• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Meksikada güclü partlayış: 9 nəfər öldü
İran uzun illər sonra bu qadağanı ləğv etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Özümüzü xəstəliklərdən necə qoruyaq?

Müsahibə

15-11-2018, 16:39

Özümüzü xəstəliklərdən necə qoruyaq?

Bakteriyalar təkhüceyrəli mikroorqanizmlərdir və dünya üzərində 3,5 milyard ildir ki, yaşadığı qeyd edilir. Dünyada ən çox yayılmış orqanizmlər olan bakteriyalar yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədir. Bakteriyalar və mikroblar bir çox xəstəliklərə zəmin hazırlayır.

Bronxit, asma, sətəlcəm, allergiya, faringit, qrip, vərəm kimi xəstəliklərin yaranmasının qaynağı məhz bakteriyalardır. Gözlə görünməyən bu bakteriyalar bütün yaşayış mühitində insan sağlamlığını təhdid edir ki, nəticədə xüsusilə də uşaqlar və yaşlılar, immunitet sistemi zəif olan insanların bu xəstəliklərdən yayınması mümkün olmur. Bakteriyaların qarşını almaq üçün alimlər tərəfindən müxtəlif kimyəvi dərmanlar hazırlanıb ki, bunlardan biri də son zamanlar fransız alimlərinin hazırladığı sprey dezinfektanlardır. Bu, bakteriya, mikrob və göbələklərin çoxalmasının qarşısını almağa imkan verir ki, həmin dezinfektan hazırda Türkiyədə də tətbiq edilir. Artıq payız fəslinin başladığını, havaların da tədricən soyuduğunu nəzərə alsaq, müxtəlif xəstəliklərin sayı artmağa başlayır. Gündəlik həyatda metro, avtobus kimi nəqliyyat vasitələri, lift, telefon, qapı tutacaqları, kompyuter klaviaturası və "mous"u həmin xəstəlikləri yaradan aktiv bakteriya mənbələri kimi çıxış edir. Belə bir şəraitdə bakteriyalardan necə qorunmaq olar?

Bədən müqaviməti aşağı düşdükcə, qrip və ona bənzər xəstəliklər yarana bilər

Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının professoru, tibb elmləri doktoru Akif Qurbanov Milli.Az xəbər portalına bildirdi ki, havanın soyuqlaşması ilə bağlı xüsusilə yuxarı tənəffüs yollarının infeksiyaları aktivləşir: "Onlar qrip və qripəbənzər xəstəliklərdir. Çox vaxt bu xəstəliklərin törədiciləri viruslardır. Məsələn, qrip, qrip virusu tərəfindən törədilir. Qrip virusu xəstə insandan hava damcı yolu ilə sağlam insana yoluxur. Viruslar yuxarı tənəffüs yollarından orqanizmə düşür və qrip əlamətləri törədir. Bunlar, yuxarı tənəffüs yollarının iltihab əlamətləri, zökəm, öskürək, asqırma, angina və s. Amma bu cür xəstəliklərin qrip olması mütləq deyil. Çoxlu saylı bu cür viruslar və ya mikroorqanizmlər var ki, insanlarda buna bənzər əlamətlər törədə bilər".

Mütəxəssisin sözlərinə görə, yuxarı tənəffüs yollarında normal mikroorqanizmlər yaşayır və bir az soyuq olduqda, orqanizmin müdafiə qabiliyyəti zəiflədikdə bu mikroorqanizmlər aktivləşir və qripəbənzər xəstəliklər törədir. Bu xəstəliklərin bəziləri heç də yoluxucu olmur. Sadəcə soyuqlayandan bir müddət sonra həmin əlamətlər boğazda qaşınma, göynəmə, burun tutulması, qızdırma kimi hallar ola bilər və bu sadəcə yuxarı tənəffüs yolları mikrobların aktivləşməsi ilə ola bilər ki, bu, bir neçə günə hətta müalicə tələb etmədən keçə bilər. Amma qrip, yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri hava damcı ilə yoluxur və bu zaman maskalardan istifadə etmək həm özünü, həm də ətrafdakıları qorumaq üçün bir vasitədir. Professor deyir ki, havalar soyuqlaşdıqca biz bu xəstəlikləri daha çox görəcəyik: "Artıq bu əlamətlər hiss olunmaqdadır. Bədən müqaviməti aşağı düşdükcə, qrip və ona bəzər xəstəliklər yarana bilər".

Mikroblar insanların həm dostu, həm də düşmənidir

A.Qurbanovun sözlərinə görə, hər 10 xəstəlikdən 9-nun səbəbi bakteriyalardır: "Bakteriya mikroorqanizmlərin ancaq bir qrupudur. Mikoorqanizmlərə bakteriyalar, viruslar, göbələklər və parazitlər daxildir. Onlar gözlə görünmür. Mikroblar insanların həm dostu, həm də düşmənidir. İnsan orqanizmində normal mikroorqanizmlər var və o olmasa, insan yaşaya bilməz. Məsələn, mədə-bağırsaq traktında çoxsaylı mikroorqanizmlər var, bu olmayanda, hətta sayı az olanda, insan özünü pis hiss edir, dizbakterioz yaranır. İnsan xəstəlik törədən mikroorqanizmlərdən daim qorunmalıdır".

Mütəxəssis onu da qeyd etdi ki, mikroorqanizmlərdən qorxmaq lazım deyil, ən azından mikroorqanizmlər olmasaydı, insanlar qatıq, yaxud çörək yeyə bilməzdilər. Çünki südə, süd turşusu bakteriyaları, çörəyə maya göbələkləri əlavə olunur. Bundan başqa, torpaqda mikroorqanizmlər var, torpağın özünün mikrobları olmasa, yer üzü bütünlüklə bitki qalıqları, heyvan cəsədləri ilə örtülərdi. Onları çürüdən məhz mikroorqanizmlərdir. Mikrobların inkişafı, məişət tullantılarının torpağa qarışmasında müəyyən rol oynayır.

Professorun sözlərinə görə, qorunma tədbirlərini hamı bilməlidir: "İndi elə bir epidemiya yoxdur, amma keçmişdə vəba, taun olub və kütləvi qırğınlara səbəb olurdu. İndi bir az da ondan təhlükəli epidemiyalar var. Məsələn, indi QİÇS var və onun yoluxma yollarını hamı bilir. Eləcə də dünyada vərəm yayılmaqdadır. Bu, bizdən asılı olan səbəb deyil. Bu gün dünyada ekologiya, hava, su korlanıb, qidalarda konservantlar çoxluq təşkil edir ki, bu da zərərli qida hesab edilir. Bu ekoloji durumda, orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi çoxsaylı mikrobların xəstəlik törətməsi üçün şərait yaradır. Ekologiyanın qorunması isə ictimai bir məsələdir. Avtomobillərin sayının çox olduğu yerdə havanın təmiz olması problemdir. Suyun təmiz olması insanlardan asılıdr. Son zamanlar Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi çox təqdirəlayiq haldır. Nəhayət ki, insanlar təmiz su icməyə başlayacaqlar. Eləcə də yaşıllıqlar artırılmalıdır".

Sprey dezinfektanların kütləvi tətbiqinə ehtiyac varmı?

Gündəlik bakteriyalardan qorunmaq yollarına gəldikdə isə A.Qurbanovun sözlərinə görə, kütləvi tədbirlərdən istifadə etmək yararlı deyil. Bunun üçün hər kəs özünü və ətrafdakıları qorumalıdır. Professorun fikrincə, burada KİV-in böyük əhəmiyyəti var, maarifləndirici tədbirlər aparıla bilər: "Hava damcı ilə yoluxma, əsasən, sıxlıq yarananda baş verir. İctimai nəqliyyatda bir nəfərin xəstə olması ətrafdakları yoluxdura bilər, adicə danışarkən, ağız suyunun görünməyən ayrazolları bir metrə qədər məsafə qət edir. Bədən müqavimətinin artırılması istiqamətində daim çalışmaq lazımdır. Vitaminli qidalardan, meyvə, tərəvəzdən istifadə edilməlidir. İkincisi, belə xəstələr gərək həm özlərini qorusunlar, həm də ətrafdakıları yoluxdurmasınlar".

Fransa alimləri tərəfindən hazırlanan yeni sprey dezinfektana gəldikdə isə professor hazırda belə bir spreydən istifadə etdiyini deyir: "Aktoderm spreydən əlləri dezinfeksiya üçün istifadə edirəm. Bu spreylər çoxsaylıdır. Bundan həkimlər daha çox istifadə edirlər. Çünki xəstə ilə təmasda oluruq. Əslində vaxtaşırı əllərin sabunla yuyulması kifayət edir. Xüsusi dezinfaktanlara ehtiyac yoxdur. Ancaq çoxsaylı tibb işçiləri onlardan istifadə etməlidirlər, bunun kütləvi şəkildə tətbiqinə ehtiyac yoxdur".

Oxunub: 1 202
Paylaş:
Digər xəbərlər

Araşdırma

15-11-2018, 16:35

Mindən çox antibiotik var, amma cəmi 200-ü... - Xəstəliklərə qarşı təbii vasitələr

Səhiyyə

7-10-2018, 00:51

PAYIZ - Xəstəliklər mövsümü

Maraqlı

18-09-2018, 21:17

Mövsüm dəyişikliyinin gətirdiyi xəstəliklər: bronxit, astma, qrip... - Özümüzü necə qoruya bilərik?

Manşet / Araşdırma

30-08-2018, 12:43

Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu

Manşet / Gündəm / Səhiyyə

8-03-2018, 16:53

Sistit nədir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Son xəbərlər
  • Bu gün, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Bu gün, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Bu gün, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Bu gün, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Bu gün, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Bu gün, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Bu gün, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Bu gün, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Bu gün, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Bu gün, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Bu gün, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • 5-09-2026, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • 5-09-2026, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə