İtaliyalı bəstəkar, aranjimançı və dirijor Ennio Morrikone 91 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Məşhurun ölüm səbəbi yıxıldıqdan sonra yaranan ağırlaşmalar olub. Bir il əvvəl yıxılan bəstəkarın çanaq sümüyü qırılmışdı.
Dünya şöhrətli musiqiçi Romadakı xəstəxanada vəfat edib.