• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
Hovuz suyunun gözlərə zərəri
Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamiləlikdə dəri çatlarının qarşısını necə almaq olar? – HƏKİM tövsiyələri

Gözəllik və təbabət

18-03-2020, 16:17

Hamiləlikdə dəri çatlarının qarşısını necə almaq olar? – HƏKİM tövsiyələri


Ana namizədlərini rahat bir hamiləlik keçirib-keçirməyəcəkləri və körpələrinin sağlamlığı təbii olaraq narahat edir.

Hamiləliyin ikinci üç aylığına çatdıqdan sonra bu narahatlıqlar bir az azalır və kosmetik məsələlər daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bu məsələlərin ən birincisi də şübhəsiz ki, hamiləlikdə ortaya çıxan yay mövsümündəki günəş ləkələri və qarın çatlarıdır. Hamiləlik bəzi dəri dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklərin böyük əksəriyyəti hormonal dəyişikliklərlə əlaqədardır. Üzdə rəng dəyişiklikləri, ovuc içərisində qızartı və qaşıntılı dəri səpkilərinə nisbətən daha nadir hallarda rast gəlinir. Demək olar ki, bütün hamilə qadınlarda müşahidə olunan bir dəyişiklik də qarının ortasından keçən qara bir zolağın ortaya çıxmasıdır. Lakin analığa namizədləri ən çox narahat edən üzdə yaranan hamiləlik ləkələri və qarında yaranan dəri çatlarıdır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da arta bilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq - dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına gətirib çıxardar. Odur ki, hamilə xanımlarımıza məsləhətimiz qızmar yay günlərində su qəbulunu unutmamaqdır. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı, hər dəfə bayıra çıxanda günəş qoruyucu kremlərdən istifadə də vacibdir. Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlara isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərtilə günəş qəbul etməyə icazə verilir.

Dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədir. Açıq dərili qadınlarda bu, çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə ətrafındakı dəri rəngindən olduqca açıq rəngdə, hətta gümüş rəngində görüntüsü olur. Dəridə olan kollagen adı verilən maddənin ayrılmasına görə ortaya çıxırlar. Ağrılı olmur, lakin yüngül qaşınmaya səbəb olur. Həm mexaniki gərilmədən asılı olaraq, həm də hormonal səbəblərlə ortaya çıxa bilər. Ən çox qarnın alt nahiyələrində görülməklə yanaşı, ombalarda, budlarda, döşlərdə və hətta qollarda belə, ortaya çıxa bilər.

Çatların yaranmasında ən mühüm amil genetik amildir. Zənci qadınlarda dəri çatları demək olar ki, müşahidə olunmur. Asiyalılarda daha nadir hallarda rast gəlinir. Ağ dərili qadınların isə təxminən 75-90%-də müxtəlif nisbətlərdə qarın və ya dəri çatlarına rast gəlinir. Başqa sözlə desək, anası və ya bacılarında hamiləlik çatları olan qadınlar çox böyük ehtimalla belə bir problemlə üzləşəcəklər.

Qarın çatları əsasən son 3-4 ayda yavaş-yavaş ortaya çıxır. Lakin bəzi vaxtlar son 3-4 həftəyə qədər aşkar olunmayıb, daha sonra ortaya çıxa bilər.

Genetik amildən başqa qarın çatları üçün digər bir risk amili çəkinin ani və çox sürətlə artmasıdır. Qarnın sürətlə böyüməsi nəticəsində dəri dartılır və elastikliyini itirir, bu da çatların yaranmasına gətirib çıxarır. Bu səbəbdən də çəkinin nəzarətli və ideal sərhədlərdə artması çatların yaranmasının müəyyən qədər qarşısını ala bilir. Yaranan çatlar təəssüf ki, doğuşdan sonra da itmir. Rəngi dəyişərək gümüşü və ya sədəfəbənzər bir rəng alırlar. Bəzi qadınları bu vəziyyət narahat etmir və bunu ana olmağın bir işarəsi olaraq qəbul edirlər. Bəziləri isə çatlardan xilas olmaq istəyir. Bu məqsədlə inkişaf etdirilmiş bir çox cərrahi metod vardır və bu metodlar plastik cərrahlar tərəfindən həyata keçirilir.

Qarın çatları və bunların qarşısının alınması təbii ki, kosmetika istehsalçılarının da diqqətini cəlb edir. Bu məqsədlə istehsal edilən bir çox məhsul bazara çıxarılmışdır. Lakin bunların çatların qarşısını alması və yaranan çatları aradan qaldırması hələ də mübahisəlidir və elmi olaraq effektivliyi sübut olunmuş bir məhsul yoxdur. Bununla yanaşı bu məhsulların istifadəsinin inkişaf etməkdə olan körpəyə və hamilə qadına mənfi təsiri də yoxdur.

Çatların qarşısının alınmasında ən effektiv tədbir dərinin nəmliyini qorumaqdır. Bu da balanslı, sağlam bir qidalanma və kifayət qədər maye qəbulu ilə mümkündür. Hamiləlikdə su qəbulunun əhəmiyyəti çatların qarşısının alınmasında da özünü göstərir. Balanslı qidalanma ani və həddindən artıq çəki artmasına mane olduğu üçün qarın dərisinin lazım olduğundan artıq dartılmasının qarşısını alır. Bu ani dartılma çatın yaranmasında mühüm rol oynayır.

Duş qəbulu zamanı qarnı yumşaq bir süngər və ya fırça ilə dairəvi şəkildə masaj etməklə də dəridəki qan dövranını sürətləndirərək elastikliyinin qorunmasına kömək etmək olur.

Hamiləliyin ikinci üç aylığından başlayaraq müntəzəm şəkildə dərinin nəmləndirilməsi də görülən digər bir tədbirdir. Bu məqsədlə bazarda satılan kosmetika məhsullarından istifadə oluna bildiyi kimi sadə nəmləndiricilər, uşaq üçün yağlardan və badam yağından da istifadə olunur. Bunların arasında badam yağı xoşagəlməz qoxusuna baxmayaraq ən effektiv variantdır. Bu məhsulların əsas ortaq cəhəti odur ki, dərinin ani dartılmağa qarşı müqavimətini artırır.

Qısaca olaraq

- Ailə anamnezi və genetik meyllilik çatların yaranmasında mühüm rol oynayır. Ananız və ya bacılarınızda varsa, böyük ehtimalla sizdə də yaranacaqdır.

- Əgər əvvəlki hamiləliklərinizdə çat yaranmışsa, bu hamiləliyinizdə də yaranma ehtimalı yüksəkdir. Əvvəldən qalan çatların rəngi müvəqqəti olaraq tündləşə bilər.

- Çəkinin anidən artması. Çəkiniz birdən-birə və sürətlə artmışdırsa, çatlarla qarşılaşma ehtimalınız olduqca yüksəkdir.

- Qidalanma vəziyyəti. Kifayət qədər maye qəbul edən və balanslı qidalanan qadınlarda çatların daha az və daha zəif dərəcədə olduğunu unutmayın.

- İrqin əhəmiyyətini də yadınızda saxlayın.

Turab Canbaxışov,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Ailem.az

Oxunub: 845
Paylaş:
Digər xəbərlər

Səhiyyə

9-01-2020, 10:43

Hamiləlik dövründə qaşınma nə ilə əlaqəlidir? - SƏBƏBLƏR

Gözəllik və təbabət

10-12-2019, 16:47

Bu meyvənin tumları üzdəki ləkələri aparır

Gözəllik və təbabət

20-02-2019, 14:08

Hamiləlikdə dəri çatlarının qarşısını necə almaq olar? – HƏKİM tövsiyələri

Manşet / Səhiyyə

16-05-2018, 09:05

Hamiləlik zamanı rast gəlinən şikayətlər.

Manşet / Gündəm / Səhiyyə

21-03-2018, 12:22

Hamiləlik zamanı dəri problemləri

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
Son xəbərlər
  • Dünən, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • Dünən, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Dünən, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • Dünən, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • Dünən, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Dünən, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Dünən, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Dünən, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Dünən, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Dünən, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Dünən, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Dünən, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Dünən, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Dünən, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • 20-06-2026, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • 20-06-2026, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • 20-06-2026, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • 20-06-2026, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • 20-06-2026, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • 20-06-2026, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • 20-06-2026, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • 20-06-2026, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • 20-06-2026, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • 20-06-2026, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • 20-06-2026, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • 20-06-2026, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • 20-06-2026, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • 20-06-2026, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə