• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Omikron”un yaratdığı təlaş – ARAŞDIRMA

Səhiyyə

5-02-2022, 21:01

“Omikron”un yaratdığı təlaş – ARAŞDIRMA


İnfeksionist həkim deyir ki, bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Əhalinin peyvəndləmədə aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər.

"Omikron” artıq ölkədə təlaş yaratmağa başlayıb. Yoluxanların sayının sağalanları üstələməsi, yoluxma sayının pik həddə qalxması, demək olar ki, hamının evində xəstələrin olması cəmiyyəti narahat edir. Bəs bu şəraitdə nə etməliyik?

Bu barədə “Kaspi” qəzetinin məqaləsində qeyd olunub.

Həkim infeksionist Süleyman Kamilov deyir ki, xəstəliyin kliniki gedişinin əvvəlki ştammlara nisbətən yüngül olması o demək deyil ki, ağırlaşmalara səbəb olmayacaq: "Yeni "omikron” variantından sonra bütün ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma sayında ciddi artım müşahidə olunur. Yoluxduruculuq qabiliyyəti digərlərindən çox olsa da, xəstəliyin kliniki gedişi əvvəlki ştammlara görə daha yüngüldür. Amma yenə bəzi fərdlərin, xüsusilə, risk qrupunda olanların xəstəliyi ağır keçirmə ehtimalı var. Nəzərə almalıyıq ki, bu variantda təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir”.

Həkim infeksionist vurğulayır ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Əhalinin vaksinasiyada aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər. Bəzən insanlar düşünür ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Kimsə yoluxanda da vaksinasiyaya qarşı sərt mövqe bildirirlər. İnsanlar bilməlidir ki, peyvənd olunanlar da xəstəliyə yoluxa bilər. Amma bu peyvənd sayəsində xəstəliyi yüngül və ya asimptomatik keçirirlər”.

Həmsöhbətimizin sözlərinə görə, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir: "Peyvəndlənmədə iştirak etmək, 2 dozadan sonra "buster” dozanın icrası xəstəliyə qarşı immun səviyyəsini daha da qüvvətləndirir. Bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Stasionar bölümdə vaksin olunanların digərlərinə nisbətən xəstəliyi çox yüngül keçirdiklərini müşahidə etmişəm. Vaksin bütün illərdə infeksion xəstəliklərdən qorumaq və həyat qurtarmaqda ön planda olub. Bu, COVID əleyhinə də əsas silahdır”.

İnfeksionist bildirir ki, virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır: "Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar virusun variantından asılı olmayaraq bizi qoruyur. Vaksinasiya və karantin qaydaları xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.

Həkim Elvin Hüseynov deyir ki, insanlar qaydalara əvvəlki kimi əməl etmirlər: "Omikron” variantı aşkarlandığı ölkələrdə "delta” variantını sıxışdırdı. Bu gün aparıcı ştamm "omikron”dur. Azərbaycanda da sürətli artım gözlənilən idi. Çünki "omikron” yuxarı tənəffüs yollarında inkişaf edir, sürətlə artır. Virus yükü artdığına görə də, həddindən artıq yoluxdurucudur. Digər tərəfdən insanlar qaydalara əvvəlki kimi əməl etmirlər. Əsasən də, maskadan istifadə olunmaması, ara məsafəsinin gözlənilməməsi, "lokdaun” tədbirlərinin, demək olar ki, ləğvi, karantin müddətinin aşağı salınması yoluxmaların artmasında rol oynayır”.

Həmsöhbətimizin sözlərinə görə, yoluxma yüksək olsa da, təşvişə düşməməliyik: "Əsas narahatedici məqam xroniki xəstəliyi olan insanların yoluxma ehtimalının çox olması və səhiyyə sisteminin yüklənməsi ehtimalıdır. Normal, yanaşı xəstəliyi olmayan cavan insanlarda "omikron” "delta” variantına nisbətən daha yüngül keçir. Ona görə də, bunu təhlükəli, qorxulu hesab etmirəm. Digər tərəfdən, əksəriyyət artıq yoluxub və sürətli peyvəndləmə aparılıb. Zənnimcə, bu variant pandemiyanın sonunu gətirəcək. Çox güman ki, yay aylarına qədər xəstəliyə qalib gələcəyik. Amma qışda tənəffüs yollarının istənilən virus infeksiyasına həssas olduğu bir dönəmdə, karantin tədbirlərinə əməl etmək lazımdır ki, yaşlı və xroniki xəstəliyi olan əhali yoluxmasın. Çünki cavan və yanaşı xəstəliyi olmayan insanda virusun hər hansı ağırlaşmaya səbəb olması ehtimalı aşağıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, "omikron” xüsusilə peyvənd olunmuşlarda, "delta” ilə müqayisədə daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil: "Əvvəlki variantlar kimi, "omikron” da insanların xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır”.

Oxunub: 485
Paylaş:
Digər xəbərlər

Səhiyyə

5-02-2022, 12:27

Elə bilirlər qripdirlər, amma əslində "Omikron"a yoluxublar - Əhaliyə ÇAĞIRIŞ

Səhiyyə

25-01-2022, 20:36

Həkim-infeksionist: “Yoluxanların sayı artsa da, xəstəxanaya yerləşdirilənlərin sayı çox deyil”

Xəbərlər

11-01-2022, 14:25

Əhaliyə XƏBƏRDARLIQ - Azərbaycanda da qarşıdakı günlərdə ...

Müsahibə

30-11-2021, 08:10

"Omikron" ştammı Azərbaycanı dəhşətli mənzərə ilə qarşı-qarşıya qoya bilər? - Həkim AÇIQLADI

Səhiyyə

23-11-2021, 10:17

Azərbaycanda koronavirusa yoluxanların çoxu BU SƏBƏBDƏN ÖLÜRLƏR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Son xəbərlər
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə