• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Aleksandr Puşkin

Bioqrafiya

14-12-2019, 14:20

Aleksandr Puşkin


Həyatı
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.

1799-cu il iyunun 6-da Moskvada anadan olan Puşkinin dünyagörüşünün formalaşmasında şairin nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Arina Radionovna məharətlə nağıl danışar, xalq inanclarını, atalar sözlərini, tapmacaları yaxşı bilirdi. Sonradan Puşkin dayəsinin süjetlərindən istifadə edərək və "Çar Saltan haqqında nağıl", "Qızıl xoruz haqda nağıl", "Ölmüş çar qızı haqda nağıl" və başqa əsərlər yazır.

1811-ci ildə Puşkin Çarskoselsk liseyinə qəbul olur. Liseydə oxuduğu 6 il onun şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərir. Həmin illərdə gənc Puşkin ədəbi fəaliyyətə başlayır. 16 yaşında Derjavinin qarşısında "Çar kəndində xatirələr" şerini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi "Yaşıl çıraq" ədəbi-teatr cəmiyyətinə üzv olur.

Dekabristlər Puşkinin həyatında
Puşkin heç vaxt, bilavasitə, dekabrist hərəkatına qoşulmasa da onun dostları gizli təşkilatlarda iştirak edir və aktiv fəaliyyət göstərirdilər. Dekabristlərlə ünsiyyət şairin yaradıcılığında öz izini buraxır. O, "Çaadayevə", "Kənd" və başqa bu kimi siyasi şeirlər yazır. 1820-ci ildə Puşkin hələ liseydə təhsil alan zaman başladığı "Ruslan və Lyudmila" poemasını bitirir. Poema tənqidçilər tərəfindən yaxşı qarşılanmır, şair poema janrının yüksək kanonlarını aşağı salmaqda ittiham olunur. Aleksandr Puşkini siyasi əsərlərinə görə Sibirə sürgün edə bilərdilər. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi onun cəzasının yüngülləşdirilməsi və sürgün əvəzinə xidməti yerinin Ekatirinoslava dəyişdirilməsi ilə nəticələnir. 1820-ci ildə epiqramlar yaydığı üçün şair cənuba sürgün edilir. Sürgündə olduğu dörd il Puşkin üçün hədər getmir. Bu illər də o, "Qafqaz əsiri", "Baxçasaray fontani", "Quldur qardaşlar" əsərlərini yazır, gələcəkdə ona böyük şöhrət gətirəcək "Yevgeni Onegin" romanı üzərində işə başlayır.

Aleksandr Puşkin Mixaylovskda
1823-cü ildə Puşkinin xidməti yeri Odessaya dəyişdirilir. Bir il sonra istefa üçün müraciət edən şair bu dəfə şimal sürgününə, malikanəsinin olduğu Mixaylovsk kəndinə göndərilir. Burada o, "Yevgeni Onegin" romanı üzərində işi davam etdirir, "Boris Qodunov"u yazır. Mixaylovskda olarkən ona dekabristlərin üsyanı və dostlarının edam edilməsi xəbəri çatır. Axtarışdan ehtiyatlanan şair avtobioqrafik qeydlərini məhv edir. 1826-cı ildə I Nikolay Puşkini Moskvaya çağırır və onu himayəyə götürəcəyini bildirir. Lakin çar tərəfindən verilən azadlıq uzun sürmür. 1828-ci ildə Dövlət şurası Puşkin üzərində nəzarət üçün sərəncam verilir. Bu sərəncamdan sonra şair özbaşına Moskvanı tərk edərək Qafqaza, dostlarının yanına gedir. Səfər zamanı təəssüratlarını Puşkin "Ərzuruma səyahət" oçerkində, "Qafqaz", "Uçqun", "Gürcüstan təpələrində" şeirlərində oxuculara çatdırır.

Boldino dövrü

Aleksandr Puşkinin Azərbaycan Milli Kitabxanası binasının fasadında yerləşən heykəli
1830-cu ildə Puşkin Natalya Qonçarova ilə evlənmək qərarına gəlir. Toydan əvvəl atası tərəfindən ona hədiyyə olunmuş Boldino malikanəsinin yaxınlığında yerləşən Kistenevka kəndinə gedir. Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olan şairin yaradıcılığının bu dövrü "Boldino payızı" kimi tanınır. Boldinoda Puşkin "Mərhum İvan Petroviç Belkinin povestləri", "Kiçik faciələr", "Kolomnada evcik" və bir çox başqa əsərlər yazır, "Yevgeni Onegin" romanını bitirir. 1831-ci ildə Natalya Qonçarova ilə evlənib Peterburqa köçən Puşkin həmin dövrdə tarixi mövzuda yazılmış "Dubrovski", "Kapitan qızı"[2] və digər əsərləri qələmə alır.

30-cu illərin yaradıcılığı
1832-ci ildə Puşkin "Dubrovski" romanını yazmağa və Puqaçovun üsyanı barədə roman üçün material toplamağa başlayır. Bundan başqa o, bu dövr yaradıcılığının ən gözəl nümunələrindən olan "Qaratoxmaq qadın", "Andjelo", "Mis atlı", "Balıqçı və qızıl balıq haqda nağıl", "Ölmüş şahzadə və yeddi pəhləvan" əsərləri üzərində də işləyir. Peterburqa qayıtdıqdan sonra maddi çətinliyə düşən şair 1834-cü ildə istefaya çıxır və bundan sonra həyatı dərc olunmuş əsərlərinin gətirdiyi qeyri-sabit gəlirlərdən asılı olur. Puşkin dühasının tənəzzülündən xəbər verən maddi çətinlik və tənqidçilərin aramsız hücumları şairin yaradıcılığında böhranın baş verməsinə səbəb olur. Lakin vaxtını hədər keçirməyən Aleksandr Puşkin I Pyotr zamanının tarixi sənədlərinin tədqiqi ilə məşğul olur, "Kapitan qızı" romanını dərc etdirdiyi "Sovremennik" ədəbi nəşrinin təməlinin qoyulmasında iştirak edir.

Həyatının son illəri
1834-cü ildə Peterburqa gələn fransız baron Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Bu bir çox dedi-qodunun yaranmasına səbəb olur. Bu səbəbdən Puşkin Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes Puşkinin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu hadisələrdən usanan Puşkin Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, 1837-ci il yanvarın 27-də duel baş tutur. Puşkin qarnından ölümcül yaralanır və 2 gündən sonra 1837-ci il yanvarın 29-da vəfat edir. Nümayişlərin başlayacağından ehtiyat edən çar Puşkinin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir.

Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir.

Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.

Əsərləri
Poemalar:
"Ruslan və Lyudmila"

"Qafqaz əsiri"

"Baxçasaray fontanı"

"Qaraçılar"

"Tazit"

"Mis atlı"

Mənzum roman:

Yevgeni Onegin
Dram əsərləri:
"Boris Qodunov"

"Xəsis cəngavər"

"Mosart və Salyeri"

"Daş qonaq"

"Vəba zamanı qonaqlıq"

"Su pərisi"

Nəsr əsərləri:
"Böyük Pyotrun ərəbi"

Mərhum İvan Petroviç Belkinin povestləri, ("Atəş", "Çovğun", "Tabutçu", "Stansiya gözətçisi", "Kəndli-xanım")

"Dubrovski"

"Qaratoxmaq qadın"

"Kapitan qızı"

Nağıllar:
"Çar Saltan, onun oğlu şöhrətli və qüdrətli pəhləvan knyaz Qvidon Saltanoviç və gözəl qu quşu şahzadəqız haqqında nağıl"

"Balıqçı və balıq haqqında nağıl"

"Ölü şahzadə və yeddi pəhləvan haqqında nağıl"

"Qızıl xoruz haqqında nağıl"

Oxunub: 1 451
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

22-09-2018, 14:24

Abbas Səhhət – həkim, müəllim və şair!

Manşet / Bioqrafiya

28-08-2018, 11:58

Səməd Vurğun 21 mart 1906

Manşet / Mədəniyyət

16-07-2018, 10:26

A.S.PUŞKİN VƏ XANIMININ QUM HEYKƏLLƏRİ!

Manşet / Mədəniyyət

7-06-2018, 08:38

A.S PUŞKİN

Manşet / Bioqrafiya

1-06-2018, 07:38

Rəfibəyli Nigar Xudadat qızı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
Son xəbərlər
  • Bu gün, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Bu gün, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə