• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Xəstəni görmədən yazılan dərmanlar qanaxmalara səbəb ola bilər”

Səhiyyə

10-02-2022, 19:35

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Xəstəni görmədən yazılan dərmanlar qanaxmalara səbəb ola bilər”


Pandemiya dövründə vətəndaşlara təyin edilən həkim reseptlərinin əksəriyyəti onlayn qaydada yazılıb. Ödəniş isə bank kartı vasitəsilə həkimə çatdırılıb. Bu barədə dəfələrlə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Hər kəsi maraqlandıran sual isə birdir - həkim bir resepti bir neçə xəstəyə təyin edə bilərmi?

Ümumiyyətlə həkimin xəstəni görmədən, əyani müayinə etmədən, xüsusilə infeksion xəstəlik üçün müalicə yazmaq ixtiyarı varmı? Bu hər iki tərəf üçün riskli məsələ deyilmi?

Paylaşımlarda mövzunu müzakirə edən sosial şəbəkə istifadəçilərinin bir qrupu həkimi, digər bir qrupu isə vətəndaşları günahlandırır. Biri deyir, o yazır-yazır, vətəndaşın ağlı haradadır? Biri də deyir bəzi həkimlər pul üçün ixtisasına aid olmayan xəstəliklərə də müalicə yazmağa başlayıblar.

Bir neçə nəfərə yazılan eyni müalicənin isə beş nəfərdən daha çox birində effektiv olduğu tez-tez qeyd edilir. Məsələnin digər bir tərəfi isə həkimlərin bu addımından ürəklənən insanlar hətta özləri də onlara yazılan müalicə reseptlərini xəstə olan başqa dostlarına, qohumlarına da atırlar.

Nəticədə isə həkim göstərişi olmadan bu müalicə prosedurunu öz üzərlərində tətbiq edənlər arasında vəziyyətləri ağırlaşıb, xəstəxanaya yerləşdirilənlər də az deyil.

Bəs görəsən bununla bağlı həm həkimlərə, həm də vətəndaşlara tövsiyə xarakterli müraciətlər olurmu? Həkimlərin bu kimi formada müalicə təyin etməsinə qarşı aidiyyəti qurumlar tərəfindən hansı ciddi qaydalar tətbiq edilir?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev bildirib ki, tibdə olan anlayışa görə, xəstəlik yoxdur, xəstə vardır. Yəni həkimlər xəstəlikləri deyil, xəstəni müalicə edirlər:

“Xəstəyə müalicə yazmazdan öncə mütləq şəkildə digər yanaşı xəstəliklərini, onu narahat edən ümumi simptomları nəzərə alınmalıdır. Bu nüanslar bizim müalicə taktikamıza təsir edən, dəyişdirən amillərdir. Bu gün xəstəni görmədən yazılan bir dərman ona ziyan vura bilər. Burada standart müalicədən çox, bəzi dərman preparatlarının xəstələrə zərər vurduğunun şahidi oluruq. Bəzən bu kimi halları görmüşük, təəssüf olsun.

Xəstənin anamnezi toplanılmadan, zəruri analizlər tələb edilmədən yazılan dərman müalicələri onlarda qanaxmalara, qaraciyərdə müxtəlif ciddi problemlərə yol aça bilir. Yaxşı olar ki, xəstələr birbaşa həkimə müraciət edib əyani müayinədən keçdikdən sonra müalicəyə başlasınlar. Bu onların təhlükəsizliyi üçün çox önəmlidir”.

Həkim terapevt evdə “sistem” təyinatı ilə bağlı da danışıb:

“Təəssüf olsun ki, bu gün ehtiyac oldu-olmadı hər kəs ev şəraitində “sistem” vurdurur. Bu heç də doğru deyil. Əgər biz orqanizmin ehtiyacı olan zülalı, mikroelementləri normal qidalanma yolu ilə əldə edə biliriksə, sistemə ehtiyac yoxdur. Ağzımız ilk növbədə qida qəbulu üçün, daha sonra danışmaq üçün yaradılıb. Əgər biz ağızdan qida maddələrini, mayeni orqanizmə ötürə bilmiriksə, yalnız o zaman məcburuq ki, orqanizmə lazım olan maddələri venadaxili yolla, yəni “sistem”lə çatdıraq. “Sistem” özü xəstəxanalarda tətbiq edilməsi vacib olan bir müalicə metodudur. Təəssüf ki, dəfələrlə evdə qoşulan “sistem”lərdən sonra yaranan şok, allergik reaksiya ilə xəstələr görmüşük. Bəzən biz bu xəstələrin həyatını xilas edə bilmirik. Bu çox ağır nəticələrə gətirib çıxarır. Hər kəsə tövsiyə edirik ki, qonşunun, dayının, bibinin təklif etdiyi “müalicə”lərdən uzaq dursunlar”.

Oxunub: 528
Paylaş:
Digər xəbərlər

Səhiyyə

23-04-2021, 11:04

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Səhiyyə

22-04-2021, 08:33

Ürək xəstəliklərinin müalicəsində yol verilən 4 səhv - Nəyi DÜZ ETMİRİK?

Xəbərlər

21-03-2021, 11:51

Həkimdən həyəcan TƏBİLİ: "Xəstəxanalarda yer problemi başlayıb"

Xəbərlər

12-04-2020, 16:29

ŞAD XƏBƏR: Valideyn 190 manatı ala bilməsə pul övlada verilir

Səhiyyə

9-09-2019, 22:40

Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Son xəbərlər
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə