Müasir insanların bir çoxu boyun ağrılarından əziyyət çəkir.
Bunun səbəbləri arasında oturaq həyat tərzi, smartfonlardan uzun müddət ərzində istifadə, kompüterdə işləmək və s.
Saglamolun.az bildirir ki, mütəxəssislər boyun ağrılarından əziyyət çəkənlərə boyunu massaj etməyi tövsiyə edirlər. Sadə massaj hərəkətləri boyun qan dövranını yaxşılaşdırır, əzələlərdə gerginliyi azaldır, rahatlaşdırır, baç ağrılarını azaldır.
Tennis topu ilə massaj da çox effektlidir. Tennis topu ilə boyunu bir neçə dəqiqə ərzində müxtəlif istiqamətlərdə massaj edin.