tibb ensiklopediyası”nda, həmçinin də Hippokratın da nəzəriyyəsində qeydlər var. Bu gün dünyanın dörd bir tərəfində hicama ilə müalicə edirlər. Bəs hicama orqanizmdə hansı dəyişiklikləri edir ki, prosedurdan sonra insan sağlamlaşır?

Hicama hansı xəstəliklərin müalicəsində istifadə edilir?

Hicama nəzəriyyələrinə görə, qanın funksiyaları çoxdur. O, bədəni oksigenlə, hormonlarla təmin edir, qidalandırır, orqanizmdən karbon qazının, mübadilə zamanı digər maddələrin çıxmasına yardımçı olur. Bundan başqa, istiliyin tənzimlənməsində, immunitetin artmasında, su-mineral balansının formalaşmasında mühüm rol oynayır.

Hicama proseduru vərəm, dəri xəstəlikləri, əzələ iltihabı, şəkərli diabet, sidik qaçırma, prostatit, impotensiya, menstrual pozğunluq, aşağı və yüksək təzyiq, qaraciyər və ya öd kisəsinin funksiyasının pozğunluğu, böyrək problemləri, hemoroy, ürək-damar xəstəlikləri, damarların daralması və tıxanması, bronxial astma, əl və ayaq əzələlərinin uyuşması, artrit, revmatizm, boyun və bel ağrıları, artroz, osteoxondroz, bədən iflici, zəifgörmə, göz təzyiqi, gözlərin iltihabı, zəif eşitmə, qıcolmalar, bel ağrısı, depressiya, xroniki yorğunluq və s. kimi xəstəliklərdə istifadə olunur.

“Kursa gedib, sertifikatımı almışam”

10 ildən artıq hicama ilə məşğul olan Nazlı Əliyeva deyir ki, bu işdə peşəkarlıq vacibdir: “12-13 yaşımdan anama hicama etmişəm. Amma bu işlə məşğul olmaq fikrinə düşəndə kursa gedib, sertifikatımı almışam. Düşünürəm ki, istənilən halda, kursa getmək lazımdır. Əzələlərdə süd turşusu yığılır. Hicama prosedurunda qanda yığılan süd turşusu, toksinlər, şlaklar çıxır. Amma əsas məsələ hicamanı düzgün yerinə yetirməkdir. Şəkərli diabetin yüngül formalarında, yüksək qan təzyiqində, xərçəng xəstəliyinin ilkin etaplarında, miqrendə, əzələ ağrılarında, allergiyada, dəri səpkiləri və s. hicamanın müalicəvi əhəmiyyəti var. “Hicama xalq təbabətidir”, - deyir Nazlı xanım: “Necə ki, hər əldə bir istilik var deyirlər, məncə, hər əldə bir şəfa var. Yəni hicama edən adamın özünün də enerjisi vacibdir. O, bu işi sevə-sevə və əlbəttə ki, düzgün yerinə yetirməlidir. Yəni hicamanın özünün müalicəvi əhəmiyyətindən başqa, bunu edən də pozitiv enerji ötürməyi bacarmalıdır. Bu işi təkcə pul almaq xətrinə yox, həm də şəfa ötürmək xətrinə etmiş olmalıdır”.

Həkim hicama prosedurunun əleyhinədir

Amma hicamanın əleyhinə olanlar da var. Məsələn, Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasını müdiri Paşa Mehdiyev hicama prosedurunun əleyhinə olduğunu bildirir: “Tibdə belə bir şey yoxdur. Hətta bununla dərini zədələməklə əlavə infeksiya qapısı açılır. Eyni zamanda çərtilməklə dərinin tamlığı pozulur. Bəzən deyirlər ki, guya oradan zəhərli qanı çıxarırlar. Bunu kim təyin edib ki, zəhərli qan məhz həmin o banka qoyulan yerə toplanıb? Yəni banka qoyanda prosedur düzgün edilsə, lap sağlam adamda da (həmin nahiyə əvvəlcədən müxtəlif məlhəmlər, yağlarla sürtülsə, yüngülvarı masaj olunsa) mütləq həmin bankanın altında qaraltı olacaq. Bu nədir? Mənfi təzyiq nəticəsində orada kapillyarlarda qansızmalar olur, ona görə də qaraltı yaranır, çərtilmiş olanda qan çıxır”.

Fəqərə sütununun üstünə, alına banka qoymaq olmaz

Paşa həkim buna oxşar müalicə metodu olan bankaqoymadan da danışdı: “Deyə bilərəm ki, belə bir şey tibdə var və buna yayındırıcı terapiya deyirlər. Tibdə baroterapiya adlanan bu prosedur mənfi təzyiqlə aparılan müalicə metodudur və müxtəlif xəstəliklərdə – traxitdə, bronxitdə, müxtəlif mənşəli əzələ ağrılarında, əzələ gərginliyi olan hallarda və köksük ağrıları olan hallarda istifadə etmək olar. Bunun elmi əsası var və göstəriş olanda düzgün olunubsa, effekt də verir. Əzələdə spazmanı götürür, yerli qan dövranını yaxşılaşdırır, həmin nahiyədə spazmanı götürür, bioloji fəaliyyəti düzəldir. Dolayısıyla immunitetə təsir edir, bəlğəmin yumşalıb xaric olmasını sürətləndirir. Amma qeyd etməliyəm ki, bankanı fəqərə sütunun üstünə, alına qoymaq olmaz. Osteoxondroz zamanı, yuxarı və aşaq ətrafların ağrısı, barmaqların uyuşması zamanı da istifadə edilir. Lakin bunu da bilmək lazımdır ki, ağır ürək çatışmazlığı, hipertoniya xəstəliyinin 3-4-cü dərəcəsi, qanaxma, onkoloji xəstəliklər, vərəmin açıq formasında, ağır bronxial xəstəliyi olan adamlara banka qoyma əks göstərişdir”.

“Hicamadansa, gedib laborator şəraitdə qan versinlər”

Doktor deyir ki, qanalma yaxşı şeydir: “Məsələn, ürək çatışmazlığı, hipertoniya, yəni yüksək təzyiqi olan adamlara, hətta göstərişdir. 100-200 qram qan vermək çox yaxşıdır. Amma qanı laborator şəraitdə vermək yaxşı olar. Çünki dövr edən qanın miqdarını azaldanda ürək fəaliyyəti bir xeyli yüngülləşir. Bunun böyük əhəmiyyəti var. Qısası deyim ki, hicamadansa, insanlar gedib laborator şəraitdə qan versinlər”.

Yeri gəlmişkən, hicama bazarındakı qiymətlərlə də maraqlandıq. Müxtəlif mərkəzlər müxtəlif qiymətlər təklif edirlər. Ümumilikdə hicama etdirmək istəyənlər minimum 25 manat, maksimum 40 manat xərcə düşməlidirlər.

Oxunub: 555
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

11-01-2022, 08:14

Bədəni ağır metallar və toksinlərdən təmizləyən müalicə üsulu

Səhiyyə

23-06-2021, 15:32

İnfeksiya nədir və infeksion xəstəliklər nədir?

Səhiyyə

6-06-2020, 18:07

Bədəni ağır metallar və toksinlərdən təmizləyən müalicə üsulu

Maraqlı

25-04-2020, 18:42

Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı

Klinika

28-01-2019, 09:07

İnfeksiya nədir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Son xəbərlər
  • Bu gün, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Bu gün, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Bu gün, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Bu gün, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə