• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
İsti havalarda susuzluğun qarşısını alan 8 qida
İyulun son həftəsində şans üzünüzə güləcək - Bu bürclər varlanacaq
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
Putinlə Xamenei arasında danışıq olacaq?
Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
Ferritin çatışmazlığının gözdən qaçan 3 əlaməti
5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...
ABŞ yüksək hazırlıq vəziyyətində: Türkiyə planı bütün tarazlıqları dəyişdirəcək
Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
Antibiotiklərin düzgün istifadəsi – Niyə özbaşına qəbul etmək olmaz?
Trampın ittihamlarından sonra Si Cinpin ABŞ-a gedəcək? - Vaşinqtondan rəsmi açıqlama
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə
Uzun ömür üçün 8 sağlam vərdiş
Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əgər hamilə qadınlar koronavirusa yoluxarsa... - Fransada yaşayan ginekoloqla MÜSAHİBƏ

Müsahibə

2-04-2020, 12:28

Əgər hamilə qadınlar koronavirusa yoluxarsa... - Fransada yaşayan ginekoloqla MÜSAHİBƏ



Koronavirusla mübarizəni gücləndirmək üçün Fransanın Sağlamlıq Agentliyində çalışan həmyerlimiz həkim-ginekoloq Ülviyyə Əlizadə ilə həmsöhbət olduq.

Bu müsahibəni xüsusən də hamilə xanımlarımızın oxuması faydalıdır.

Milli.Az Fransada fəaliyyət göstərən soydaşımız Ülviyyə Əlizadə ilə müsahibəni təqdim edir.

- Ülviyyə xanım, Fransada koronavirusla bağlı son durum mediada yazılanlar qədər acınacaqlıdır?

- Fransa dünyanın digər ölkələri kimi COVID-19 epidemiyası ilə üzləşib. Agentliyimizin əsas vəzifəsi bu sanitar krizisi tənzimləməkdir. Ölkədə epidemiyanın üçüncü mərhələsi hökm sürür. Virusun yayılma sürəti və yeni yoluxma hallarının qarşısını almaq üçün əlimizdən gələni edirik. Fransa koronavirusa yoluxma halına görə İrandan sonra yeddinci yerdədir. Dünənin statistikasına görə, ölkədə 40 min 700-dən artıq yoluxma halı qeydə alınıb. 2600-dən çox insan həyatını itirib, 700-dən çoxu isə sağalıb. Ümumi sanitar vəziyyət gərgindir. Dövlət bu sahədə çox işlər görür. Xəstələrin sayı o qədər artıb ki, xəstəxanalarda yerlər məhduddur. Artıq dövlət xəstələrdən xahiş edir ki, yüngül şəkildə yoluxanlar evlərində qalsınlar. Müalicə evdən aparılsın. Hətta bunun üçün onlayn təlimlər də fəaliyyətə başlayıb. Reseptləri isə email ünvanına ya poçt qutusuna göndərirlər. Reanimasiya təcrübəsi olan tibb işçiləri könüllü olaraq bizim idarəyə müraciət edir ki, ehtiyac duyulduğu təqdirdə onların yardımından istifadə edilsin. İnsanların kütləvi axını nəzərə alınaraq reanimasiyada yeni yerlər yaradılır. Yaxud sanitar qatar, helikopterlərlə digər şəhər və ölkələrə göndərilir. Hətta xəstəliyin daha çox yayıldığı şəhərlərdə sanitar çadırlar qurulub. Maska və respirator çatışmazlığı da əsas problemdir. Təəssüf ki, hazırda Fransa bu vasitələri istehsal etmir. Yaxın zamanda başlamağı düşünür. Ölkə iki həftədir karantin rejiminə keçib. Hələlik bu durum 15 aprelədək nəzərdə tutulub. Evdən çıxanlar özləri ilə xüsusi elektron arayış götürməlidir. Əks təqdirdə polis onları yüksək məbləğdə cərimələyir.

- Ərzaq qıtlığı varmı?

- İlk günlər belə bir durum oldu və insanlar panikaya düşdülər. Artıq hər şey stabildir. Sadəcə məhsullarda cüzi qiymət artımı müşahidə olunur.

- İnsanlarda belə bir xof var ki, COVID-19 istənilən halda dəhşətli ölümlə nəticələnir.

- Statistikaya əsasən, Fransada əhalinin 80 faizi bu xəstəliyi orta və orta ağır keçirir. 15 faiz xəstələr ağır keçirir, lakin müalicəyə müsbət cavab verir. Yerdə qalan 5 faiz isə kritik durumda reanimasiyaya qəbul edilir. Həmçinin hazırda apteklərdə testlər satılır. İnsanlar onu alıb, ev şəraitində özləri də yoluxub-yoluxmadıqlarını öyrənə bilirlər.

- Əsas risk qrupuna kimlər daxildir?

- Hamilələr, yaşlılar, xroniki xəstəliyi və immun çatışmazlığı olanlar aid olunur. Yaşlı insanlar üçün isə daha böyük təhlükə var. Odur ki, Fransada 60 yaşdan yuxarı vətəndaşlar xüsusi nəzarət altındadırlar. Amma bu o demək deyil ki, gənclər tam sığortalanıb. Məsələn 100 yaşlı qadın artıq sağalıb evinə döndü. 16 yaşlı qız isə dünyasını dəyişdi. Yəni belə patoloji hallar olur.

- Bəs hamilə qadınlar necə qorunmalıdırlar? Gələcək ana virusa yoluxarsa, körpəsinin zərər görmək ehtimalı nə qədərdir?

- Hamiləlik vaxtı qadının orqanizmində hormonal və immun dəyişiklikləri baş verir. Bu dəyişikliklər o vəziyyətə gətirib çıxarır ki, qadının bədəni bütün viruslara qarşı həssaslaşır. Əsas problem odur ki, dünya səhiyyəsinin bu virus haqda çox az məlumatı var. Fevral ayında dərc olunan elmi jurnalda da xüsusi qeyd olunmuşdu ki, hamilələrdə də digər xəstələrlə eyni simptomlar müşahidə edilə bilər. Hətta bəzən heç bir simptom duyulmadan daşıyıcı ola bilər. Bugünədək gəlinən nəticə budur ki, yeni tip koronavirusa yoluxan hamilə qadının bətnindəki körpə üçün heç bir yoluxma təhlükəsi yoxdur. İndiyədək bu hal müşahidə olunmayıb. Körpə ya doğuş zamanı ananın selikli qişası ilə təmasda olanda, yaxud doğuşu qəbul edən xəstəlik daşıyıcısı olan tibbi personaldan yoluxa bilər. Körpənin ana südü ilə qidalandığı müddətdə də nadir halda yoluxma ehimalı var. Həmçinin COVID-19-a tutulan ananın erkən doğum riski ola bilər ki, körpə bu durumdan ziyan görər. Hazırda doğum evlərində xüsusi reanimasiya şöbələri var. Virusa yoluxan hamilələr də həmin otaqlara yerləşdirilirlər.

- COVID-19 virusunu qripə tay tuta bilərikmi?

- Qrip mövsümi virusdur. Həmçinin idarə edilən infeksion xəstəlikdir. Yəni qripə qarşı həm peyvənd, həm də antivirus preparatı var. Koronavirus haqda isə sadəcə fərziyələr mövcuddur. Nə bir vaksin, nə dərman tapılıb. İstidə itəcəyi, məhv olacağı ilə bağlı da heç nə bilmirik. Doğrudur hər ikisi kəskin respirator infeksiyadır. Qrip virusuna yoluxan insanla yaxın ünsiyyətdə olandan sonra iki gün ərzində yoluxmaq mümkündür. COVID-19-da isə inkubasiya dövrü 14 gündür. İnsanlar 5 və 11-ci günlərdə daha çox yoluxa bilərlər. Həmçinin onu da xatırladım ki, koronavirusa yoluxan insan 3-6 nəfəri yoluxdura bilər. Qripdə isə bu göstərici aşağıdır. Yeni tip virusda hərarət 39 dərəcədən yuxarı olur, quru öskürək, ishal və burun tutulması halları müşahidə olunur. Hətta xəstə dad və iybilmə qabiliyyətini itirir. Qripdə isə baş, boğaz, əzələ ağrıları müşahidə edilir. Koronavirusa yaxalanan insan ancaq yoluxandan sonra yoluxdura bilər. Qripdə isə inkubasiya dövründə də yoluxdura bilir. İstənilən halda soydaşlarımızı gigiyenik qaydalara riayət etməyə və evdə qalmağa səsləyirəm. Sağlam olun! (publika.az)

Oxunub: 697
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-03-2020, 23:28

Azərbaycanda 10 yeni koronavirusa yoluxma faktı qeydə alındı

Səhiyyə

18-03-2020, 19:34

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

Səhiyyə

15-03-2020, 19:23

Koronavirusla bağlı ŞAD XƏBƏR: virusa yoluxanların 83%-i sağaldı

Səhiyyə

14-03-2020, 11:50

Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb - RƏSMİ

Xəbərlər

20-02-2020, 14:18

İranda koronavirusa yoluxma faktı aşkarlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
İsti havalarda susuzluğun qarşısını alan 8 qida
İyulun son həftəsində şans üzünüzə güləcək - Bu bürclər varlanacaq
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
Son xəbərlər
  • Bu gün, 12:33
    Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
  • Bu gün, 11:33
    Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
  • Bu gün, 10:17
    İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
  • Bu gün, 09:07
    İsti havalarda susuzluğun qarşısını alan 8 qida
  • Dünən, 22:28
    İyulun son həftəsində şans üzünüzə güləcək - Bu bürclər varlanacaq
  • Dünən, 21:33
    Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
  • Dünən, 20:42
    Putinlə Xamenei arasında danışıq olacaq?
  • Dünən, 19:20
    Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
  • Dünən, 18:40
    Ferritin çatışmazlığının gözdən qaçan 3 əlaməti
  • Dünən, 17:35
    5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
  • Dünən, 16:21
    Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
  • Dünən, 15:52
    İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...
  • Dünən, 14:07
    ABŞ yüksək hazırlıq vəziyyətində: Türkiyə planı bütün tarazlıqları dəyişdirəcək
  • Dünən, 13:53
    Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
  • Dünən, 12:31
    Antibiotiklərin düzgün istifadəsi – Niyə özbaşına qəbul etmək olmaz?
  • Dünən, 11:41
    Trampın ittihamlarından sonra Si Cinpin ABŞ-a gedəcək? - Vaşinqtondan rəsmi açıqlama
  • Dünən, 10:18
    Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
  • Dünən, 09:02
    Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə
  • 19-07-2026, 22:47
    Uzun ömür üçün 8 sağlam vərdiş
  • 19-07-2026, 21:34
    Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
  • 19-07-2026, 20:26
    Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
  • 19-07-2026, 19:39
    Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
  • 19-07-2026, 18:17
    Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
  • 19-07-2026, 17:02
    ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
  • 19-07-2026, 16:43
    Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
  • 19-07-2026, 15:45
    Gənclərdə “qocalmış ürək” əlamətləri
  • 19-07-2026, 14:30
    Sərkisyan ölkədən “qaçırdı”, Paşinyan isə… – İrəvanda siyasi gərginlik
  • 19-07-2026, 13:17
    Yaxın Şərqdə istənilən ssenariyə hazırıq – Netanyahunun müşaviri
  • 19-07-2026, 12:04
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • 19-07-2026, 11:54
    Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə