• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
Danışıqlar iflasa uğrasa, ilk zərbə Vensə dəyəcək – Politico
Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi
Xərçəng riski ən yüksək olan 5 tip insan...
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Ukraynanın istifadə etdiyi PUA-lar harada istehsal olunur?
Soğan sevənlərə şad xəbər: Genləriniz...
Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması
Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
Türkiyə NATO-nun müdafiə bankında iştirak edəcək? - Birgə bəyanatı imzalayıb, amma...
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Çində "Bavi" qasırğası: 2 milyon insan təxliyə edildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Talassemiya - Simptomlar, səbəblər, müalicə

Səhiyyə

29-07-2020, 11:52

Talassemiya - Simptomlar, səbəblər, müalicə


Azərbaycanda talassemiyanın geniş yayılması nə ilə bağlıdır?

Ölkədə bir milyondan çox talassemiya daşıyıcısı, 3 mindən çox talassemiya xəstəsinin olması nədən xəbər verir? Talassemiyanın yaranmasının əsas səbəbləri hansılardır? Talassemiya sağalmaz xəstəlikdirmi? Qohum evliliklərin talassemiyanın yayılmasında rolu nə qədərdir?

Lent.az xəbər verir ki, Respublika Talassemiya Mərkəzinin şöbə müdiri, həkim-hematoloq Xuraman Cəfərova deyib ki,
Azərbaycan talassemiya üçün endemik zonadır. Onun sözlərinə görə, ölkəmizdə talassemiyanın geniş yayılması həm də qohum evliliklərinin çox olması ilə bağlıdır. Hematoloq deyib ki, uzun illər maariflənmə səviyyəsi aşağı olduğu üçün talassemiyalı xəstələrin doğulması göstəriciləri artmaqda davam edib.

İki talassemiya daşıyıcısının nikaha girməsi nəticəsində dünyaya gələn uşaqların talassemiya xəstəsi olması riskləri barədə danışan mütəxəssis deyib ki, bu zaman 25 faiz xəstə uşaq doğulması riski var: "Bu isə o demək deyil ki, həmin nikahdan birinci uşaq xəstə, ikinci sağlam doğulacaq və ya əksinə. Ola bilər ki, dörd hamiləlik olsun, onların dördündə də xəstə uşaq dünyaya gəlməsi riski var".

X. Cəfərova qeyd edib ki, talassemiya daşıyıcısı praktik sağlam insandır. Talassemiya genini daşıyan insanların sağlam insanlardan hər hansı fərqi yoxdur. Daşıyıcı olan şəxslərdə yüngül qan azlığı ola bilər. Amma bu da onların həyat fəaliyyətinə o qədər də ciddi təsir etmir: "Talassemiya xəstəliyi isə çox ağır xəstəlikdir. Bu xəstələr bütün ömürləri boyunca davamlı müalicə almaq məcburiyyətində qalırlar".

Talassemiyanın alfa və beta qruplarına ayrıldığını deyən X. Cəfərova beta-talassemiyanın ağır forma olduğunu, onun özlüyündə də 3 növə bölündüyünü qeyd edib. Onun sözlərinə görə, böyük beta-talassemiya xəstələri daha ağır xəstələr sayılır və onlara hər ay qan köçürülməsinə ehtiyac var. Beta-talassemiyanın ara formasında isə xəstəyə ildə 2-3 dəfə qan köçürülməsinə ehtiyac duyulur.

Həkim deyib ki, vaxtlı-vaxtında qan köçürülən, eyni zamanda müvafiq müalicələr alan talassemiya xəstələrinin ömür göstəriciləri artır.

Son zamanlar talassemiya xəstələrinin daha erkən aşkarlandığını və vaxtında müalicələrə başlandığını deyən mütəxəssis bunun nəticəsində ölüm göstəricilərinin azaldığını bildirib.

Onun sözlərinə görə, son illər nikahdan öncə talassemiya daşıyıcılığının aşkarlanması ilə bağı aparılan tibbi müayinələr nəticəsində də talassemiyalı uşaqların dünyaya gəlmə sayında azalma müşahidə olunur.

X. Cəfərova iki daşıyıcı ailə qurarsa, perinatal dövrdə dölün müayinə olunmasına ehtiyac olduğunu vurğulayıb: "Uşaq ana bətnində olanda mütləq yoxlanmalıdır, talassemiya xəstəsidirsə, uşağın doğulması məsləhət görülmür. Talassemiya böyük bir bəladır. Ailə quran hər bir şəxs vaxtında müayinədən keçməlidir. Talassemiyalı uşaqların doğulmaması naminə vaxtında müayinələrin aparılması zəruridir. İki daşıyıcı ailə qurmasın deyə hər hansı qadağa yoxdur. Sadəcə, iki daşıyıcı ailə qurarsa, uşağın dünyaya gəlməsi mütləq nəzarət altında olmalıdır. Perinatal dövrdə müayinə aparmaq lazımdır. Hamiləliyin 12-ci həftəsində dölyanı mayedən götürülən nümunənin genetik müayinəsi ilə uşağın talassemiya olub-olmayacağını bilmək mümkündür".

