• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qopmuş başı yerinə tikdilər - Tibb tarixində sensasiya
İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
Hindistandan ABŞ-a TƏRS SİLLƏ: Dehli Rusiya ilə bağlı QƏRAR VERDİ
Şəkər xəstələrinə bu meyvələr olmaz - Tövsiyələr
Suriyadan Türkiyəyə qadağa: Rəsmən dayandırdılar
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Nəfəs darlığı nədən yaranır? - Hansı həkimə getməli?
Putin və Zelenski hansı ölkədə görüşə bilər?
Bu şəxslər imtahansız universitetə qəbul olacaqlar - DİM AÇIQLADI
Böyrək daşını salmağın ən asan yolu
Bu bürclər yaxşı xəbər eşidəcək, sevincdən ağlayacaqlar
Gecə yatmazdan əvvəl alma sirkəsi içməyin faydası
NYT: Putin niyə Zelenskinin adını çəkmir?
Bölgədə irimiqyaslı hücuma hazırlıq: 60 min ehtiyat hərbçi orduya çağırıldı
Gündəlik 10.000 addım: Möcüzəvi faydalara inanmayacaqsınız
Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
Rusiyanın “böyük dostu” hədəfdə: Putin imzaladı, ABŞ qorxuya düşdü – İnanılmaz xəyanət
Körpələr arasında ən çox bu xəstəliklərə rast gəlinir
Ukrayna üçün xilas planı: “Finlandiya modeli” nədir? – Detallar
Yeni təhlükə: “Bayraktar”lar Yaponiya səmasında… – Hazırlıq başladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sinovac nə qədər təsirlidir? Əks təsirləri varmı?

Səhiyyə

13-09-2021, 09:28

Sinovac nə qədər təsirlidir? Əks təsirləri varmı?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı CoronaVac peyvəndini təcili istifadə üçün təsdiqləyib. Azərbaycanda da tətbiq edilən bu vaksin barədə nə məlumdur?

Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi, o cümlədən Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Azərbaycana yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb."CoronaVac" necə işləyir?

GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar.

"Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Şirkət, vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb.

Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.

Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.

Əsas üstünlüyü nədir?

"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"-nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur.

Bu, o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Nə qədər təsirlidir?
Türkiyədəki CoronaVac vaksin sınaqların 3-cü mərhələsinin ilkin nəticələri peyvəndin iki dozasının 83,5 faiz effektiv olduğunu göstərib, bu məlumatları iyulun 8-də mötəbər "The Lancet" elmi jurnalı dərc edib. Ötən ilin sentyabr ayında başlayan və yanvarda başa çatan sınaqlarda 18-59 yaş arası 10 mindən çox könüllü iştirak edib.

Nisbətən gənc qrupu əhatə edən sınaqların qısa müddətli olduğu (orta hesabla 43 gün) deyilir. Həmçinin sınaqlarda mutasiyadan keçən yeni ştammların nəzərə alınmadığı da qeyd olunur.

Bundan əvvəl "The Lancet" jurnalda peyvəndin birinci və ikinci mərhələsi üzrə məlumatlar yayılıb. Məqalənin müəlliflərindən biri olan Zhu Fengcai deyir ki, birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub".

Aprel ayında Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri, ölkədə istehsal olunan mövcud peyvəndlərin effektivliyinin aşağı olduğunu deyib. Gao Fu bu vaksinlərin "çox yüksək dərəcədə qorunma səviyyəsinin" təmin etmədiyini deyib. Hərçənd ki, daha sonra o, öz şərhlərinin səhv yozulduğunu bildirib. Rəsminin çıxışı Çinin özündə geniş işıqlandırılmayıb.

Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Ötən ilin sonunda Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz olub.

Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş.

Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.

CoronaVac-ın effektivlik göstəriciləri, eyni peyvəndin Türkiyə və İndoneziyadakı erkən sınaqlarlarından sonra alınan rəqəmlərdən aşağı idi və Braziliyada sınaq qrupu tərəfindən ilk açıqlanan göstəricilərdən aşağı olub.

"Əgər həqiqətən yüksək effektivliyə malik peyvəndiniz varsa, aydın mənzərə əldə etmək üçün geniş göstəricilərə ehtiyacınız olmur. Ancaq məsələ mürəkkəb olduqda, baş verənləri daha yaxşı təhlil etmək üçün həqiqətən daha böyük rəqəmlərə ehtiyac yaranır", - Avstraliyanın Bond Universitetində dəlillərə əsaslanan tibb məsələlərinin tədqiqatçısı Hilda Bastian deyir.

Vaksinin əks təsirləri varmı?
"Sinovac" vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib.

Ötən ilin sentyabr ayında Sinovac şirkətinin təmsilçisi olan cənab Yin deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb.

"The Lancet" elmi jurnalında deyilir ki, müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".

Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb. TƏBİB bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə hamilələrə peyvənd vurdurmamağı tövsiyə edib.

Alimlər qarışıq nəticələrin nisbətən kiçik qruplarda sınaqdan keçirilmiş peyvənd üçün təəccüblü olmadığını söyləyirlər, bu barədə tibbi Nature jurnalında dərc olunmuş məqalədə qeyd olunur.

Hansı ölkələr hansı vaksini alıb?
Azərbaycan, Türkiyə, Ukrayna, Braziliya, Çili və bəzi digər ölkələrlər yanaşı, o cümlədən Sinovac peyvəndini seçib.

Azərbaycanda bundan başqa Pfizer-BioNTech, AstraZeneca və Sputnik V vaksinləri tətbiq olunur.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib.

Sinqapur isə Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib.

Hazırda vaksin Zimbabve, Somali, Cibuti, Benin və Tunis kimi bır sıra Afrika ölkələri tərəfindən də alınıb.

Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib.

CoronaVac peyvəndinin tətbiqi 33 ölkədə təsdiq edilib. Daha 7 ölkədə isə onun sınaqları aparılır, bu barədə dünya boyunca vaksinlərə dair məlumatı izləyən covid19.trackvaccines.org saytı bildirir.

Azərbaycanda peyvəndlənmə
Yanvarın 18-də COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib

İyulun 9-dək olan məlumata görə, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 milyona yaxınlaşır.

Təxminən 1,5 milyon nəfər peyvəndin iki dozasını alıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Oxunub: 760
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

2-09-2021, 10:21

Hansı vaksin daha yaxşıdır? - AstraZeneca, Pfizer, Sputnik V yoxsa Sinovac

Səhiyyə

15-03-2021, 15:11

Dünya ölkələrinin “vaksin müharibələri” - Koronavirus peyvəndlərinin qiyməti artacaq?

Səhiyyə

19-02-2021, 21:22

Çinin koronavirus peyvəndinin mutasiyalara qarşı effektli olduğu sübut edildi

Səhiyyə

21-01-2021, 00:50

"Bu şəxslərin peyvənd olunmasına gərək yoxdur" - HƏKİMDƏN AÇIQLAMA

Səhiyyə

26-09-2020, 13:39

COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qopmuş başı yerinə tikdilər - Tibb tarixində sensasiya
İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
Hindistandan ABŞ-a TƏRS SİLLƏ: Dehli Rusiya ilə bağlı QƏRAR VERDİ
Şəkər xəstələrinə bu meyvələr olmaz - Tövsiyələr
Suriyadan Türkiyəyə qadağa: Rəsmən dayandırdılar
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Son xəbərlər
  • Bu gün, 18:53
    Qopmuş başı yerinə tikdilər - Tibb tarixində sensasiya
  • Bu gün, 17:39
    İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
  • Bu gün, 16:44
    Hindistandan ABŞ-a TƏRS SİLLƏ: Dehli Rusiya ilə bağlı QƏRAR VERDİ
  • Bu gün, 15:36
    Şəkər xəstələrinə bu meyvələr olmaz - Tövsiyələr
  • Bu gün, 14:09
    Suriyadan Türkiyəyə qadağa: Rəsmən dayandırdılar
  • Bu gün, 13:12
    Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
  • Bu gün, 12:22
    Nəfəs darlığı nədən yaranır? - Hansı həkimə getməli?
  • Bu gün, 11:33
    Putin və Zelenski hansı ölkədə görüşə bilər?
  • Bu gün, 10:08
    Bu şəxslər imtahansız universitetə qəbul olacaqlar - DİM AÇIQLADI
  • Bu gün, 09:02
    Böyrək daşını salmağın ən asan yolu
  • Dünən, 22:25
    Bu bürclər yaxşı xəbər eşidəcək, sevincdən ağlayacaqlar
  • Dünən, 21:10
    Gecə yatmazdan əvvəl alma sirkəsi içməyin faydası
  • Dünən, 20:30
    NYT: Putin niyə Zelenskinin adını çəkmir?
  • Dünən, 19:29
    Bölgədə irimiqyaslı hücuma hazırlıq: 60 min ehtiyat hərbçi orduya çağırıldı
  • Dünən, 18:25
    Gündəlik 10.000 addım: Möcüzəvi faydalara inanmayacaqsınız
  • Dünən, 17:08
    Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
  • Dünən, 16:15
    Rusiyanın “böyük dostu” hədəfdə: Putin imzaladı, ABŞ qorxuya düşdü – İnanılmaz xəyanət
  • Dünən, 15:43
    Körpələr arasında ən çox bu xəstəliklərə rast gəlinir
  • Dünən, 14:44
    Ukrayna üçün xilas planı: “Finlandiya modeli” nədir? – Detallar
  • Dünən, 13:19
    Yeni təhlükə: “Bayraktar”lar Yaponiya səmasında… – Hazırlıq başladı
  • Dünən, 12:15
    Bu vərdişlər dişlərinizi məhv edir - Açıqlama
  • Dünən, 11:34
    Konqoda üsyançılar kəndlilərə hücum etdi
  • Dünən, 10:16
    Bu dövlətlərin ərazisi azalacaq: bəziləri yox olacaq – Dünya xəritəsi dəyişir
  • Dünən, 09:03
    Mütəxəssislər hər gün artıq yeməyin qarşısını almaq üçün sadə üsullar təqdim edirlər
  • 19-08-2025, 22:39
    "Nobel"ə namizədliyi verilən Azərbaycan şairi: Məmməd İsmayıl kimdir? - BİOQRAFİYA
  • 19-08-2025, 21:40
    Antibiotik qəbul edərkən bu qidaları yemək olmaz
  • 19-08-2025, 20:49
    Türkiyə NATO ilə bağlı qərar verdi: Son 25 ildə…
  • 19-08-2025, 19:08
    Qəzzada müharibə başa çatır? – Kritik gəlişmə
  • 19-08-2025, 18:31
    Zelenski İMTİNA ETDİ: “Putinlə görüşməyəcəm…”
  • 19-08-2025, 17:41
    18 rayonla bağlı xəbərdarlıq verildi – Diqqətli olun
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə