• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
Təbiətdən gələn şəfa: Keçibuynuzu
Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
ABŞ-da nə baş verir? - Daha bir atışma
Dəmirlə zəngin qidalar - Qanazlığı yaşayanlar üçün
İran Hörmüzlə bağlı şərtini açıqladı
Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürdü
Çox yuxululuq və ağrılar mielomanın əlaməti ola bilər
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan köçürülmə başladı
Paşinyan Putinə “imtina” dedi – Qarabağ erməniləri yenə gündəmdə
Daha az yemək üçün 5 ədəd badam metodu
Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
Süni intellektlə bunu edənlər həbs olunacaq
İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
Fars körfəzini qana bulayacağıq - Qalibaf
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çingiz Fuad oğlu Mustafayev; həkim, Azərbaycanın Milli Qəhrəmanı!

Bioqrafiya

3-10-2018, 07:11

Çingiz Fuad oğlu Mustafayev;  həkim, Azərbaycanın Milli Qəhrəmanı!

Çingiz Fuad oğlu Mustafayev (d. 29 avqust 1960, Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan, SSRİ – ö. 15 iyun 1992, Naxçıvanlı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevinvə Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.
Özünü islahatçı-novator görən Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır. Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.
1990-cı illərdə Azərbaycan televiziyasında "İmpromptu", "Cümə axşamı" verlişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur.
1990-cı il 20 Yanvar hadisələri zamanı, Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır. Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:
“Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası - Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi”.
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
“Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib”.
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Evli idi, Fuad adlı oğlu var. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır. Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır. 1996-ci ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
[/b][b]

Oxunub: 1 828
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

4-09-2018, 11:41

Prezident: Bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər

Manşet / Gündəm / Xəbərlər

24-06-2018, 09:18

Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

Manşet / Bioqrafiya

23-06-2018, 08:37

Əliyeva Tamara Abbas qızı

Manşet / Gündəm / Xəbərlər

9-05-2018, 14:34

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür.

Manşet / Gündəm / Xəbərlər

21-04-2018, 19:22

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib – SİYAHI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
Təbiətdən gələn şəfa: Keçibuynuzu
Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
Son xəbərlər
  • Dünən, 22:52
    Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür
  • Dünən, 21:35
    Təbiətdən gələn şəfa: Keçibuynuzu
  • Dünən, 20:32
    Dünya təşvişdə: Hər an nəzarətdən çıxa bilər - Qorxulu proqnoz
  • Dünən, 19:05
    Qabaqlayıcı tədbirlər görülür... - Ərdoğandan İran açıqlaması
  • Dünən, 18:47
    Hansı çay qocalıqda ağıl zəifliyindən qoruyur?
  • Dünən, 17:33
    Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı BƏD XƏBƏR
  • Dünən, 16:43
    ABŞ-da nə baş verir? - Daha bir atışma
  • Dünən, 15:28
    Dəmirlə zəngin qidalar - Qanazlığı yaşayanlar üçün
  • Dünən, 14:19
    İran Hörmüzlə bağlı şərtini açıqladı
  • Dünən, 13:24
    Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürdü
  • Dünən, 12:50
    Çox yuxululuq və ağrılar mielomanın əlaməti ola bilər
  • Dünən, 11:37
    Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan köçürülmə başladı
  • Dünən, 10:11
    Paşinyan Putinə “imtina” dedi – Qarabağ erməniləri yenə gündəmdə
  • Dünən, 09:05
    Daha az yemək üçün 5 ədəd badam metodu
  • 12-03-2026, 22:00
    Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
  • 12-03-2026, 21:27
    Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
  • 12-03-2026, 20:29
    Süni intellektlə bunu edənlər həbs olunacaq
  • 12-03-2026, 19:44
    İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
  • 12-03-2026, 18:15
    Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
  • 12-03-2026, 17:23
    Fars körfəzini qana bulayacağıq - Qalibaf
  • 12-03-2026, 16:04
    Müharibə qızışır: ABŞ Yaxın Şərqə əlavə qoşun göndərdi
  • 12-03-2026, 15:11
    Bilək Ağrısının Səbəbləri Hansılardır? Evdə Müalicə Üsulları
  • 12-03-2026, 14:41
    Türkiyəyə raket hücumu: S-400-dən niyə istifadə edilmir?
  • 12-03-2026, 13:11
    Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
  • 12-03-2026, 12:23
    Osteoporoz ən çox hansı sümüklərə zərər verir? Mütəxəssis açıqladı
  • 12-03-2026, 10:50
    Zelenski hədəf göstərdi – Dünya müharibəsi elan olunur?
  • 12-03-2026, 09:06
    Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI
  • 11-03-2026, 22:56
    Alimlər ideal yuxu müddətini dəqiq hesabladılar
  • 11-03-2026, 21:29
    Rokanın faydaları və zərərləri
  • 11-03-2026, 19:26
    Neft kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? – AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə