Bəxtiyar Tuncay
Sibir və Altay türklərinшт mifik təsəvvürlərinə görə orta dünya, yəni yer sadəcə insanları və heyvanların yaşadıqlar, bitkilərin mövcud olduğu bir məkan deyil. Burada da yixarı dünyada, yəni göylərdə olduğu kimi çox sayda ruhlar – çaylarn, göllərin, dağların və s. hami ruhları yaşamaqdadır (Алексеев, 1980 б). Bu baxımdan saxa-yakutlar da istisna deyillər. Saxa –yakutların miflərini bir araya toplayaraq tədqiq edən N. A. Alekseyevin sözlərinə görə, XVll-XX əsrlər arasında təkcə bu xalqdan 150-dən artıq mifik süjet toplanmışdır ki, bu da türklərin nə qədər zəngin və dolğun mifologiyaya sahib olduğunu göstərir.
Alim həmin mifləri aşağıdakı kimi təsnif etmişdir:
Quşlar, heyvanlar, balıqlar və sürünənlər barədə miflər
Göy, atmosfer hadisələri və yuxarı dünyanın sakinləri barədə miflər
Orta dünyada yaşayan fövqəltəbii varlıqlar barədə miflər
Aşağı dünyanın ruhları barədə miflər
İlk əcdadlar, soy babaları və insanların mahiyyəti barədə miflər
Şamanizmlə bağlı miflər (Гасанов, 2002, с. 150).
Saxa-yakutlar inanm;.lar ki, yer üzündə göylərdəki və yerin altındakı ruhlardan – abaasılardan fərqli “kiçik abaasılar” yaşayır və bəzi xəstəliklərin səbəbkarı onlardır (Кулаковский, 1979, с. 27-28; Попов, 1949, с. 255-323).
Saxa-yakutlar, XlX-XX əsrlərə qədər, artıq qeyd edildiyi kimi, ölən insanların bir qisminin ruhlarının üörlərə çevrildiklərinə inanmışlar. Bu “üör”lər insanları narahat edir, onların xəstələnmələrinə, başlarına pis hadisələrin gəlmələrinə səbəbkar olurlar.
Saxaların (yakutların) inancına görə, insanlar öldükdən sonra ölülər dünyasına köçsəlr də və başq dünyanın sakinlrinə çevrilsələr də ruhları geri dönüb insanların arasında yaşaya bilirlər. Bu halda onlar yalnız şər ruhlar – üörlərə çevrilirlər. Türkəçarə (otçi) Bürqesin V. M. İonov tərəfindən qeydə alınmış sözlərindən belə aydın olur ki, Ölən insanın ruhu (sür və qut) ölülər dünyasına köçdükdən sonra ruhlar ondan üörə çevrilmək istəyib-istəmədiklərini soruşurlar, cavab müsbət olduqda onu üç dəfə şəkildən şəklə salır, üörə çevirir və insanların yaşadıqları orta dünyaya qovurlar. Bu məqsədlə ona insan şəkli verir, içinə isə abaası yerləşdirirlər. Və bu abaası – üör yer üzünü ölən adamın şəklində dolaşmağa başlayır (АИВ АН СССР, ф. 22, оп. 1, д.1, л. 671).
Üörlər insanlara yaxınlaşdqda insanlar onları görmürlər. Çünki onlar da digər ruhlar kimi görünməzdilər. Belə hesab edilirdi ki, mərhumları adları ilə çağırmaq olmaz, əks təqdirdə onlar həmin insandan əl çəkməyəcək və ona pislik edəcəkıər (Ксенефонтов, 1929, с. 9). Bu inancın izləri bir Azərbaycan nağılında (Oxxayın nağılı) da öz izlərini qorumuşdur. Həmin nağılda qəhrəman atasının bilmədən və istəmədən Oxxay adlı bəd ruhun adını çəkdiyindən onun bəd əməlləri ilə üzləşməli olur.
Saxaların (yakutların) inancına görə, üörlər sırasına başıboş və axmaq adamların (dəlilərin), xüsusi amansızlıqla öldürülmüşlərin, intihar etmişlərin və cadugərlərin ruhları çevrilirlər (Архив ГО СССР, р. 64, оп. 1, д.65, л. 287-290). Dəlilər ona görə üörə çevrilirlər ki, onlar, bir qayda olaraq, qadınların şər ruhları ilə intim münasibətlərindən doğulmuşlar və bu üzdən də onların “normal ruh”a çevrilmələri mükün deyil. Qəddarlıqla öldürülənlər isə üörə könüllü surətdə çevrilirdilər ki, öz qatillərindən qisas ala bilsinlər. İntihar edənlərə gəlincə isə, bunlar sağlıqlarında bədənlərinə bəd ruhlar girən və ağılları əllərindən alınanlardır ki, onların da üördən başqa bir şeyə çevrilmsi imkan xaricindədirlər (Слепцов, 1886, с. 130; Припузов, 1884, с. 64).
Cadugərlərin ruhlarının nədən üörə çevrildiyi isə dəqiq məlum deyil. N. A. Alekseyevin fikrincə, bu ona görə baş verir ki, cadugərlər cadu etmək üçün mütləq hər hansısa bir bəd ruhla əlaqəyə girməli olurlar. Onun yazdğına görə, daim ruhlarla əlaqədə olan qüdrətli şamanlar da üör ola bilər (Алексеев, 1984, с. 66).
Rus alimləri tərəfindən toplanmış materiallardan göründüyü kimi, ayrı-ayrı soyların onqonu (totemi) olan quş və heyvanlar da təsadüfən, ehtiyatsızlıq üzündən öldürüldükdə üörlərə çevrilirlər (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 37; Пекарский, 1959, с. 2886). Eyni sözləri eybəcət buzov və dayçalar barədə də söyləmək olar (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 38).
İnsanlara ziyan vuran xırda ruhlardan və üörlərdən başqa, saxaların (yakutların) orta dünyaya aid etdikləri fövqaltəbii varlıqlar içərisində yuxarı dünya ilə orta dünya arasında var-gəl edən Vosol ağa və Mosol xanım da yer almaqdadırlar. Bu mifik varlıqlar İsəgey Ayıısıt adlı tanrıçanın mal-qaraya qut verməsinə mane olurlar. Bunun üçün onların buzdan qayrılmış xüsusi tövlə, axıl və binələri var. Onların oğlu Buos Bəsirik isə onlarn oğurladıqları mal-qaranı yenidən İsəgey Ayıısıta qaytarmaqla məşğuldur (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 66).
Orta dünyada onun öz real və mifik varlqlarından başqa, yuxarı və aşağı dünyaların sakinlərinin də tez-tez peyda olmalarına və yer üzünü tufan kimi dolaşdıqlarına inanılmşdır. Belə hesab edilirdi ki, bu tip abaasılar od saçır və onları xəstəliyin tüğyan etdiyi yerlərdə müşahidə etmək mümkündür. Bu bəd ruhlar adətən əyri-üyrü ağacların oyuqlarnda məskunlaşırlar (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 31).
Sibir və Altayda yaşayan digər türk xalqlarının mifologiyasında olduğu kimi, saxa-yakuut türklərinin də mifik təsəvvürlərinə görə, yerin altında aşağı dünya yerləşir. Bu dünya günəş və ayın işığının zəif saçdığı yarıqaranlq və ya qaranlıq aləm kimi təsvir edilir (Куликовский, 1979, с.12; Эргис, 1974, с. 136), “Kətit ötügen” (geniş məşhər yeri) və ya “kedən tügəgə” (məşhər yerinin dibi) adlandırlır. Bu adlardan birincisində işlənmiş “ötügen” termininə Orxon-Yenisey abidlərində də rast gəlinir. Bu, Selenqa və Yenisey çaylarınn mənsəbləri arasında uzanan bir dağ silsiləsinin adıdır (Потапов, 1978, с. 34). Q. U. Erqis bu faktdan çıxış edərək, belə bir ehtimal irəli sürmüşdür ki, saxa-yakutlar nə zamansa göytürklərlə (türkütlərlə) və onların yaşadıqları Ötügen ölkəsi ilə təmasda olmuş, fəqət zamanla bu ölkə – əcdadlarının torpağı yaddaşlarından silinmiş, yalnız əfsanə və rəvayətlərdə yaşamaqda davam etmişdir. Eyni sözləri saxa-yakut rəvayətlərində “Bayxal” kimi yad edilən Baykal gölü barədə də söyləmək olar (Эргис, 1974, с. 137-138). N. A. Alekseyev isə “Ötügen” oroniminin yeraltı, aşağı dünyanın, yəni şər ruhların yaşadığı məkanın adına çevrilməsinin saxa-yakutlarla göytürklərin bir vaxtlar düşmənçilik etmiş olmaları ilə bağlı ola biləcəyini ehtimal edir (Алексеев, 1984, с. 49).
Saxa-yakutlar aşağı dünyanın şər ruhlarını da eynən yuxarı dünyanın ruhları kimi antropomorfik təsəvvür etmişlər. Onlar bu ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlandırırlar (Слепцов, 1886, с. 120). Arsan Duolayın yeraltı xanlığın dibində, hörümçəklərin qaynaşdğı palçıq vulkanının yaxınlığında yaşadğı hesab edilir (Потапов, 1949, с. 280). Onun şəxsiyyəti barədə təsəvvürlər dumanlıdır.
Aşağı dünya sakinlərinin adlarının nisbətən təkmil siyahısını V. M. İonov tərtib etmişdir: Arsan Duolay, Buor Manqalay, Luo xaan toyon (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 42). Bu adlar içərisində Luo xaan (əjdaha xan-ağa) adı maraq doğurur. Beləki, əski türk dilində “lu”, “luo” əjdaha deməkdir. Əjdaha isə digər türk xalqlarının mifik təsəvvürlərinə görə göy sakinidir. Saxa-yakutların Luo xaanı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor Manqalay kimi Arsan Duolayın oğullarından biridir və yeddi qəbilədən birinə başçılıq edir (Слепцов, 1886, с. 121).
V. M. İonovun qeydlərində isə söhbət yeddi deyil, iyirmi yeddi qəbilədən gedir və onların başlarında duranlar içərisində ən məhşurlarının Luo xan (Luo xaan), Buor Tüsümel (oğlan) və Buor Manqalay (qız) olduqları bildirilir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 46).
Q. V. Ksenefontovun yazdığna görə, onun dövründə saxa-yakutların mifik təsəvvürlərində yeraltı dünyanın daha bir mifik sakini – ölüm və bədbəxtlik müjdəçisi olan “Ölör-ölör luo balıqa” adlı bir başlı, iki quyruqlu balıq barədə təsəvvürlər də hələ canlı idi (Ксенефонтов, 1928, с. 11).
E. K. Pekarski aşağı dünyanın “Ölör ölüü luo xaan oqusa” adlı daha bir mifik varlığı barədə söz açmış və bu varlığın adını “böyük ölümcül ölüm öküzü” (большой бык смертной смерти) kimi tərcümə etmişdir (Э. Л. Пекарский, 1959, т. 2, с. 1480). Bu halda “ölör ölüü” ifadəsinin hərfi tərcüməsinin doğru olduğunu qeyd edən Q. V. Ksenefontovun fikrincə, bu sözbirləşməsi “ölüm və bədbəxtliklərin mənbəyi” anlamına gəlir. Odur ki, “Ölör ölüü luo xaan oqusa”nın adı “Ölüm və bədbəxtliklərin mənbəyi olan öküz Luo xan” kimi tərcümə edilməlidir. Alim yazır ki, saxa-yakutların inancına görə, kəlləsinin ortasında nəhəng və tək buynuz olan bu mifik varlıq vaxtaşırı yer altından yer üzünə çıxır, inəklərin üzərinə çökərək, onlarla cinsi əlaqəyə girir və bu əlaqədən eybəcər buzovlar dünyaya gəlir. Əgər buzov erkəkdirsə sahibi, dişidirsə sahibəsi mütləq öləcəkdir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 34).
Aşağı dünyanın A. E. Kulakovski tərəfindən qeydə alınmış nisbətən az əhəmiyyətli mifik obrazlardan biri də Adaqalax Ala Buuray Toyondur. Adı “ayağıyalın, çılpaq ağa” anlamına gəlir (Кулаковский, 1923, с. 26). Bu tip ruhlardan biri də Dulurba Xara Toyondur (Алексеев, 1984, с. 50). Saxa-yakutlar vərəm və digər xəstəliklərin yayıcısı hesab edilən Aan Arbatıı Toyonu və uşaqları məhv edən Xarsa Tördönü daha dəhşətli və qorxulu aşağı dünya ruhlarndan hesab edilirdilər. Aşağı dünyanın sakinləri ümumiyyətlə bir çox xəstəliklərin törədiciləri kimi qəbul edilir, onların hər birinin yeraltı dünyada özünəməxsus sahəsinin – ulusunun və məskən yerinin olduğuna, bu ruhların ayr-ayrı qəbilələrdən ibarət olduğuna inanılırdı. Məsələn, Xarsa qəbiləsinə mənsub ruhların aşağı dünyanın şimalında məskun olduqları hesab edilir, onlardan insanlara ən yaxın məkanda yaşayanlar aşağdaklardır:
Ağzı qana bulaşmış
Xaan Badalay ağa,
Xaan Babadılaq xanım.
Oğulları Xarqıy Xara,
Qızları Xaan Xadıalama (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 51).
Şər ruhlardan ibarət bu tip mifik soy və ailələrin sayı, yuxarıda qeyd edildiyi kimi, bəzən yeddi, bəzənsə iyirmi yeddi kimi göstərilir. Konkret olaraq bu ailəyə gəlincə, onun Bueruya Xarsa qəbiləsinə mənsub olduğu, sözügedən qəbilənin Buxara Doluo ulusunda yaşadığı, həmin ulusa çatmaq üçün şamanların yolda yeddi dəfə ayaq saxlayıb, dincəlməli olduqları söylənilir. Onların ulusuna çatmamış Bueruya Xarsa ağa və arvadı Burauya Xarsa xanımın, eləcə də oğulları Buos Baxaydaan (sonsuz Baxaydaan) və qızları Buos Bəsirikin (Sonsuz Bəsirik) yaşadıqları geniş ulus yerləşir. Buxara Doulo ulusundan sonrakı ulusun sakinləri və onların yaşadıqları məkan belə təsvir edilir:
Geniş yolları olan,
Küp ağzına oxşayan,
Çuğunu xatırladan
Üfunətli, çirkabda,
Zığlı bataqlqda,
Duolan Xarsa ağa yaşamaqda.
Bir də Duolatı Xarsa xanım,
Anası Bəsirik Atax oğlanın.
Bəsirik Naarax adıdır qızının (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 51).
Bu tip şifahi xalq ədəbiyyatında təşbih və bənzətmələrdən geniş istifadə olunur ki, bu baxımda yuxarıdakı parçada geniş yoldan söz açılması, daha sonra isə onun genişliyinin küp ağzı ilə müqayisə edilməsi eynən Azərbaycan nağıllarındakı “az getdi, çox getdi, iynə boyda yol getdi” deyimini xatırladır.
Saxa-yakut miflərində təkcə yeraltı dünya sakinlərinin yer üzünü ziyarət etməsindən deyil, eyni zamanda, bəzi hallarda insanların da aşağı dünyaya səyahətləri təsvir edilir. Bu əsasən kişilərdir. Onlar aşağı dünyadakı qızlarla sevişir və bu da onların xəstələnməsinə səbəb olur. Bu vaxt özünü yetirən şaman onları yer üzünə qaytarır və onlar yalnız bundan sonra sağalıb ayağa qalxırlar (Эргис, 1974, с. 139).
Saxa-yakutların folklorunda “şimal qarıları” adlandrılan məxluqlar da aşağı dünyanın şər ruhları sırasında yad edilir. Fəqət bu, folklora müsair zamanlarda daxil olan tamam yeni elementdir. Beləki, “şimal qarıları” dedikdə, uzaq şimalda ölmüş rus qadınlarının ruhları nəzərdə tutulur (Ксенефонтов, 1929, с. 58). Elə bu səbəbdən də həmin elementi türk mifoloji sisteminin öyrənilməsi baxımından önəmli element saymaq mümkün deyil.