• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Polikistoz yumurtalıqlar sindromu və hamiləlik

Səhiyyə

15-03-2020, 20:51

Polikistoz yumurtalıqlar sindromu və hamiləlik



Sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biri də hormonal fonun dəyişilməsi nəticəsində yaranan “polikistoz yumurtalıqlar sindromu” adlanır.

Bu xəstəlik zamanı yumurta hüceyrəsinin ovulyasiyası, yəni yumurtalıqdan çıxması baş vermir.

Polikistoz yumurtalıqlar sindromu ilə əlaqədar olan sonsuzluğun müalicəsi üçün qadına hormonal dərman preparatları təyin edilir. Bu zaman ilk növbədə, yumurta hüceyrəsinin yetişməsini tam şəkildə “dayandıran” hormonal dərman preparatlarından istifadə edilir. Bu preparatın qəbulunu dayandırdıqdan sonra, “istirahət etmiş” yumurtalıq tam gücü ilə işləməyə başlayır və nəticədə yumurta hüceyrəsi tam yetişir, ovulyasiya olunur və hamiləliyin baş verməsi mümkün olur.

Bu ilkin müalicə kursu kömək etmədiyi halda, həkim tərəfindən yumurta hüceyrələrinin yetişməsini və ovulyasiyanı stimullaşdıran hormonal dərman preparatları təyin edilir. Yumurta hüceyrələrinin yetişməsi prosesinə isə həkim USM-nin köməkliyi ilə (follikulometriya) nəzarət edir. Əksər hallarda bir və ya bir neçə belə stimulyasiya kursundan sonra qadında ovulyasiya prosesi bərpa olunduğu üçün arzu olunan hamiləlik də baş verə bilər. Əfsuslar olsun ki, bu heç də hər zaman belə olmur. Məsələ ondan ibarətdir ki, polikistoz zamanı yumurtalığın xarici qişası xeyli dərəcədə qalınlaşmış olur (daxildən yüzlərlə sayda yetişməyən və kiçik kistalara çevrilmiş yumurta hüceyrələrinin ona birləşməsi nəticəsində). Məhz buna görə xəstəlik polikistoz adlandırılır (“poli” -- çox, “kista” – kistalar). Bu halda, stimulyasiya nəticəsində tam şəkildə yetişmiş yumurta hüceyrəsi yumurtalığın xeyli qalınlaşmış qişasını yararaq xaricə çıxa bilmir.

Belə halda həkimlər cərrahi müdaxiləyə əl atırlar. Əməliyyat zamanı yumurtalığın xarici təbəqəsinin (qişasının) bir hissəsi ya cərrahi yolla xaric edilir, ya da elektrokoaqulyasiya edilir (elektrik cərəyanı köməyi ilə yumurtalıq qişasının bir hissəsi yandırılır). Hazırda bu əməliyyatlar zamanı laparoskopiya üsulundan geniş istifadə olunur. Laparoskopik əməliyyatın aparılması üçün lazım olan tibbi alətlər qarın boşluğuna qarının ön divarından kiçik kəsiklər (1 sm.) aparılması yolu ilə daxil edilirlər. Bu cərrahi əməliyyatdan sonra yumurtalığın xarici qişası bir qədər nazilmiş olur ki, bu zaman yetişmiş yumurta hüceyrəsi onu yararaq yumurtalıqdan xaricə çıxa bilir. Əgər qadının cinsi orqanlarında digər patoloji hallar yoxdursa (uşaqlıq sağlamdırsa, uşaqlıq borularının keçiriciliyi pozulmamışdırsa və s.), bu halda hamiləlik baş tuta bilər. Əlbəttə ki, cərrahi müdaxilə də 100% müsbət nəticə verməyə bilər. Ancaq onun effektivliyi, yalnız hormonal stimulyasiya üsulu ilə müalicə aparıldığı haldan xeyli dərəcədə artıq olur. Əfsuslar olsun ki, cərrahi yolla yumurtalıqlarda aparılan müalicə qısa bir müddət ərzində (bir ilə yaxın) müsbət nəticələr verir. Bundan sonra əməliyyat olunmuş yumurtalığın xarici qişası yenidən qalınlaşır. Ancaq əksər hallarda bu müddət hamiləliyin baş verməsi üçün yetərli olur. Bəzi qadınlarda isə doğuşdan sonra hormonal tarazlıq normallaşır.

Oxunub: 1 085
Paylaş:
Digər xəbərlər

Səhiyyə

7-12-2019, 12:59

Hamiləliyin müddəti və əlamətləri

Səhiyyə

8-08-2019, 09:04

Ovulyasiyanın baş verməməsinin SƏBƏBLƏRİ

Manşet / Gündəm / Səhiyyə

2-01-2019, 00:20

Yumurta hüceyrəsinin yetişməsi və ovulyasiya

Səhiyyə

24-12-2018, 09:27

Qadınlarda hormonların laborator müayinəsi

Manşet / Gündəm / Səhiyyə

19-12-2018, 01:14

Yumurta hüceyrəsinin yetişməsi və ovulyasiya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
Son xəbərlər
  • Bu gün, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • Bu gün, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • Bu gün, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • Bu gün, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
  • Bu gün, 11:05
    Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
  • Bu gün, 10:23
    Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
  • Dünən, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • Dünən, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • Dünən, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
  • Dünən, 19:45
    Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
  • Dünən, 18:31
    Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
  • Dünən, 17:55
    Güclü külək əsəcək – Xəbərdarlıq edildi
  • Dünən, 16:51
    Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
  • Dünən, 15:33
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 14:29
    ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
  • Dünən, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Dünən, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Dünən, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Dünən, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 8-08-2026, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • 8-08-2026, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • 8-08-2026, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • 8-08-2026, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • 8-08-2026, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • 8-08-2026, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • 8-08-2026, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • 8-08-2026, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • 8-08-2026, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • 8-08-2026, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə