• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Maaş və sosial ödənişlərdə artım olacaq?
Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xəstə boğaz, bezdirən öskürək - NƏYİN ƏLAMƏTİDİR

Gözəllik və təbabət

14-10-2023, 22:48

Xəstə boğaz, bezdirən öskürək - NƏYİN ƏLAMƏTİDİR


Fəsil dəyişikliyi zamanı insan səhhətində baş qaldıran problemlər sırasında boğaz ağrıları da xüsusi yer tutur. Əsasən yazqabağı və soyuq aylarda ortaya çıxan xəstəliyin müalicə edilməməsi müxtəlif fəsadlara gətirib çıxarır.

"Öskürək və öyümə məni təngə gətirib"

Həmsöhbətimiz Nazim Cəfərov Milli.Az-a açıqlamasında faringit xəstəliyindən əziyyət çəkdiyini bildirir: "Mən xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkirəm. Əsasən boğazda qıcıqlanma və kəskin öskürək tutmaları məni narahat edir. Öskürək və öyümə məni təngə gətirib. Demək olar ki, hər səhər yuxudan duranda öskürəklə yanaşı, öyümə halları baş verir. Müntəzəm olaraq həkim nəzarətində müalicələri davam etdirirəm. Bu xəstəlik məndə xroniki hala keçdiyi üçün hər il bir neçə dəfə müalicə alıram. Həkim mənə duzlu, istiotlu, həddən artıq şirin və turş qidalar qəbul etməyi məsləhət görmür. Həmçinin pəhriz saxlamağı tövsiyə edir. Qida rejimini pozduqda bunun zərərini hiss edirəm. Bu səbəbdən çalışıram ki, qidalanma rejimini pozmayım".

Faringit

Lor həkimi Sima Rəhimova Milli.Az-a açıqlamasında deyir ki, faringit latınca farenks (udlaq) və itis (iltihab) sözlərindən ibarətdir. Yəni boğazda iltihablanma nəticəsində əmələ gələn xəstəlikdir. Əsasən mövsümi xəstəlik olan faringit yaz-payız aylarında daha da kəskinləşir. Xəstəlik virus və müxtəlif infeksiyalar nəticəsində törənir. Bu zaman xəstədə udqunmada çətinlik yaranır. Udlaqda qızartı, quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək başlayır. Bundan başqa, burunda tutulma, axıntı, baş ağrısı, halsızlıq və digər hallar yarana bilər.

Xroniki faringit zamanı halsızlıq, qızdırma kimi əlamətlər özünü büruzə verməz. Ancaq boğazda quruluq hissi, qıcıqlanma, yad əşya hissi, udqunmada çətinlik kimi şikayətlər olur. Xroniki faringit daha çox gənclər arasında yayılıb: "Xroniki faringitin səbəbləri bunlardır - davamlı soyuqdəymə, siqaret çəkmək, spirtli içki qəbul etmək, sinus yollarındakı infeksiyalar və digər infeksiyalar".

Xroniki faringitin müalicəsi

S.Rəhimovanın sözlərinə görə, xroniki faringitin müalicəsi uzunmüddətli və çətindir. Müalicədən öncə əvvəlcə faringiti yaradan faktorlar aradan qaldırılmalıdır. Xəstəliyin daha effektiv müalicəsi bitki tərkibli dərman vasitələri ilə həyata keçirilir. Belə ki, müalicədə daha çox yatıqqanqal, çobanyastığı, biyan kökünün dəmləməsindən qarqara edilir. Yatıqqanqal otunu dəmlədikdən sonra onun buxarı ilə 20 dəqiqə nəfəs almaq lazımdır: "Qeyd etmək lazımdır ki, xroniki faringit tam müalicəyə cavab vermir. Sadəcə olaraq xəstəlik müəyyən müalicə kursu ilə passivləşdirilir".

Profilaktik tədbirlər

Həkim bildirib ki, belə xəstələr hava çirkli olduğu zaman açıq havaya çıxmamalıdırlar. Mümkün qədər boğaz ağrısı olan insanlarla təmasdan çəkinməlidirlər. Siqaret çəkilən məkanlardan uzaq olmalıdırlar. Hər zaman yeməkdən öncə əllər yuyulmalıdır. İstifadə olunan qablar digər insanlarınkı ilə qarışdırılmamalıdır. Yatmadan öncə ağız qarqara edilməli, dişlər fırçalanmalıdır. Qəhvə, tünd çay və qazlı işkilərdən imtina edilməlidir. Bol miqdarda "C" vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır.

Streptokoklu faringit - bu tip faringit streptokok mikrobu nəticəsində əmələ gəlir və epidemik xarakter daşıyır. Xəstəlik birdən baş qaldırır. Bədəndə üşümə, titrəmə, qızdırma, ümumi zəiflik, baş ağrısı olur. Udlaqda həddən artıq şişkinlik və qızartı, boz ləkələr meydana gəlir. Müayinə isə udlaqdan götürülən yaxma üsulu ilə aparılır.

Antibiotiklə müalicə

S.Rəhimovanın dediyinə görə, xəstəliyin müalicəsində antibiotiklərdən istifadə mühüm rol oynayır. Belə müalicə viruslar üzərinə təsirli olmasa da, bakteriyaları zərərsizləşdirmək üçün lazımlıdır. Bu yolla xəstəliyin sağalması sürətlənir. Bundan başqa, temperatur salıcı, ağrıkəsici və allergiyası olanlar üçün allergiya önləyici və öskürək kəsici dərmanlardan da istifadə edilir.

Laringit

Laringit udlağın selikli qişasının iltihabı xəstəliyidir. Xəstəlik soyuqdəymə, siqaret, həddən artıq spirtli içki qəbulu, bağırmaq, hava çirkliliyi nəticəsində baş verir. Bununla yanaşı, allergiya verən güllər, toz, tüstü, qida məhsullarından - şokolad, yumurta, sitrus meyvələri və sair də laringit törədə bilir.

Əsasən payız-qış fəslində daha da kəskinləşən laringit zamanı ağızda yara hissi, boğazda qıcıqlanma, quru öskürək, səsin batması, temperaturun artması müşahidə olunur. Bu zaman iltihabi prosesin müəyyən olunması üçün boğazdan yaxma və qan analizi götürülür.

İmmun sistemini gücləndirmək

Xəstəliyin müalicəsi 7-10 gün müddətində aparılır. Bu zaman zəif orqanizmi virus və bakteriyadan təmizləmək üçün immun sistemini gücləndirəcək dərmanlardan istifadə olunur. İnqalyasiya edilir. Boğaz nahiyəsinə müxtəlif kompreslər qoyulur, mazlar vurulur və fizioterapiya tətbiq olunur. Xəstələrə qıcıqlandırıcı qidalar, ədviyyatlı yeməklər, qazlı içkilərdən istifadə etmək qadağan edilməlidir.

Təbii müalicə vasitələrindən bir neçə qaşıq balla 1 stəkan kök suyunu qarışdıraraq qəbul etmək, həmçinin isti suya 1 çay qaşığı qliserin, 3-4 damcı yod və 1 çay qaşığı nişasta tökməklə qarqara etmək lazımdır.

Zəhra
Milli.Az

Oxunub: 2 071
Paylaş:
Digər xəbərlər

Səhiyyə

27-04-2021, 22:53

Ürək öskürəyi - Fərqi, səbəbləri

Gözəllik və təbabət

20-12-2023, 14:33

Bal antibiotiklərdən güclü çıxdı – Öskürək, boğaz ağrısında istifadə edin

Xəbərlər

24-06-2019, 17:26

Xroniki öskürəyin səbəbləri

Manşet / Səhiyyə

1-07-2018, 09:28

"Göy öskürək"

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:11

Xroniki öskürəyin səbəbləri.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Son xəbərlər
  • Dünən, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
  • Dünən, 21:39
    Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
  • Dünən, 20:30
    NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
  • Dünən, 19:27
    Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
  • Dünən, 18:25
    Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
  • Dünən, 17:22
    Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
  • Dünən, 16:19
    Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
  • Dünən, 15:41
    Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
  • Dünən, 14:08
    Maaş və sosial ödənişlərdə artım olacaq?
  • Dünən, 13:13
    Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
  • Dünən, 12:29
    Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
  • Dünən, 11:33
    Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
  • Dünən, 10:44
    Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
  • Dünən, 09:04
    Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
  • 23-06-2026, 22:39
    Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
  • 23-06-2026, 21:22
    Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
  • 23-06-2026, 20:03
    Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
  • 23-06-2026, 19:24
    Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
  • 23-06-2026, 18:53
    Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
  • 23-06-2026, 17:31
    Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
  • 23-06-2026, 16:20
    Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
  • 23-06-2026, 15:32
    Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
  • 23-06-2026, 14:32
    Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
  • 23-06-2026, 13:42
    ABŞ icazə verdi: İran 60 gün ərzində…
  • 23-06-2026, 12:43
    Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
  • 23-06-2026, 10:21
    Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
  • 23-06-2026, 10:11
    Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
  • 23-06-2026, 09:07
    Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
  • 22-06-2026, 22:49
    "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
  • 22-06-2026, 21:55
    Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə