"Yüksək hərarəti olan insanlar həkimə müraciət etməlidir".
Publika.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.
O bildirib ki, vətəndaşlar xəstəliyin əlamətləri olduqda, xəstəxanaya deyil, təcili yardıma müraciət etsinlər: "Şübhəli hal aşkarlandıqda, xəstə karantinə alınacaq".