COVİD-19 koronavirusunun yeni mutasiyası aşkarlanrıb.
Milli.Az Muenchner Merkur-a istinadən bildir ki, Almaniyanın Bavariya əyalətindəki Qarmiş-Partenkirxen şəhərindəki klinikalardan birində koronavirusun yeni mutasiya forması tapılıb.
Klinikada 73 nəfərdə COVİD-19 koronavirusu tapılıb. Onlardan üç nəfərində indiyədək naməlum olan, yeni koronavirus ştamı aşkarlanıb.
Testlərin nəticələri Berlindəki "Charité" klinikasına göndərilib.
Mütəxəssislər ilkin təhqiqatdan sonra təsdiqləyiblər ki, bu, koronavirusun yeni variasiyasıdır.