Onun sözlərinə görə, iki daşıyıcının ailə qurduğu hallarda süni mayalanma ilə də sağlam uşaqların doğulması mümkündür.

Həkim qeyd edib ki, Talassemiya Mərkəzinə müraciətlərin daha çox Şəki, Qəbələ, Lənkəran, Ağdaş, Kürdəmirdən olur. Hematoloq həmin bölgələrdə talassemiya daşıyıcılarının çoxluğunu nəzərə alaraq bunun nəticəsində xəstə uşaqların doğulması riskinin daha böyük olduğunu deyib.

Talassemiyanın sağalmaz xəstəlik olması fikri ilə razılaşmayan həkim son illərdə ölkədə aparılan sümük iliyi transplantasiyası əməliyyatları barədə danışıb. Onun sözlərinə görə, indiyədək aparılan sümük iliyi transplantasiyası əməliyyatlarının 80 faizi talassemiya xəstələri ilə bağlı olub.

X. Cəfərova talassemiyanın əlamətlərindən də danışıb: "Xəstə uşaqlar daha çox solğun üzləri ilə seçilir. İrəli dövrlərdə valideynlər dəridə, göz içərisində sarılıq müşahidə edə bilərlər. Daha böyük yaşlarda isə dəridə tündləşmə müşahidə olunur. Xəstələr daha çox həkimə qan azlığı şikayəti ilə müraciət edirlər".

Oxunub: 1 007
Paylaş:
Digər xəbərlər

Səhiyyə

1-07-2020, 17:09

Talassemiya. Simptomlar, səbəblər, müalicə

Səhiyyə

12-03-2020, 10:32

Talassemiya

Xəbərlər

6-11-2019, 15:11

Talassemiya. Simptomlar, səbəblər, müalicə

Səhiyyə

28-02-2019, 10:38

Talassemiya

Manşet / Gündəm / Səhiyyə / Xəbərlər

10-03-2018, 09:08

Mehriban Əliyeva Talassemiya Mərkəzində - Fotolar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
Son xəbərlər
  • Dünən, 22:22
    İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir
  • Dünən, 21:33
    Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
  • Dünən, 20:35
    İsrail seçkilərə gedir - 38 il sonra ilk yaşanacaq
  • Dünən, 19:27
    İranın addımlarına ərəb ölkəsindən sərt reaksiya
  • Dünən, 18:48
    Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
  • Dünən, 17:24
    Ermənistan niyə Azərbaycana qalib gələ bilməz?
  • Dünən, 16:03
    Danışıqlar iflasa uğrasa, ilk zərbə Vensə dəyəcək – Politico
  • Dünən, 15:55
    Enerjiniz niyə tükənir? - Mitoxondrial disfunksiyanın elmi izahı və həll yolları
  • Dünən, 14:09
    Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
  • Dünən, 13:05
    Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi
  • Dünən, 12:50
    Xərçəng riski ən yüksək olan 5 tip insan...
  • Dünən, 11:36
    Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
  • Dünən, 10:18
    Ukraynanın istifadə etdiyi PUA-lar harada istehsal olunur?
  • Dünən, 09:02
    Soğan sevənlərə şad xəbər: Genləriniz...
  • 11-07-2026, 22:11
    Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması
  • 11-07-2026, 21:27
    Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
  • 11-07-2026, 20:39
    Türkiyə NATO-nun müdafiə bankında iştirak edəcək? - Birgə bəyanatı imzalayıb, amma...
  • 11-07-2026, 19:31
    847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
  • 11-07-2026, 18:19
    Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
  • 11-07-2026, 17:42
    Çində "Bavi" qasırğası: 2 milyon insan təxliyə edildi
  • 11-07-2026, 16:42
    İki gün sonra dünya Şuşaya baxacaq – Prezident Əliyevin mühüm mesajları var…
  • 11-07-2026, 15:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • 11-07-2026, 14:20
    Ukrayna Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı
  • 11-07-2026, 13:39
    İsrail ordusu istənilən ssenariyə hazırdır - Katz
  • 11-07-2026, 12:55
    Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
  • 11-07-2026, 11:24
    Bu ölkədə xəstəlik yayıldı: Azərbaycan üçün risk var?
  • 11-07-2026, 10:11
    ABŞ və Livan İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması mexanizmini müzakirə ediblər
  • 11-07-2026, 09:04
    Tutun faydaları
  • 10-07-2026, 22:18
    Qarpız təbii sidikqovucu və ödqovucudur
  • 10-07-2026, 21:40
    Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə