• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
Baş ağrıları qan qatılaşmasından ola bilər
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əsəbdən əziyyət çəkənlərə dərmansız TƏBİİ XALQ TƏBABƏTİ

Gözəllik və təbabət

1-05-2023, 17:12

Əsəbdən əziyyət çəkənlərə dərmansız TƏBİİ XALQ TƏBABƏTİ


Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.

Bir sıra mənfi amillər - nigarançılıq, təngə gəlmək, yorğunluq da nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar. Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir.
Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100 qram qaynar suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.
Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. İspanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır.
Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən, bişmiş kələm yarpağından təpitmə qoymaq müsbət təsir göstərir. Sarımsağı döyüb yumşaldır, onu kamfora yağı ilə qatıb fəqərə sütununa sürtürlər. Bu cür masaj həm yorğunluğu çıxarır, həm də əsəbləri sakitləşdirir.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 qramadək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1 litr qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhətli sayılır. Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir.\
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Əsəbilik yüksələndə və qıcıqlanma güclənəndə belə etmək lazımdır: 1/3 stəkan qırmızı çuğundur şirəsini sərin yerdə 3 saat saxlayın, sonra bərabər miqdarda balla qarışdırın, yeməkdən qabaq 2-3 hissəyə bölüb qəbul edin.
1 xörək qaşığı çobanyastığı çiçəyini, 500 qr. üzüm sirkəsini, 5 xörək qaşığı balı birlikdə qarışdırın, 1,5 litr su əlavə edin, ağzı qapalı qabda 1 dəqiqə qaynadın, süzün, soyuducuda saxlayın. Ondan gündə 2 dəfə yeməkdən qabaq 2/3 stəkan için. Bu əsəbilik nəticəsində ürəkgetmənin qarşısını almağa köməl edəcək.
Andızın kökünü xırdalayıb qaynadırlar, onun bir stəkanına 1 xörək qaşığı bal çalıb gündə 3 dəfə 1/3 stəkan içirlər. Bu bayılması olanlara kömək edir.
Buğda kəpəyinin sıyığını bərabər miqdarda bala qarışdırıb səhər acqarına, axşam isə yatmazdan qabaq 1 xörək qaşığı qəbul etmək yüksək əsəb qıcıqlanmasının qarşısını alır.
1 çay qaşığı balı para limonun şirəsilə qarışdırıb bir stəkan dağ suda həll etmək, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/3 stəkan içmək əsəb qıcıqlanmasında istifadə olunur.
Yetişmiş almanı doğrayıb qaynadın və bərabər miqdarda balla qarışdırın, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin. Bu ürəkgetmənin qarşısını almağa kömək edə bilər.
Bərabər miqdarda aloe (ǝzvay) şirəsilə balı qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl qəbul etmək əsəb sistemi xəstəliklərini sağaldır.
Zəncəfli bərabər miqdarda balla qarışdırıb, gündə 2-3 dəfə 1 çay qaşığı qəbul etsəniz, əsəblər sakitləşər və əhval-ruhiyyəniz yüksələr.

Oxunub: 4 392
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

24-05-2023, 08:08

Depressiya, təşviş, əsəb gərginliyindən ƏZİYYƏT ÇƏKİRSİNİZSƏ - Dərmansız TƏBİİ MÖCÜZƏ

Xəbərlər

29-03-2022, 20:24

Əsəb və stress qadını çirkinləşdirir - ARAŞDIRMA

Araşdırma

14-02-2021, 23:00

Koronavirusdan əziyyət çəkən insanlar əsəb pozulmalar olur

Araşdırma

12-03-2023, 17:19

Nevroz və əsəbə qarşı - UCUZ VASİTƏLƏR

Maraqlı

25-08-2020, 09:07

Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Son xəbərlər
  • Bu gün, 12:11
    Diabet riski yüksək olan qan qrupu açıqlandı
  • Bu gün, 11:40
    Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
  • Bu gün, 10:34
    Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
  • Bu gün, 09:02
    Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
  • Dünən, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • Dünən, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • Dünən, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • Dünən, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • Dünən, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • Dünən, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
  • Dünən, 15:47
    Baş ağrıları qan qatılaşmasından ola bilər
  • Dünən, 14:10
    Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
  • Dünən, 13:51
    Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
  • Dünən, 12:29
    Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
  • Dünən, 11:15
    Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
  • Dünən, 10:03
    Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
  • Dünən, 09:05
    Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
  • 24-06-2026, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
  • 24-06-2026, 21:39
    Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
  • 24-06-2026, 20:30
    NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
  • 24-06-2026, 19:27
    Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
  • 24-06-2026, 18:25
    Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
  • 24-06-2026, 17:22
    Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
  • 24-06-2026, 16:19
    Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
  • 24-06-2026, 15:41
    Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
  • 24-06-2026, 14:08
    Maaş və sosial ödənişlərdə artım olacaq?
  • 24-06-2026, 13:13
    Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
  • 24-06-2026, 12:29
    Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
  • 24-06-2026, 11:33
    Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə