Türkiyənin tanınmış teatr və kino aktyoru Arif Erkin Güzelbeyoğlu 90 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
1935-ci ilin 11 sentyabrında Qaziantepdə anadan olan Güzelbeyoğlu sənət həyatı boyunca bir çox layihələrdə rol alıb. O, “Yabancı Damat”, “Bizimkiler”, “Muhteşem Yüzyıl”, “Kurtuluş”, “Ezo Gelin” və digər məşhur seriallarda çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.
Aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb.