• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyev razılaşdı, Bakı hərəkətə keçdi: İsrail düşməni ilə barışa bilər – Sərhəddə…

Xəbərlər

1-08-2025, 19:02

Əliyev razılaşdı, Bakı hərəkətə keçdi: İsrail düşməni ilə barışa bilər – Sərhəddə…



Azərbaycanın 2 avqustdan etibarən Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması region üçün mühüm strateji əhəmiyyət daşıyan hadisədir. Bu, yalnız iqtisadi əməliyyat kimi deyil, eyni zamanda enerji diplomatiyası, regional geosiyasət və strateji tərəfdaşlıq kontekstində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmişdi. Forum çərçivəsində Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşərək, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmışdı. Prezident Əliyev həmin görüşdə Azərbaycanın Suriyanın sabitliyinin bərpasında iştirak etməyə hazır olduğunu bildirmişdi. Bu, Azərbaycanın enerji siyasətində Suriyanın da yer ala biləcəyinə işarə idi.

Tezliklə Suriya hökuməti ölkənin şimal-qərbində yerləşən neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycandan rəsmi yardım istədi. Ardınca “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov şirkətin Suriyada enerji sektorunda fəaliyyət göstərməyə hazır olduğunu bəyan etdi. O vurğuladı ki, əgər Azərbaycan və Türkiyənin ortaq maraqlarına uyğun əməkdaşlıq imkanları yaranarsa, SOCAR bu məsuliyyəti üzərinə götürməyə hazırdır.

Bu əməkdaşlıq həm Suriya, həm də Azərbaycan üçün çoxistiqamətli dividentlər vəd edir. İlk növbədə, Azərbaycan Suriyanın enerji ehtiyatlarında pay sahibi olmaqla yanaşı, həmin ehtiyatların Avropa bazarına çıxarılmasında da əsas rol oynaya bilər. Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilib. Azərbaycanın Avropaya nəql etdiyi təbii qazın həcmi davamlı şəkildə artır, lakin bu, hələ potensialın tam istifadəsi deyil. Bakı qaz həcmini artırmaq üçün yeni tərəfdaşlıq imkanlarını araşdırır. Bu baxımdan İraq – xüsusilə İraq Kürdüstanı ilə danışıqlar gündəmdədir. Suriyanın Türkiyə ilə quru sərhədi isə TANAP və TAP layihələri ilə inteqrasiya baxımından əlavə fürsətlər yaradır. Beləliklə, Bak-Dəməşq əməkdaşlığı Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirə bilər.

Suriyanın perspektivindən yanaşdıqda isə bu əməkdaşlığın ölkəyə əhəmiyyətli maliyyə vəsaiti axını təmin etməsi mümkündür. Əhməd Əl Şaraanın rəhbərlik etdiyi yeni hökumət ölkədə sabitliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Lakin uzun illər davam edən sanksiyalar və siyasi izolyasiya Suriyanın iqtisadiyyatına ciddi zərbə vurub. Bu gün sabitliyin əsas şərti məhz iqtisadi inkişafdır. Bakı-Dəməşq əməkdaşlığı bu istiqamətdə real töhfə verə bilər.

Azərbaycan ilə əməkdaşlıq sərt şərtlərlə deyil, qarşılıqlı fayda prinsipinə əsaslanır. Bakı tərəfdaşları ilə asılılıq yaratmayan, əksinə, onların inkişafına dəstək verən siyasət yürüdür. SOCAR-ın təcrübəsi və peşəkar resursları vasitəsilə Suriya bu sahədə özünü inkişaf etdirə, daxili enerji tələbatını ödəyəcək səviyyəyə çata bilər.

Bundan başqa, belə bir əməkdaşlığın İsrailin Suriyaya münasibətində yumşalma yaratması mümkündür. Təl-Əviv Azərbaycanın strateji tərəfdaşı olaraq, Bakının təşəbbüslərinə dəstək verir. Bu kontekstdə gələcəkdə Suriya ərazisindən keçən enerji marşrutlarının İsrailə qədər uzanması da real görünür. Belə inkişaf Dəməşqin Təl-Əvivlə münasibətlərinin normallaşmasına təkan verə bilər. Hətta tərəflər artıq bu istiqamtədə Bakıda iki dəfə görüş keçiriblər.

Bakının Dəməşqlə əməkdaşlığı bu ölkənin beynəlxalq aləmdəki imicinə də müsbət təsir edir. Bu cür əməkdaşlıqlar Suriyanın artıq əvvəlki kimi riskli və xaotik bölgə olmadığını, əksinə, xarici investisiyalar üçün daha əlverişli mühitə çevrildiyini göstərir. Əhməd Əl Şaraanın Suriya Milli Ordusunun II korpusunun türkmən mənşəli komandanı Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionları üzrə komandan təyin etməsi də bu kontekstdə diqqətəlayiq addımdır. Qeyd olunan təyinat SOCAR-ın Suriyada təhlükəsiz fəaliyyətinə zəmanət verir və ölkədaxili siyasi balansın qorunduğunu nümayiş etdirir.

Qeyd etdiyim kimi Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda Əhməd Əl Şaraanı Azərbaycana dəvət etmişdi. Bu dəvət qəbul olundu və Prezident Əl Şaraanın 12 iyul tarixində Bakıya işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində iki ölkə lideri həm geniş tərkibdə, həm də təkbətək formatda görüşlər keçirdilər. Görüşlərdə əsas müzakirə mövzularından biri enerji sektorundakı əməkdaşlıq idi. Əl Şaraanın səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd Suriyanın enerji sektorunun bərpası prosesində Azərbaycanın rəsmi iştirakını rəsmiləşdirdi.

Bakı bu əməkdaşlığa yalnız iqtisadi deyil, həm də strateji kontekstdə yanaşır. Suriyanın enerji infrastrukturu regionda sabitlik və iqtisadi inteqrasiya üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə aparıcı oyunçuya çevrilməkdədir.

Bütün bu reallıqlar fonunda artıq aydındır ki, Azərbaycanın Suriyaya qaz ixracı yalnız texniki bir əməliyyat deyil, həm də regional sabitlik, enerji təhlükəsizliyi və diplomatik əməkdaşlıq üçün yeni bir başlanğıcdır. Bu proses Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq. Həmçinin qarşılıqlı ehtiyac və hörmət üzərində qurulan münasibətlər regionun gələcəyinə mühüm töhfə verə bilər.

Oxunub: 172
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-07-2025, 19:13

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Xəbərlər

20-04-2025, 13:24

Əliyev-əş-Şara anlaşmasında ilginc detal: Azərbaycan Suriyaya “girir” – nəhəng plan…

Xəbərlər

16-04-2025, 13:54

Əsədin xələfi Bakını seçdi, Əliyev “hazırıq” dedi – 600 illik gözlənti sona çata bilər

Xəbərlər

28-05-2023, 22:02

İlham Əliyev Ərdoğanı qələbə münasibətilə TƏBRİK ETDİ

Manşet / Gündəm / Xəbərlər

25-06-2018, 11:19

İlham Əliyev Ərdoğanı təbrik edib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Son xəbərlər
  • Dünən, 22:27
    Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
  • Dünən, 21:55
    Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
  • Dünən, 20:29
    Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
  • Dünən, 19:48
    Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
  • Dünən, 18:23
    Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
  • Dünən, 17:06
    Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
  • Dünən, 16:41
    Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
  • Dünən, 15:39
    Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
  • Dünən, 14:45
    ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
  • Dünən, 13:33
    Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
  • Dünən, 12:16
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • Dünən, 11:37
    ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
  • Dünən, 10:42
    Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
  • Dünən, 09:00
    Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
  • 12-05-2026, 22:31
    Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
  • 12-05-2026, 21:23
    Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
  • 12-05-2026, 20:20
    Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
  • 12-05-2026, 19:49
    İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
  • 12-05-2026, 18:53
    Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
  • 12-05-2026, 17:51
    Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
  • 12-05-2026, 16:30
    İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
  • 12-05-2026, 15:12
    Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı
  • 12-05-2026, 14:15
    Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq
  • 12-05-2026, 13:05
    Regionda kritik gediş: hədəf seçildi – Üç “cəbhə”də aktivləşəcəklər
  • 12-05-2026, 12:49
    Əsəbdən qalxan təzyiqlə, əsl hipertoniyanın fərqi
  • 12-05-2026, 11:36
    Bu ərəb ölkəsi İrana gizlicə hücum edibmiş...
  • 12-05-2026, 10:25
    AB ilə Taliban arasında görüş olacaq: Rəsmən tanıyır?
  • 12-05-2026, 09:02
    D vitamini defisitində beyində və başda nə baş verir?
  • 11-05-2026, 22:19
    Antarktida ilə bağlı QORXUNC PROQNOZ
  • 11-05-2026, 21:45
    Mədəniz narahatdırsa, bunları edin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə