Uşaqlarda koronavirus asanlıqla müalicə olunur.
"Ölkə.Az" axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı pediatr Yevgeni Komarovski İnstaqram hesabında deyib.
O bildirib ki, koronavirusun uşaqlardakı ilkin əlamətləri qusma və ishaldır.
"Uşaqlarda nəfəs tıxanıqlığı və nəcislə bağlı problemlərə diqqət etmək lazımdır. Bu, koronanın əlamətləri ola bilər", - Y.Komarovski bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Çin alimləri uşaqların koronavirus infeksiyasının gizli daşıyıcıları olduqlarını, bunu müəyyənləşdirməyin çox çətin olduğunu açıqlamışdılar.