• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ət yemək orqanizmi xərçəngdən qoruya bilər – ARAŞDIRMA
Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
Boyu sonradan artırmaq mümkündürmü?
Sülh üçün birinci mərhələ başa çatdı: İkinci əsas amil seçkilərin nəticəsinə bağlıdır
İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…
Balqabağın faydaları nələrdir və necə istifadə olunur?
Neqativ kalorili qidalar hansılardır? - Siyahı
Koksartroz Nədir? - Səbəbləri və Müalicəsi
Hindistanın etdiyi birtərəfli fəlakətdir - Tramp
Putinin ŞƏT-dəki çıxışı: Qonşularına deyir ki...
Quru dərinin SƏBƏBLƏRİ və MÜALİCƏSİ
Azərbaycanda məktəblərin başlama tarixi dəyişir? – Açıqlama
ABŞ-da iki təyyarə toqquşdu: ölü və yaralılar var
İnfarktın yeni səbəbi tapıldı
Ərdoğan Paşinyanı qəbul etdi: Nələr müzakirə olunub?
Sentyabrda bürcləri nələr gözləyir?
Zob xəstəliyinin əlamətləri
3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı
Əfqanıstanda güclü zəlzələ: 800 ölü, 2500 yaralı
Damar daralmasının qarşısını alan yeganə qida
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hind hökmdarı haqqında əfsanə

Əfsanələr və miflər

27-09-2023, 16:19

Hind hökmdarı haqqında əfsanə


Çox qədim zamanlarda, Hindistanda – Qautama Buddanın yaşamasından bir çox əsr əvvəl, hələ saysız-hesabsız tanrılara ibadət edildiyi vaxtlarda çox gənc bir hökmdar yaşayırdı. Brahmanların xeyir-duasına layiq olmuş bu hökmdar taxta təzəcə çıxmışdı. Onun dostluq bağları ilə bağlı olduğu iki müdrik ona bədənini pəhrizlə təmizləməyi, qanında qaynayan ehtirasları iradəsinə tabe etməyi, zəkasını Vahid olanı dərk etməyə hazırlamağı öyrədirdilər.

Həmin vaxtlar brahmanlar arasında tanrıların hakimiyyətinin xüsusiyyətləri və dərəcəsi, bir tanrının digərinə olan münasibəti və bütün tanrıların Vahid olana qarşı münasibəti haqqında mübahisələr günü-gündən şiddətlənirdi. Bəzi mütəfəkkirlər artıq tanrıların adlarının gözə görünməyən bütöv bir varlığın dərk edilən hissəciklərinin adı olduğunu hesab edərək tanrıların mövcudluğunu inkar edirdilər. Digərləri köhnə tanrıları, onların ad və obrazlarını müdafiə edərək bu fikrə qarşı şiddətlə mübarizə aparır və Vahid olanın heç də hər hansı varlıq yox, bütün tanrıların məcmu adı olduğunu iddia edirdilər. Eyni mübahisələr himnlərin müqəddəs mətnləri üzərində də gedirdi. Bəziləri onları yaradılışın məğzi hesab edir və onların dəyişməsinin mümkün olduğunu deyirdilər, digərləri isə onları əbədi və dəyişikliyə məruz qalmayan yeganə məfhum hesab edirdilər. Müqəddəs biliklərin digər sahələrində olduğu kimi burada da sonuncu həqiqətə can atma Ruhun özünün və adının nə olması haqqında şübhələr və mübahisələrdə təzahür edirdi. Bəziləri heç bu fərqi də tanımaq istəmir və Ruh və sözü ayrılmaz varlıq hesab edirdilər. Təxminən iki min il sonra orta əsr Qərbinin ən böyük dühaları da elə eyni mövzular üzərində mübahisə edirdilər. Hər iki zamanda bu mübahisələrdə ciddi mütəfəkkirlər və fədakar mübarizlərdən başqa həqiqətin nə olması ilə zərrə qədər maraqlanmayan; sadəcə qurbanların və kahinlərin vacibliyinə şübhə edilməməsini, tanrılar haqqında mühakimələrin və fikirlərin azadlığının özlərinin hakimiyyəti və gəlirlərinin azalmasına səbəb olmamasını düşünən əbaya bürünmüş piyli din xadimləri də iştirak edirdi. Onlar öz mənafelərini güdmək cəhdləri ilə xalqın büsbütün əldən salırdılar: evdəkilərdən birinin, yaxud inəyin xəstələnməsi kahinlərin başının üstünü kəsdirməsi üçün kifayət idi və əynindəki ən son köynəyi bağışlamayınca onlardan can qurtarmaq mümkün deyildi.

Biliyə susamış hökmdarın müəllimləri arasında xüsusi yer tutan o iki brahman də sonuncu həqiqət haqqında mübahisələrdə bir-biri ilə razılaşmırdılar. Onlar çox müdrik mütəfəkkirlər kimi məşhur olduqlarından hökmdar onların mübahisələrini gördükdə kədərlənər və bəzən düşünərdi: “Əgər bu iki müdriklərin müdriki belə həqiqət haqqında mübahisələrindən bir nəticə hasil edə bilmirlərsə, onda necə mən – elmlərdən bixəbər olan cahil insan həqiqi biliyə nə vaxtsa nail olmağa ümid edə bilərəm? Mən yalnız bir, vahid və bölünməz həqiqətin mövcud olduğunu şübhə etməsəm belə, görünür, hətta brəhmənlər də bütün mübahisələrə son qoyub o həqiqətə nail ola bilmirlər”.

O, bu fikirlərini müəllimlərinə dedikdə isə, onlar cavab verirdilər:

– Yollar çoxdur, hədəf isə birdir. Pəhriz saxla, qəlbindəki ehtirasları öldür, müqəddəs himnləri oxu və onlar haqqında düşün.

Hökmdar həvəslə məsləhətə baş əyir və biliklərini artırırdı, lakin hədəfə və son həqiqətə çata bilmirdi ki, bilmirdi. Qanında qaynayan ehtirasları dəf edərək, ehtiras və heyvani həzzləri rədd edərək, yeməkdən demək olar ki imtina edib gündə bir banan və bir neçə düyü dənəsi ilə qidalanaraq, o, bədən və ruh olaraq təmizləndi, bütün cəhdlərini, bütün qüvvəsini və yenilməz ruhunu arzu etdiyi son hədəfə yönəltdi. Əvvəlcə ona boş və darıxdırıcı gələn müqəddəs mətnlər bütün ecazkar gözəllikləri ilə qarşısında açıldılar; o, bu mətnlərdə dərin bir təsəlli tapdı, o gündən müzakirə və şüur çalışmalarında zirvə dalınca zirvə fəth etdi. Lakin varlığın ən böyük sirri olan ən sonuncu həqiqətin açarını tapa bilmədi ki, bilmədi. Və bu, onu hədsiz kədərə qərq etdi.

Və hökmdar öz cismini sərt sınaqlardan keçirməyə qərar verdi. O, özünün ən uzaq və gizli otaqlarına çəkilib qırx gün və qırx gecə yeməksiz qaldı və soyuq daş döşəmə onun çılpaq bədəni üçün yataq oldu. Taqətdən düşmüş cisim təmizliklə nəfəs alırdı, ensiz sifəti daxili nurla işıqlanmışdı və brəhmənlərdən heç biri onun məsud baxışlarına tab gətirə bilmirdi. Beləcə qırx gün, qırx gecə keçdikdən sonra, o, bütün brəhmənləri çətin məsələlərin həll edilməsi üçün şüur məbədinə dəvət etdi, brəhmənlər arasında ən müdrik və bəlağətli olanın ənamı qızıl alın zinətləri ilə bəzədilmiş ağ inəklər olmalı idi.

Kahinlər və müdriklər yığışdılar, yerlərində oturdular və fikir və nitqlərin döyüşü başlandı. Onlar cismani və mənəvi aləmin bir-biri ilə ahəngdə olmasına sübut dalınca sübut gətirir, müqəddəs himnlərin şərh edilməsində fikirlərini dərinləşdirir, Brahma və Atman haqqında danışırdılar. Onlar yüzəlli həyatdan əvvəlki varlığı küləklə, odla, su ilə, suda həll edilmiş duzla, qadın və kişinin ittifaqı ilə müqayisə edirdilər. Onlar özündən daha qüdrətli tanrılar xəlq edən Brahma üçün müqayisə və obrazlar düşünüb tapır və Yaradan Brahma ilə Yaranışı təmsil edən Brahma arasında fərqlər düşünür; onlar onu özləri ilə müqayisə etməyə çalışırdılar; onlar Atmanın öz adından yaşlı olması haqqında, onun adının varlığına bərabər olması, yoxsa sadəcə xəlq edilmiş olması haqqında mübahisələrdə bəlağətlə nitq söyləyirdilər.

Hökmdar təkrar-təkrar yeni müsabiqələr elan edir, müdrikləri yeni suallarla sınağa çəkirdi. Lakin brəhmənlər səy göstərdikcə və məbədin qübbələri altında nitqlər səsləndikcə hökmdar öz tənhalığını daha dərindən hiss edir, qəlbindəki yalnızlıq daha da qüvvətlənirdi. O sual verdikcə və cavabında səslənən nitqlərə qulaq asdıqca və ən layiqli olanları mükafatlandırdıqca, həqiqət axtarışı qəlbini daha dözülməz şəkildə alovlandırıdı. Çünki brəhmənlərin cavabları və mühakimələri sadəcə həqiqətin ətrafında dolanırdı, ona toxunmurdu və məbəddə olanların heç biri sonuncu həddən o tərəfə keçə bilməmişdi. Və suallar tərif və mükafatlarla əvəz olunduqca, o özünü başqa uşaqlarla maraqlı bir oyuna – müdrik insanların təbəssümlə baxacağı bir oyuna qapılmış balaca oğlan kimi hiss edirdi.

Və beləcə brahmanlərın səs-küylü yığıncağında hökmdar öz hislərinin qapılarını bağlayaraq və alışıb-yanan iradəsini haqqında sadəcə bütün varlığın ona aid olduğu, onun hər kəsdə, deməli özündə də gizləndiyini bildiyi həqiqətə yönəldərək getdikcə özünə daha dərindən qapılırdı. Və o, qırx gün və qırx gecə ərzində cisim və ruhun bütün küllərindən azad olub mənən təmiz olduğundan, tezliklə onun batinində bir nur doğmağa başladı və o, dərin bir məmnunluq hiss etdi; və o, özünə qapandıqca, bu nur qaranlıq mağaradan çölə çıxan insanın qarşısında yaxınlaşan azadlıq hər addım daha cazibədar şüalarla şölə saçdığı kimi onun gözləri qarşısında daha da alışıb-yanır, özünə çağırırdı.

Bu zaman brahmanlar artıq bir müddətdir ki, kar və lal imiş kimi səsini çıxarmayan hökmdarı düşünmədən mübahisə etməyə davam edirdilər. Onlar getdikcə bu mübahisəyə qapılır, onların səsləri daha yüksəkdən və daha qəzəblə səslənir; bəziləri isə başqalarına çatacaq ağ inəkləri gördükdə həsəddən yanıb-yaxılırdılar.

Nəhayət, brahmanlardan biri susub-danışmayan hökmdara diqqət etdi. O, sözünü yarımçıq kəsdi və barmağı ilə onu göstərdi. Onun həmsöhbəti susdu, ardınca başqa, üçüncü brəhmən də susdu. Və məbədin digər başında hələ səs-küy salıb nitq söylədikləri halda, hökmdarın yaxınlığında hər kəs ölü bir sükuta qərq oldu. Nəhayət, hər kəs sakitləşib, qımıldanmadan gözlərini hökmdara zillədi. Hökmdar isə düz oturmuşdu, onun görməyən baxışları sanki sonsuzluğa dikilmişdi, onun siması uzaq ulduzların soyuq parıltısına bənzəyirdi. Və bütün brəhmənlər başlarını İşıqlananan qarşısında əydilər və başa düşdülər ki, bütün bu mübahisələr uşaq oyunlarından başqa bir şey deyildi. Başa düşdülər ki, bu an lap yaxınlıqda – hökmdarın simasında Tanrının özü, bütün tanrıların məcmusu təzahür edib.

Hökmdar isə bütün hislərini batininə yönəldərək həqiqətin özünü seyr edirdi. Bu həqiqət günəş şüaları parlaq daşı işıqlandırdıqda daşın özünün işıq və günəşə çevrildiyi və özündə Yaradan və yaradılanı birləşdirdiyi kimi, onu müdhiş bir əminliklə özündə qərq edən saf bir işığa bənzəyirdi. Və o, oyanıb brahmanlara nəzər saldıqda, onun gözlərində gülüş parlayırdı, siması Günəş kimi işıq saçırdı. O, əynindən hökmdar paltarlarını çıxartdı, məbədi tərk etdi, meşələrə yol aldı və bir daha geri qayıtmadı.

Oxunub: 1 724
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-05-2023, 16:43

Taksilərlə bağlı YENİLİK - Vahid nəzarət sistemi yaradıla bilər

Əfsanələr və miflər

23-09-2020, 12:34

Hind hökmdarı haqqında əfsanə

Əfsanələr və miflər

31-01-2020, 10:53

Qədim Misir Tanrıları

Manşet / Araşdırma

9-08-2018, 09:44

Günəş tanrısının simvolu Nar

Manşet / Gündəm / Araşdırma

18-05-2018, 08:54

“O” - ilk növbədə günəşin işarəsidir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ət yemək orqanizmi xərçəngdən qoruya bilər – ARAŞDIRMA
Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
Boyu sonradan artırmaq mümkündürmü?
Sülh üçün birinci mərhələ başa çatdı: İkinci əsas amil seçkilərin nəticəsinə bağlıdır
İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…
Balqabağın faydaları nələrdir və necə istifadə olunur?
Son xəbərlər
  • Bu gün, 18:58
    Ət yemək orqanizmi xərçəngdən qoruya bilər – ARAŞDIRMA
  • Bu gün, 15:24
    Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
  • Bu gün, 12:36
    Boyu sonradan artırmaq mümkündürmü?
  • Bu gün, 11:32
    Sülh üçün birinci mərhələ başa çatdı: İkinci əsas amil seçkilərin nəticəsinə bağlıdır
  • Bu gün, 10:19
    İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…
  • Bu gün, 09:04
    Balqabağın faydaları nələrdir və necə istifadə olunur?
  • Dünən, 22:26
    Neqativ kalorili qidalar hansılardır? - Siyahı
  • Dünən, 21:30
    Koksartroz Nədir? - Səbəbləri və Müalicəsi
  • Dünən, 20:18
    Hindistanın etdiyi birtərəfli fəlakətdir - Tramp
  • Dünən, 19:48
    Putinin ŞƏT-dəki çıxışı: Qonşularına deyir ki...
  • Dünən, 18:27
    Quru dərinin SƏBƏBLƏRİ və MÜALİCƏSİ
  • Dünən, 17:12
    Azərbaycanda məktəblərin başlama tarixi dəyişir? – Açıqlama
  • Dünən, 16:27
    ABŞ-da iki təyyarə toqquşdu: ölü və yaralılar var
  • Dünən, 15:31
    İnfarktın yeni səbəbi tapıldı
  • Dünən, 14:22
    Ərdoğan Paşinyanı qəbul etdi: Nələr müzakirə olunub?
  • Dünən, 13:18
    Sentyabrda bürcləri nələr gözləyir?
  • Dünən, 12:04
    Zob xəstəliyinin əlamətləri
  • Dünən, 11:25
    3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı
  • Dünən, 10:44
    Əfqanıstanda güclü zəlzələ: 800 ölü, 2500 yaralı
  • Dünən, 09:20
    Damar daralmasının qarşısını alan yeganə qida
  • 31-08-2025, 22:49
    E vitamini hansı qidalarda var?
  • 31-08-2025, 21:46
    Səhərlər Oyandıqda Yorğunluq Hissinin 6 Əsas Səbəbi
  • 31-08-2025, 20:39
    Ərdoğan Çin lideri ilə ANLAŞDI - Ankaranı üç əsas istiqamət maraqlandırır
  • 31-08-2025, 19:10
    Ruslar Xersonda bir-birini güllələdi: 21 ölü, 17 yaralı
  • 31-08-2025, 18:17
    Almanı bu vaxt yesəniz, faydadan çox zərəri olacaq
  • 31-08-2025, 17:07
    Üç aydır olmurdu: Sentyabrda bizi nə gözləyir?
  • 31-08-2025, 16:26
    Əliyevin Çin səfəri: dünya gücü Bakıdan nə istəyir? – DETALLAR
  • 31-08-2025, 15:56
    Çobanyastığı Çayının Faydaları və Zərərləri
  • 31-08-2025, 14:44
    Misirdə qatar qəzası: 3 ölü, 55 yaralı
  • 31-08-2025, 13:52
    ABŞ Suriyada hakimiyyəti dəyişmək istəyir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə