• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
Bu bitki yağı sümükləri bərkidir
Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
Şirin yuxunun sirri bu yeməkdədir
Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi
Maduro istefa şərtlərini açıqladı: "Rahat sürgün" və...
Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür
Peskovun ulu babası 26 Bakı komissarlarından olub - Sirr açıldı
Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
Rasmussendən QORXULU PROQNOZ - Bu ölkə “əbədi müharibə” ilə üzləşə bilər
ABŞ beş MDB ölkəsi ilə yeni dövrün başladığını elan etdi: Layiq olduğunuzu alacaqsınız
Mədə həcmini necə azaltmaq olar?
Kişilərin yaddaşı qadınlardan zəifdir
Çörək sodası mədə yanmasına kömək edirmi?
Pakistan Əfqanıstana zərbələr endirdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

70-80 yaşlı kişilərin də uşağının olması normal haldır - Androloqla MÜSAHİBƏ

Müsahibə

24-12-2019, 12:30

70-80 yaşlı kişilərin də uşağının olması normal haldır - Androloqla MÜSAHİBƏ


Uşaq qığıltısı ailələrin bəzəyidir. Amma bəzən bu qığıltını eşitmək asan olmur.

Cütlüklər nə qədər istəsələr də, hər çarəyə baş vursalar da, körpə səsinə, körpə gülüşünə həsrət qalırlar. Bir çox hallarda qadınlar “günahlandırılsalar” da, kişilərdə də sonsuzluq hallarına çox rast gəlinir. Hətta “Medikus” klinikasının androloqu Namiq İsmayılov kişi sonsuzluğunun qadın sonsuzluğuna nisbətən daha çox yayıldığını deyir. Modern.az saytı onunla söhbəti təqdim edir:

Kişi sonsuzluğu qadın sonsuzluğundan çoxdur!

“Mən deyərdim ki, süni mayalanma üçün müraciət edən hər 10 cütlükdən 8-9-da problem kişilərdən, sperma ilə bağlı problemlərdən qaynaqlanır. Bu gün cəmiyyətdə qadının üzərinə daha çox yüklənirlər. Halbuki, kişi sonsuzluğu daha çox yayılıb. Amma bir məsələ də var ki, qadın problemi daha çətin həll olunur. Kişidə toxum yoxdursa, azdırsa, bir dənə də olsa, onu tapıb mayalandırmaq mümkündür. Amma qadında turbalıqlar götürülübsə, yumurtalıq yoxdursa, bu zaman nə etmək olar ki?”.

İsti yerlərdə işləyən kişilərin sperma göstəriciləri aşağı olur?!

Bəs görəsən, kişi sonsuzluğu nədir? - “Bir il mütəmadi cinsi əlaqə yaşayan kişinin uşağı olmursa və problem kişidən qaynaqlanırsa, bu, kişi sonsuzluğudur. Sonsuzluq diqnozu qoymaq üçün ilk olaraq spermoqramma aparılır. Sperma iki üsulla yoxlanır. Öncəliklə toxumun konsentrasiyası, sayı, sürətli spermatazoidlərin faizi aşkarlanır. Kryuger üsulu ilə spermoqrammada isə neçə faizinin yaralı, neçə faizinin yararsız olduğu, yəni toxumun morfoloji yararlılığı aydınlaşdırılır.

Spermoqramma 2-3 günlük cinsi pəhrizdən sonra aparılır. Bu müayinəyə gəlməzdən öncə kişilər buxar hamamına, saunaya getməsələr, spirtli içkidən, siqaretdən, radiasiyadan uzaq olsalar, yaxşı olar. Çünki bu amillər spermanın göstəricilərinə təsir göstərir və düzgün olmayan nəticələr əldə oluna bilər. Həmçinin spermoqramma müayinəsindən öncə stressdən də uzaq olmaq lazımdır. Əgər kişi stressli bir dönəm yaşayırsa, bu zaman analizləri təxirə salsın. Ola bilər ki, yolda gələndə kiminləsə sözü çəp düşür, əsəbləşir, bu da spermaya təsir göstərir, cavablarda sperma sıfır belə ola bilər. Və ya gedib buxar vannası qəbul edib, səhəri gəlib analiz verir, bu da spermaya təsir edir. Göstəricilər çox aşağı olur. Ümumiyyətlə, kişinin hansı işdə işləməsinin də sperma göstəricilərinə təsiri böyükdür. Məsələn, çörəkbişirmə sexində işləyən, saunada massajist işləyən insanlarda toxum zəif olur. Çünki isti mühitdə çalışırlar. Temperaturun 2-3 dərəcə qalxmağı belə spermatogenezi pozur”.

Vaxtında diaqnoz qoyulmazsa...

Namiq İsmayılov kişi sonsuzluğunun səbəbləri arasında ilk növbədə damar genişlənməsinin olduğunu söyləyir: “Kişi spermasına ən böyük zərbə vuran amillərdən biri damar genişlənməsidir. 99 faiz hallarda bu, sol tərəfdə olur. Çünki kişi cinsiyyət orqanı venoz baxımından simmetrik deyil. Sol tərəfdə xayadan qalxan venalar qanı birbaşa böyrək venasına verdiyinə görə, orada təzyiq yuxarı olur və qanı geri qaytarır, bu zaman xayada sperma istehsal edən hüceyrələrdə daim oksigen çatışmazlığı olur. Bunu skratal doppler müayinəsində aşkar edirik. Xəstəni ayaq üstə və oturaq vəziyyətdə gücəndiririk. Bu zaman qanın geri atması reflüks adlanır. Qanın neçə saniyəyə geri atılmasına baxırıq. 2 və 3-cü dərəcəli reflükslər varsa, 2-3-cü varikoz genişlənmələr var, məsləhət olunur ki, elə insanlar əməliyyat olsunlar. Ümumiyyətlə, son vaxtlarda damar genişlənməsi çox yayılıb. Son bir neçə ayda 20-30 yeniyetmə oğlanı bu diaqnozla əməliyyat etmişik. Damar genişlənməsi nə qədər tez aşkarlanarsa, o qədər effekt əldə etmək olar. Çünki 2 və 3-cü dərəcəli damar genişlənmələri xayanın inkişafını dayandıra, toxumu sıfıra endirə bilər, onu isə sonra demək olar ki, bərpa etmək olmur”.

Fast-fud qidalar sonsuzluq yaradır!

Uroloq-androloq kişi sonsuzluğuna səbəb olan ikinci ən böyük amil kimi infeksion xəstəlikləri göstərir: “Xüsusən də çoxpartnyorluluq, müxtəlif infeksiyalara yoluxma da kişilərin ata olmaq şansını azaldır. Üçüncü yerdə hormonal faktorlardır. Prolaktinin yüksək olması, testesteronun aşağı düşməsi, TSH, T4, tiroid vəzinin problemləri də spermatogenizi zəiflədə bilər. Metabolik sindromlar, qidada həddən artıq şəkərdən, hidrokarbonatlardan istifadə də testesteronun miqdarını azaldır. Digər bir səbəb isə düzgün olmayan həyat tərzi, oturaq mühit, idmanla məşğul olmamaq, zərərli vərdişlər, düzgün olmayan qidalanma, artıq çəki, yuxusuzluq və sairdir. Günü-gündən açılan fast-fudlar birbaşa təsir edir. Özü də tək kişilərə yox, elə qadınlara da mənfi təsir edir.

Fast-fudla yanaşı, qazlı içkilər də sağlamlığın düşmənidir və hər iki cinsdə nəsilartırma qabiliyyətini zəiflədir. Bir də görürsən, gənc bir xanım 5-6 yaşlı uşaqlarını götürüb aparır fast-fud yedizdirməyə. Bu uşaqların gələcək sağlamlığını düşünmək dəhşətlidir. Ümumiyyətlə, normal qidalarda belə keyfiyyət o qədər aşağı düşüb ki... Hələ mən istifadə etdiyimiz yağların keyfiyyətindən heç danışmaq istəmirəm. Şəkər də bizim düşmənizmidir. Qəndi, ümumiyyətlə, rasiondan çıxarmaq lazımdır. Ən yaxşı halda baldan istifadə etmək olar. Amma onu da həddən çox qəbul etmək düzgün deyil. Yaxşı olar ki, kişilər, ümumiyyətlə cinsindən asılı olmayaraq bütün gənclərimiz qış aylarında D vitamini qəbul etsinlər”.

“Svinka” sonsuzluğa səbəb olur!

Uroloq-androloq sonsuzluq səbəbləri arsında uşaq vaxtı edilməyən peyvəndləri və nəticədə keçirilən xəstəliklərin fəsadını da bildirir: “Uşaq vaxtı keçirilən Parotit A xəstəliyi sonsuzluğa səbəb olan çox ciddi bir xəstəlikdir. El arasında bu xəstəliyə “svinka” və ya “qulaqdibi” də deyirik. 1,5 və 6 yaşlı uşaqlar bu xəstəliyə qarşı peyvənd olmalıdırlar. Amma bugün sonsuzluqla bağlı müraciətləri araşdıranda bəzən görürük ki, uşaq vaxtı peyvənd olunmayıb, “svinka” xəstəliyini keçirib və bu gün də nəticə göz önündədir. Çünki bu xəstəlik birbaşa xayalara vurur. Həmçinin “svinka” qədər olmasa da, uşaq vaxtı keçirilən digər xəstəliklər də önəmlidir. Ona görə peyvəndlərə barmaqarası baxmaq olmaz”.

“Qaragünlü” olmaq da sonsuzluğa təsir edir...

Hansı xəstəliyi, hansı problemi qaldırırsan, altından stress çıxır. Heç ola bilər ki, sonsuzluğa səbəb olan amillər arasında stress olmasın?

“Stressin olması bədənə kortizol ifrazını artırır, bu da öz növbəsində testesteronun miqdarını azaldır. Nəticədə, mayalandırma qabiliyyətinin aşağı düşməsi ilə sonlanır. Problem içində yaşayan insanlar var ki, el arasında onlara “qaragünlü” də deyirik. Onlarda xoşbəxtlik hormonu ifraz olunmur, maddələr mübadiləsi getmir, belə insanlarda qocalma da sürətli baş verir. Təbii ki, onlarda sperma göstəriciləri də aşağı olur. Müxtəlif texnologiya nümunələri, hətta bəh-bəhlə istifadə etdiyimiz “wi-fi” belə spermanın keyfiyyətinə təsir edən amillərdəndir”.

Bu kişilər ata ola bilməzlər!

Namiq İsmayılov bir çox hallarda kişi sonsuzluğunu aradan qaldırmağın, süni mayalanma yolu ilə olsa belə, onları övlad sahibi etməyin mümkün olduğunu deyir. Amma elə hallar var ki, orada bütün çarələr tükənmiş olur...

“Xayaların hipoplaziyası zamanı artıq heç bir çarə qalmır. Hipoplaziya bir və ya hər iki xayanın inkişafdan qalmasıdır. Normada xayaların həcmi 10 kubdan yuxarı olmalıdır. Hipoplaziya zamanı isə, onlar inkişaf etmir. Ona görə də yeniyetmə oğlan uşaqları daim androloq nəzarətində olmalıdırlar ki, xayaların inkişfında hər hansı problem varsa, vaxtında aradan qaldırılsın. Bəzən həkimlər olur ki, heç bir şansı olmasa da, belə kişiləri əməliyyat edirlər. Onların həm ümidlərini, həm pullarını alırlar. Ümumiyyətlə, cinsi orqan əyri də olsa, prostarit də olsa, yenə də bu hallarda ümid var, toxum götürüb süni mayalandırma etmək olar. Əsas amil odur ki, toxum olsun. Bəzən də xayanın həcmi normaldır, amma orada toxum yoxdur. Bu, azoosperimiya adlanır. Bu zaman isə süni yolla toxum alırıq”.

Qadında cəmi 500, kişilərdə milyonlarla...

Yaş amili qadınlarda ana olmaq şansını azaltsa da, Namiq İsmayılov kişilərdə belə bir problem olmadığını deyir: “Düzdür, yaş artdıqca, kişilərdə testesteronun miqdarı azalır, bu da toxumun sintezinə mənfi təsir edir. Amma 70-80 yaşlı kişilərin də uşağının olması normal haldırsa, demək ki, yaş amili o qədər də önəmli deyil. Amma qadınlarda vəziyyət fərqlidir, onlarda folikulların sayı məhduddur. Yetkinlik yaşına çatmış bir qadın klimaks dövrünə qədər təxminən 500 dəfə menstruasl sikl keçirir. 500 ovulyasiya baş verir. Daha sonra isə onun yumurtahüceyrə rezervuarı bitir və mayalandırma qabiliyyəti yox olur. Bəzən də polikistoz hallarında bir menstrual sikldə 1 əvəzinə 10-15 folikul xaric oluna bilər. Bu da yumurta rezervuarını azalda bilər. Kişilərdə isə spermanı saymaq mümkün deyil, onlar milyonlarladır”.

Oxunub: 827
Paylaş:
Digər xəbərlər

Araşdırma

17-08-2019, 13:28

Hər 3 kişidən birində bu problem var

Araşdırma

13-01-2019, 01:55

Kişi sonsuzluğunun müalicəsində mühüm yeniliklər - VİDEO

Manşet / Gündəm / Səhiyyə

11-01-2019, 02:16

Kişi sonsuzluğunun müalicəsində mühüm yeniliklər - VİDEO

Klinika

4-10-2018, 08:33

QADIN SONSUZLUĞUNUN TİBBİ- GENETİK ASPEKTLƏRİ.

Manşet / Səhiyyə

27-07-2018, 10:21

Qadın sonsuzluğu və onun səbəbləri!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
Bu bitki yağı sümükləri bərkidir
Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:35
    1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
  • Bu gün, 09:03
    Bu bitki yağı sümükləri bərkidir
  • Dünən, 22:29
    Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
  • Dünən, 21:49
    Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
  • Dünən, 21:27
    Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
  • Dünən, 20:36
    Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
  • Dünən, 19:55
    33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
  • Dünən, 18:26
    Şirin yuxunun sirri bu yeməkdədir
  • Dünən, 17:11
    Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi
  • Dünən, 16:30
    Maduro istefa şərtlərini açıqladı: "Rahat sürgün" və...
  • Dünən, 15:42
    Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür
  • Dünən, 14:27
    Peskovun ulu babası 26 Bakı komissarlarından olub - Sirr açıldı
  • Dünən, 13:05
    Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
  • Dünən, 12:25
    Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
  • Dünən, 11:32
    Rasmussendən QORXULU PROQNOZ - Bu ölkə “əbədi müharibə” ilə üzləşə bilər
  • Dünən, 10:51
    ABŞ beş MDB ölkəsi ilə yeni dövrün başladığını elan etdi: Layiq olduğunuzu alacaqsınız
  • Dünən, 09:07
    Mədə həcmini necə azaltmaq olar?
  • 6-11-2025, 22:34
    Kişilərin yaddaşı qadınlardan zəifdir
  • 6-11-2025, 21:27
    Çörək sodası mədə yanmasına kömək edirmi?
  • 6-11-2025, 20:30
    Pakistan Əfqanıstana zərbələr endirdi
  • 6-11-2025, 19:13
    Tehrandan mühüm siqnal – Zəngəzurla bağlı…
  • 6-11-2025, 18:11
    Təzyiq nə qədər yüksəkdirsə, beyin bir o qədər quruyur
  • 6-11-2025, 17:17
    NATO rəsmən açıqladı: Rusiya ilə müharibə başlayır
  • 6-11-2025, 16:42
    Süni intellekt eqoistləşir: “Yoluxucu tendensiya yaranıb”
  • 6-11-2025, 15:50
    Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın - Yoxsa kar qala bilər
  • 6-11-2025, 14:33
    Türkiyə F-16-ları Azərbaycana göndərir
  • 6-11-2025, 13:05
    Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!
  • 6-11-2025, 12:42
    Ürək özünü bərpa edə bilirmiş - Tibbdə inqilab
  • 6-11-2025, 11:37
    Plan hazırdır: ABŞ Rusiyanın bu vilayətini xəritədən siləcəyini elan etdi
  • 6-11-2025, 10:11
    "Qarabağ" "Çelsi" ilə matçda tarixi nəticəyə imza atdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə