İsveçin paytaxtı Stokholmda baş tutan Nobel mükafatının növbəti sahibləri bəlli olub.
2021-ci il üçün Nobel Sülh Mükafatı Rusiyanın “Novaya Gazeta” nəşrinin baş redaktoru Dmitri Muratova və “Rapple” saytına rəhbərlik edən filippinli jurnalist və yazıçı Mariya Ressaya verilib.
Jurnalistlər “demokratiya və sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” mükafatlandırılıblar.