• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu gün Çingiz Mustafayevin anım günüdür

Bioqrafiya

15-06-2023, 17:19

Bu gün Çingiz Mustafayevin anım günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.

Oxu.Az-ın məlumatına görə, o, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi (hazırkı Şabran) rayonunda üç il həkim işləyib. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib.

1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü olub. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim edib.

Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi olub. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərib.

Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağlayıb.
O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapıb.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə işıq üzü görüb.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb. Çingiz Mustafayevin məhz bu kadrları ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb.

O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin dramatik səhifələri olub.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi, cəbhədə də həlak olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib...

Oxunub: 954
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-08-2020, 20:09

SON DƏQİQƏ: ANS bərpa olunur - RƏSMİ AÇIQLAMA

Xəbərlər

15-06-2019, 11:52

Milli qəhrəmanımızın anım günüdür - O, bu son görüntüsü ilə ÜRƏKLƏRİ DAĞLADI - VİDEO

Video

23-04-2019, 16:20

Azərbaycanın “Avroviziya 2019” tanıtım çarxı yayımlandı - VİDEO

Bioqrafiya

3-10-2018, 07:11

Çingiz Fuad oğlu Mustafayev; həkim, Azərbaycanın Milli Qəhrəmanı!

Bioqrafiya

24-04-2018, 15:51

Salih Salihov — tibb elmləri doktoru

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Son xəbərlər
  • Bu gün, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Bu gün, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Bu gün, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Bu gün, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Bu gün, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Bu gün, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Bu gün, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Bu gün, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə