Mars planetində zəlzələ qeydə alınıb.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, zəlzələni Amerika aparatı "InSight"da olan Fransanın "SEIS" seysmometri qeydə alıb.
Məlumatı Fransanın "CNES" Kosmik Agentliyi yayıb. Bildirilir ki, aprelin 6-da seysmometr Ayda ABŞ-ın "Apollo" kosmik gəmilərinin uçuşu zamanı fiksajlanan zəlzələlərə bənzər siqnal qeydə alınıb. Bunun Marsda ilk zəlzələ olduğunu bildirilir.
"InSight" aparatı 2018-ci ilin mayında Yer kürəsindən buraxılmışdı. Aparat noyabrda Marsın səthinə enib.