• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ev açarını duzla ovuşdurun - Səbəbi
Cinsi istək artırmağın 10 yolu
Patent almaq asanlaşır? - YENİ QAYDALAR
Pezeşkianı sevindirəcək xəbər: “Əliyev bunu etsə, hər şey dəyişəcək”
Dodaq çatlamasının səbəbi nədir?
Ukraynanın gələcəyi ilə bağlı vacib proqnoz: Nələr baş vercək?
Bu tarixdə qısa iş günü olacaq
Bilək ağrısının səbəbləri hansılardır? - Evdə müalicə wsulları
İsraildən İrana ağır zərbə: SEPAH komandanı belə məhv edildi
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Rusiyasız da edə bilərik
Nazirlikdən əhaliyə çağırış - Uşaqlar risk altındadır, böyüklər isə...
Suriyada İŞİD liderlərindən biri məhv edildi
II Qaregini kimin əvəz edəcəyinə Ərdoğan qərar verəcək?
Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb
Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
Niyə səhərlər acqarına ilıq su içməliyik?
Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Anoreksiya

Gözəllik və təbabət

5-10-2021, 09:13

Anoreksiya


Anoreksiya nevrosa - xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 - 1%-ndə görünür və xəstələrin 95 %-i 12-20 yaş arası qızlar olur.

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan "Arıqsansa yaxşı görünürsən" fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:

- Bədən çəkisinin yaş normasından 15% və daha çox əskik olması

- Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması

- Özünü düzgün qiymətləndirməməsi

- Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması)

- Kişilərdə libidonun zəifləməsi

Onu da qeyd edim ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.

Anoreksiya iki formada özünü büruzə verir:

- Birinci tipdə xəstələr yeməyin miqdarını azaldır və ya ondan imtina edir

- İkinci tipdə isə yeməyi çox sürətlə və çox miqdarda qəbul edir, sonra isə qusur.

Xəstəliyin gedişi üç mərhələyə ayrılır:

Disformanik mərhələdə xəstələr öz bədən çəkisi və xarici görünüşü ilə əlaqədar depressiyaya düşür. Arıqlamaq üçün ideal pəhriz axtarışında olur.
Anorektik mərhələyə keçid dayanıqlı aclıq nəticəsində baş verir. Xəstələrin bədən çəkisi 20-30 faiz azalır və bu onları çox xoşbəxt edir. Əslində isə dövr edən qanın miqdarı azalır, hipotoniya və bradikardiya yaranır, üşümə, tez-tez xəstələnmə, dərinin quruması və alopesiya (keçəlləşmə) əlamətləri meydana çıxır. Daha bir əlamət - qadınlarda menstrual dövrünün pozulması, kişilərdə isə spermatogenezin və cinsi fəaliyyətin zəifləməsidir. Endokrin sistemində getdikcə pozulmalar inkişaf edir, sümüklərdə osteoporoz inkişaf edir. Toxumaların sürətli parçalanması səbəbindən iştaha tamamən kəsilir.
Kaxektik mərhələ 1,5 - 2 ildən sonra inkişaf edir, daxili orqanlarda geriyə dönməyən distrofik dəyişikliklər baş verir. Bu mərhələdə bədən çəkisinin 50%-dən artığı itirilə bilir. Bu səbəbdən su-duz mübadiləsi pozulur, zülalsız ödemlər yaranır, orqanizmdə kaliumun miqdarı kəskin surətdə azalır, bu da ürək ritmində ağır pozulmalara səbəb olur. Kaxektik mərhələdə baş verən distrofik dəyişikliklər adətən geriyə dönmür və proses ölümlə nəticələnir.
Xəstələrin 30%-i sağalır, 30%-ndə yaxşılaşma, 30%-ndə xronikləşmə qeyd olunur. Təəssüf ki, 10% hallarda anoreksiya nevrogenosa ölümlə nəticələnir.

Xəstəliyin müalicəsi pozulmanın erkən mərhələsində başladıqda daha yaxşı nəticə əldə olunur. Müalicə əsasən psixoterapiyadan, alimentar reabilitasiyadan və müalicəvi qidalanmadan ibarətdir.

Müalicənin ilkin mərhələsində xəstə gündə 6-7 dəfə kiçik porsiyalarla yemək yeməlidir. Pəhrizdə yetərli miqdarda təzə meyvə, tərəvəz, meyvə quruları, göyərti, qoz, süd və qatıq, pendir, yumurta, balıq kimi ərzaqlar olmalıdır.

Əgər xəstə müalicə başlandıqdan bir ay sonra 2-3 kg və daha çox çəki artırıbsa, bu terapiyanın effektli olduğuna dəlalət edir.

Mənbə: Herba Flora jurnalı

Oxunub: 844
Paylaş:
Digər xəbərlər

Səhiyyə

15-01-2021, 19:21

Qaraciyər sirrozunun nadir formaları

Xəbərlər

27-06-2019, 14:13

Anoreksiya

Xəbərlər

6-05-2019, 15:42

Siqaret çəkənlər mütləq oxusun! Bürqer xəstəliyi

Səhiyyə

7-04-2019, 19:25

Kəskin duodenit – Azərbaycanda ən çox rast gəlinən xəstəlik

Manşet / Gündəm / Səhiyyə

30-10-2018, 02:43

Ürək xəstəlikləri haqqında doğru bildiyimiz YANLIŞLAR hansılardır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ev açarını duzla ovuşdurun - Səbəbi
Cinsi istək artırmağın 10 yolu
Patent almaq asanlaşır? - YENİ QAYDALAR
Pezeşkianı sevindirəcək xəbər: “Əliyev bunu etsə, hər şey dəyişəcək”
Dodaq çatlamasının səbəbi nədir?
Ukraynanın gələcəyi ilə bağlı vacib proqnoz: Nələr baş vercək?
Son xəbərlər
  • Dünən, 22:22
    Ev açarını duzla ovuşdurun - Səbəbi
  • Dünən, 21:52
    Cinsi istək artırmağın 10 yolu
  • Dünən, 20:25
    Patent almaq asanlaşır? - YENİ QAYDALAR
  • Dünən, 19:23
    Pezeşkianı sevindirəcək xəbər: “Əliyev bunu etsə, hər şey dəyişəcək”
  • Dünən, 18:27
    Dodaq çatlamasının səbəbi nədir?
  • Dünən, 17:41
    Ukraynanın gələcəyi ilə bağlı vacib proqnoz: Nələr baş vercək?
  • Dünən, 16:10
    Bu tarixdə qısa iş günü olacaq
  • Dünən, 15:42
    Bilək ağrısının səbəbləri hansılardır? - Evdə müalicə wsulları
  • Dünən, 14:14
    İsraildən İrana ağır zərbə: SEPAH komandanı belə məhv edildi
  • Dünən, 13:34
    Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Rusiyasız da edə bilərik
  • Dünən, 12:32
    Nazirlikdən əhaliyə çağırış - Uşaqlar risk altındadır, böyüklər isə...
  • Dünən, 11:02
    Suriyada İŞİD liderlərindən biri məhv edildi
  • Dünən, 10:28
    II Qaregini kimin əvəz edəcəyinə Ərdoğan qərar verəcək?
  • Dünən, 09:06
    Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb
  • 25-12-2025, 22:37
    Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
  • 25-12-2025, 21:09
    Niyə səhərlər acqarına ilıq su içməliyik?
  • 25-12-2025, 20:33
    Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
  • 25-12-2025, 19:35
    Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
  • 25-12-2025, 18:51
    Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
  • 25-12-2025, 17:21
    İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
  • 25-12-2025, 16:12
    Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?
  • 25-12-2025, 15:00
    Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar
  • 25-12-2025, 14:44
    Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var – Gərginlik artacaq
  • 25-12-2025, 13:18
    200 manat yardım nə vaxt veriləcək? – Tarix açıqlandı
  • 25-12-2025, 12:12
    Sadəcə ilıq südlə qarışdırmaq kifayətdir - yuxu keyfiyyətini yaxşılaşdırır
  • 25-12-2025, 11:45
    Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq
  • 25-12-2025, 10:21
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • 25-12-2025, 10:07
    Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
  • 25-12-2025, 09:10
    70 dərdə dəvadır - çox insan faydalarından xəbərsizdir
  • 24-12-2025, 22:38
    Bir dəqiqəlik testlə sağlamlığınızı yoxlayın
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə